Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marv Films
Marv Films — film və televiziya istehsal edən şirkət. Əsası 1997-ci ildə Birləşmiş Krallıq-da Metyu Von tərəfindən qoyulmuşdur.
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
MAGB
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Maas
Maas - Niderland və Belçika ölkələri ərazisində yerləşir. Çay Belçika, Fransa və Niderlandın ərazisindən keçir. Uzunluğu 925 km, hövzənin sahəsi isə 36 min.kv.km-dir. == Maas çayı == Çay öz başlanğıcını Fransanın Lanqr platosundan götürür. Sedan və Şarlevil-Mezeraya istiqamətində şimala axır və sonda Belçikaya daxil olur. Namurda şimal-şərq istiqamətində qərbdə doğru Ardenlər və sonra Liega şimala doğru axır. Niderlandın ərazisində şimala Venloya qədər axır və sonra qərbə istiqamətlənir. Reyn çayının sağ qoludur. Çay delta yaradaraq Şimal dənizinə tökülür. == Qidalanması == Çay yağış və qar suları ilə qidalanır.
Maat
Mada
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə.
Mafə
Mafə — dəfn avtomobili. Tabutu məzarlığa və ya dini ayinləri yerinə yetirmək üçün istifadə olunan nəqliyyat vasitəsi.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Make
Make-faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maki
Maki — Qax rayonu ərazisində dağdır. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsi ilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.
Maku
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Maql
Maql — Coan Roulinq tərəfindən yazılan Harri Potter romanında heç bir sehr gücü olmayan insanlara deyilən sözdür. Sehrbazlıq qabiliyyəti olmayan ata və anadan olan uşaqlarda bəzən sehrbaz yaxud cadugər olar bilir buna misal olaraq Lili Potter və Hermiona Qreynceri göstərmək olar. Bunun yanında valideynlərindən biri maql biri sehrbaz olan uşaqlarda vardır, elə sehrbazlara maql doğumlu, mələz və yaxud yarım-qan deyilir. Buna misal olaraq isə Severus Sneypi yaxud Lord Voldemortu göstərmək olar. Maql nəslindən gələn sehrbazları, safqan sehrbazlar Bulanıq (ing. Mudblood) deyərək alçaldırlar. Amerikadaki Sehr Cəmiyyəti maql sözünün yerinə, No-Maj kəliməsindən istifadə edilir. İngilis dilində No sözü Yox, Maj sözü isə Magic sözündən törəmiş Sehr mənasını verir. Birlikdə mənası heç bir sehr gücü olmayan deməkdir. === Bilinən və önəmli maqllar === Dörslilər, Harri onunla yaşayır.
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Kənddə əsasən avarlar yaşayır.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Balsamita major subsp. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Balsamita major var. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. == Yayılması == Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir == Sinonimləri == Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) - qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır.Təbiətdə növün arealı Cənubi Avropanı,Asiyanı və Şimali Afrikanı əhatə edir. == Sinonim == Pervinca major (L.) Garsault [Invalid] Vinca grandiflora Salisb. Vinca major subsp. major Vinca major var. variegata Loudon Vinca major f. variegata (Loudon) P.D.Sell Vinca ovatifolia Stokes == Növ müxtəlifliyi == == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur.Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür.Hündürlüyü 30-45 sm-ə çatır.Yarpaqları yumurtavari,ovalşəkilli,üstü tünd-yaşıl,altı isə açıq-yaşıl rənglidir,uzunluğu 4-8 sm,eni 2-5 sm,çılpaq,kənarları tükcüklüdür.Çiçəklərinin diametri 30-50 mm,parlaq göydür,düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir.Kasacıq hissəsinin uzunluğu 8-9 mm,tükcüklü,çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm,eni 10-18 mm,rombvari-yumurtavaridir.Mart-aprel aylarında çiçəkləyir.Nazik budaqları əyilərək,torpağın üzərinə düşür və həmin hissədən kök atır.Toxum,yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil,quraqlığa davamlıdır,lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır.Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kür-Araz ovalığında,Cənub bölgəsində,Naxçıvanda,Abşeronda rast gəlinir.
Acer majus
== Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f. albertsii Schwer.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Alıhacı (Maku)
Alıhacı (fars. ‎علوحاجي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (52 ailə).
Ammi majus
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.