Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Zakari Kuinto
Zakari Kuinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. 2003: 24 2006: Qəhrəmanlar (Heroes).
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Kinto (rəqs)
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Kvint Horatsi Flakk
Kvint Horatsi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir. == Həyatı == Azad olunmuş qulun oğlu olan Horatsi kiçik bir kənddə anadan olmuşdur. Fəlsəfə ilə maraqlanmışdır. Brutun başçılığı altındakı orduda fəaliyyət göstərmişdir. Sonradan Oktavian Avqust tərəfindən əfv edilmiş və Vergili tərəfindən Messenata təqdim olunmuşdur. == Yaradıcılığı == Horatsini yaradıcılığına bunlar daxildir: "Odalar" "Epodlar" "Satiralar" "Poeziya elmi" "Epistollar" == "Poeziya elmi" == Horatsinin ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poeziya elimdir". bu əsər poetik üslubda yazılmış və burada müəllifin bədii yaradıcılıqla bağlı fikirləri və tövsiyələri doqquz hissədə verilmişdir.
Kvint Fabi Maksim Kunktator
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar. == Mənbə == История Древнего Мира. Расцвет Древних Обществ.
Qay Messi Kvint Trayan Desi
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.