Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20-30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Ağ mamır
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkşaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti; == Həyatı == Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. == Əsas rolları == Qədim (Cəfər Cabbarlı, "Yaşar"), Əbdül (Cəfər Cabbarlı, "Dönüş"), Aftil (Cəfər Cabbarlı, "Almaz"), Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"), Qurban (Cəfər Cabbarlı, "Aydın"), Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"), Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"), Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"), Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"), Əmir Axşid (Namiq Kamal, "Qara bəla"), Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"), İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu") Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"), Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"), Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"), Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"), İxtiyar (Hüseyn Cavid, "İblis"), Papas (Hüseyn Cavid, "Şeyx Sənan"), Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"), Qusman (Jan Batist Molyer, "Don Juan"), Kölgə (Uilyam Şekspir, "Hamlet"), Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. == Ailəsi == Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Bağır Musayev
Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Bağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rzazadə
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018). == Həyatı == Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi?
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir. == İstinadlar == == Xarici keçidlər == "O, məşhur Seyidovlar nəslindən idi".
Bağır Süleymanov
Bağır Ələkbər oğlu Süleymanov (22 iyun 1959, Bakı) — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir. B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir. B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir. B. Süleymanov 291 elmi əsərin, o cümlədən 106 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
Bağır Xan
Bağır xan (1862, Təbriz – 1916, Kürdistan) — Səttar Xanın yaxın silahdaşı,İranda Məşrutə inqilabının (1905-1911) rəhbərlərindən biri, Təbriz üsyanı (1905–1911) dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri. == Həyatı == Bağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir. Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır. == Siyasi fəaliyyəti == Həyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir.
Bağır Ələkbərov
Bağır Əsəd oğlu Ələkbərov (10 fevral 1995, Naxçıvan – 15 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Kaqır Xan
Kaqır Xan — Altay və Tıva türklərinin mifalogiyalarında mifik personaj. Erlikin xidmətçi olması ilə yanaşı Ülgənlə də bağlantılıdır. Onun, müttəfiqi Ülgən kimi, hər böyük çadırın üzərində hakimiyyəti vardır, buna görə də şıppıltıyla hamıdan əvvəl onu alqışlayırlar. Kaqır Xan cəza kimi iqtidara hörmətsiz insanları göndərir. Əgər bir adam cəza alıp özünü düzəltməsə, o cəza ölənə qədər onu tərk etməz. O, Ülgəndən zərər çəkmiş vəziyyətə gəlmişsə, Erlikə hədiyyə gətirmək lazımdır. Bütün bunlardan Kaqır xan razı qalsa, böyük və qaranlıq gücləriylə başçı kimi o insana qarşı hərbi əməliyyatları dayandırmaq üçün öz qulluqçularını göndərir. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mahir Abbaszadə
Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir.Ehtiyatda olan zabitidir.Mahir Abbaszadə 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İngilis, rus, türk dillərini bilir. == Ailəsi == Ailəlidir 3 övladı var. Əməkdar müəllim Tapdıq Abbasovun oğlu, Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır. == Elmi fəaliyyəti == Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
Mahir Abdullayev
Mahir Abdullayev — şəhid. == Həyatı == Mahir Abdullayev 1971-ci ıl mayın 24-də Quzanlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini bitirib, bir müddət kolxozda çalışıb. Mahir ikiillik hərbi xidmətini Rusiyanın Sverdlovski vilayətində başa vurub. Azərbaycan milli ordusuna 1992-in ci ilin 4 iyulunda, cəbhədə döyüşlər qızğın çağında çağrılıb. Onun döyüş yolu Ağdam və Ağdərə bölgələrinin bir sıra məntəqələrindən o cümlədən, Fərrux, Canyataq, Gülyataq yüksəkliklərindən keçib. Fərrux istiqamətindəki döyüşlərdən birində tərkibində Mahirində vuruşduğu bölük mühasirəyə düşür və yalnız iki gündən sonra düşmənin halqasını yarıb çıxa bilirlər. Bu döyüşdə əsgərlərimizdən iki nəfər şəhid olur. Mahirin son döyüşü 1992-ci ilin sentyabrın 2-də Sırxavənddə olub. Bu döyüşdə Mahir iki erməni quldurunu məhv edir, özü isə boğazından yaralanır.
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU) daxil olmuş, 1980-cı ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M.Cabbarov 1980-82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993-1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001-2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən “Sahil inşaat Qrup” MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M.Ə.Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə “05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)” ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək “Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması” mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M.Ə.Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M.Ə.Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mahir Cavadov
Mahir Cavadov — 1992—1994-cü illər arasında Xətai rayonunun prokuroru. == Həyatı == Mahir Cavadov 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1970—1991-ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir. 1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir. 2000-ci ildə BMT Assambleyasında "OMON"-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir. == Həmçinin bax == 1995 Azərbaycanda dövlət çevrilişinə cəhd Bəxtiyar Cavadovun oğludur. Rövşən Cavadovun qardaşıdır.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Mahir Dadaşzadə
Mahir Qərib oğlu Dadaşzadə (1 sentyabr 1993, Beyləqan rayonu Allahyarlı kəndində anadan olub,26 oktyabr 2020-ci ildə Füzulidə qəhrəmancasına şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə İkinci Qarabağ müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. Mahir Dadaşzadə Oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "3-cü dərəcəli "Rəşadət" ordeni" medallarıyla təltif edilmişdir.
Mahir Emreli
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Xorvatiyanın "Dinamo Zaqreb" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mahir Hacıyev
Hacıyev Mahir Həmzə oğlu (1969, Kirovabad) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakultəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib. 1993-cü ildə AKTA-nın zoomühəndislik fakultəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb. 2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır. 2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. == Fəaliyyəti == 1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı 1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik 2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi 2002-ci ildən AKTA-nın müəllimi (assistent) 2005-ci ildən AKTA-nın baş müəllimi 2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakultəsinin dekan müavini 2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakultəsinin dosenti 2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri 2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru === Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı === 1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı 1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans 2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu 2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium 2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ. 2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare 2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans 2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1)) 2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti 2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti 2013-ci il 21-25 oktyabr.
Mahir Hüseynov
Mahir Hüseynov (əsgər)