Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
Keir Starmer
Kir Starmer (ing. Keir Starmer; 2 sentyabr 1962, Sautuark[d]) — Britaniya dövlət və siyasət xadimi. 5 iyul 2024-cü ildən Birləşmiş Krallığın baş naziri, Böyük Britaniya Leyborist Partiyasının lideri.
Böyük Kir
Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşan – e.ə. 530, Sırdərya) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir. Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu.
Ceyms Kir
Ceyms Kir (20 sentyabr 1735, Edinburq – 11 oktyabr 1820, Uest-Bromiç, Uest-Midlends[d]) – şotland kimyaçı, geoloq, sənayeçi, ixtiraçı və Birminhem Ay Cəmiyyətinin mötəbər üzvü. == Həyatı və işi == Con və Maqdalena Kirin 18-ci övladı olan Ceyms Kir 1735-ci il 20 sentyabrda Stirlinqşirdə (Şotlandiya) anadan olur. Əvvəlcə Edinburqda Kral Məktəbində təhsil alan Kir daha sonra Edinburq Universitetində tibb üzrə oxuyur və uzunmüddətli dostluq əlaqəsinin olacağı Erasmus Darvinlə də məhz burada tanış olur. 22 yaşı olarkən orduya qoşulur və 61-ci alaya hərbi qulluğa göndərilir (indiki Qloçesterşir alayı). 7 illik müharibə ərzində o, öz alayı ilə birgə xidmət göstərir. 1759-cu il 31 martda leytenant, 1766-cı il 16 mayda kapitan-leytenant, həmin ilin 23 iyununda isə kapitan olur. 1768-ci ilin yazında vəzifəsindən istefa edir. Orduda olarkən Markiz Qrenbiyə ünvanlanan pamflet yazır, müharibə mədəniyyəti haqda yazdığı traktat isə nəşriyyatda səhvən yandırılır. Kir həmin vaxtlar klassiklərin və hərbi yazıçıların əsərlərini oxumaq üçün səhər dörddə yuxudan durur və Polibidən çoxlu tərcümələr edir. 1770-ci ildə Suzanna Kir (1747–1802) ilə ailə həyatı qurur.
II Kir
Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşan – e.ə. 530, Sırdərya) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir. Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu.
Kir Starmer
Kir Starmer (ing. Keir Starmer; 2 sentyabr 1962, Sautuark[d]) — Britaniya dövlət və siyasət xadimi. 5 iyul 2024-cü ildən Birləşmiş Krallığın baş naziri, Böyük Britaniya Leyborist Partiyasının lideri.
Kır-Teleule (Şaran)
Kır-Teleule (başq. Ҡыр-Теләүле, rus. Кир-Тлявли) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Bazqıya): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (53%), tatarlar (47%) üstünlük təşkil edir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807 və ya 9 yanvar 1807 – 9 yanvar 1852 və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi O adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədilə göndərilən, səfirliyində də iştirak etmişdir. 1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi. Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir.
Əmir Kəbir Texniki Universiteti
Əmir Kəbir Texniki Universiteti -
Mirzə Tağı xan Əmir Kəbir

Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. == İstinadlar == == Əlavə ədəbiyyat == Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Efir
Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var: Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
KDIS
KDIS — radio Disneyin qapalı radiostansiyası Kaliforniyanın Pasadena şəhərində lisenziyalı şəkildə fəaliyyət göstərir. Radiostansiya Los-Angeles ərazisində 1110 kHs AM tezliyində yayımlanır. == Tarixi == Bu stansiya 1942-ci ildə KPAS çağırış siqnalı altında meydana gəlmişdir. Əvvəlcə onun musiqili bir radiostansiya olacağı təxmin edilmişdir. Lakin 1945-ci ildə stansiya öz yayım tərzini dəyişdi və KXLA-nın çağırış siqnalı əsasında yalnız ölkə musiqisini yayımlayırdı . Efirdə Tennessi ştatından, əsasən, iki şəxs vardı: Erni Ford və Sten Freberq. Əvvəlcə stansiya El-Montedən ötürücü vasitəsilə yayımlanırdı. === KRLA (1959 - 2000-ci illər) === 3 sentyabr 1959-cu ildə stansiya KRLA adlanan daha bir çağırış siqnalı aldı. Daha sonra stansiya Los Angeles ərazisində KFWB və KHJ ilə rəqabət edən ən yaxşı radiostansiyalardan biri olur. Vitse-prezident qismində fəaliyyət göstərən Laboenin fəaliyyəti əsasında KRLA müvəffəqiyyətli bir radiostansiyaya çevrilir.
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Kinokadr nedir?
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir. Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. Kеfir qarışıq spirtə və süd turşusuna qıcqırdılmış pəhriz məhsuludur. Bunun mayasının tərkibində kеfir göbələkləri, süd turşusuna qıcqırdan strеptоkоkklar və süd mayaları vardır. Süd pastеrizə еdilir, sоyudulur, üzərinə 5%-ə qədər baktеrial işçi maya əlavə еdilir. 18-24°C-də 8-16 saat saхlanılır. Turşuluğu bu dövrdə 75-80° T-yə qədər artır. Məhsul 8- 11°C-yə qədər sоyudulur. və mayaların inkişafı üçün12-36 saat saхlanılıb yеtişdirilir.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. == Adi kəsrlər == a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
İmir
İmir (Sarvan)
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir