MALA

is. [ fars. ]
1. Binanın iç və bayır divarlarına çəkmək üçün əhəng, sement və s. qatışığından ibarət suvaq, palçıq. Mala tutmaq.
// Həmin qatışığın, binanın içinə və bayır divarına, bəzən də səqfinə çəkilən bərkimiş qatı; suvaq. Divarın malası qopub yerə töküldü.
– Otağın divarları tikiləndə necə mala çəkilib suvanmışdısa, elə də qalmışdı. B.Bayramov.

2. Bax malakeş 2-ci mənada. Mala ilə divarı suvamaq.
3. Şumlanmış torpağın kəsəklərini əzmək və hamarlamaq üçün kənd təsərrüfat aləti. Malanı təmir etmək. – Kəsəkli ağır torpaqlarda diskli malalardan istifadə edilir.
// Şumlanmış torpağın kəsəklərini əzib hamarlama işi. [Rüstəm kişi:] Orada qarğıdalı əkəcəyəm.
Malasın … traktor ilə çəkəcəyik. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MALA suvaq

Omonimlər

  • MALA MALA I is. Divara çəkilən cilalı suvaq. Daş daşıyanlardan tutmuş mala çəkənlərə qədər hamı əlindəki işi qoyub mənim üzümə heyran-heyran baxırdı (S

Etimologiya

  • MALA Fars mənşəlidir, “suvaq çəkmək üçün alət” mənasını verir, “Palçıq”mənasında da işlədilir. Malakeş isə adamla bağlıdır, suvaqçıdır
MAL-PUL
MALAALTI
OBASTAN VİKİ
Mala Sinxa
Mala Sinha (ing. Mala Sinha; 11 noyabr 1936, Kəlkətə, Britaniya Hindistanı) — hind kino aktrisası. Mala Sinha 11 noyabr 1936-cı ildə Kəlküttədə anadan olub. Kino fəaliyyətinə 1952-ci ildə başlayıb. Onu məşhurlaşdıran rol isə Toz içində çiçək filmində Mina rolu olub.
Mala soğanı
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Lyubov Mala
Lyubov Troximivna Mala (ukr. Любов Трохимівна Мала; 13 yanvar 1919, Kopani[d] – 14 aprel 2003, Xarkov) — Sovet ukraynalı terapevt, tibb elmləri doktoru (1954), professor (1955), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1974), Sosialist Əməyi Qəhrəmanı (1979), Ukrayna Qəhrəmanı (1999), Ukrayna SSR əməkdar elm xadimi (1968), SSRİ Dövlət Mükafatı laureatı (1980), Ukrayna Dövlət Mükafatı laureatı (2003, ölümündən sonra). Lyubov Mala 1919-cu il yanvarın 13-də Ukraynanın Zaporojya vilayəti, Orixiv rayonu, Kopani kəndində anadan olub. Atası Troxim Yevdokimoviç (1895–1945), anası Katerina Qrixorovna (1895–1985) kəndli idilər. 1938-ci ildə 1-ci Xarkov Tibb İnstitutunu bitirdikdən sonra Voroşilovqrad vilayətinin İvanovka rayonunun Petrovenki kəndində kənd tibb məntəqəsində həkim işləyib. Böyük Vətən Müharibəsi başlayandan 1946-cı ilin sentyabr ayına qədər Sovet Ordusunun bir hissəsi kimi Qırmızı Ordu sıralarında təxliyə hospitalları rəisinin müavini, Şimali Qafqaz Cəbhəsinin təxliyə məntəqəsinin təxliyə bölməsi rəisinin müavini, Xarkov Hərbi Dairəsinin müalicə şöbəsinin rəis müavini vəzifələrində xidmət etmişdir. 1946-cı ildən Xarkov Tibb İnstitutunda klinik assistent (1946–1949), elmi işçi (1949–1952), doktorant (1952–1954), dosent (1954–1955) kimi fəaliyyət göstərib. 1955-ci ildən səhiyyə və pediatriya fakültələrinin terapiya kafedrasının müdiri, 1961-ci ildən hospital terapiya kafedrasının müdiri, eyni zamanda (1962-ci ildən) həmin institutun kardiologiya laboratoriyasının problemləri üzrə elmi məsləhətçi vəzifələrində çalışmışdır. 1986-cı ildən Ukrayna SSR Səhiyyə Nazirliyinin nəzdində yeni yaradılmış Xarkov Elmi Tədqiqat Terapiya İnstitutunun (hazırda Ukrayna Milli Elmlər Akademiyasının Terapiya İnstitutu kimi tanınır) direktoru vəzifəsində çalışmışdır. 1950-ci ildə B. M. Xmelnitskinin rəhbərliyi altında "Daxili xəstəliklər klinikalarında vərəmin diaqnostikası və vərəmin müalicəsi" mövzusunda elmlər namizədi üzrə doktorluq dissertasiyasını, 1954-cü ildə "Vərəmdə ürək-damar sistemindəki dəyişikliklər" mövzusunda elmlər doktoru üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.
Azərbaycan–Malavi münasibətləri
Azərbaycan–Malavi münasibətləri — Azərbaycan Respublikası ilə Malavi Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin may ayının 21-də qurulmuşdur.
Azərbaycan–Malayziya münasibətləri
Azərbaycan–Malayziya münasibətləri — Azərbaycan Respublikası ilə Malayziya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin aprel ayının 5-də qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Səfyar Musayev olmuşdur. 4 mart 2016-cı il tarixindən Mahir Aslanov işçi qrupunun rəhbəridir.
Aşağı-Malax bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Bidens malawiensis
Bidens malawiensis (lat. Bidens malawiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Birləşmiş Malay Milli Təşkilatı
Birləşmiş Malay Milli Təşkilatı (BMMT) - (malay dilində:Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər. Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur . Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır . 1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu. 1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu.
Bruney–Malayziya münasibətləri
Bruney–Malayziya münasibətləri — Bruney sultanlığı və Malayziya arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 266 km təşkil edir. Borneyonun şimalında ilk dövlət qurumları b.e.ə X əsrdə meydana gəlmişdir. X—XII əsrlərdə böılgə malay imperiyasından asılı vəziyyətdə olmuşdur. XVI əsrdən XIX əsrin ortalarına kimi Byuney sultanlığının ərazisi olmuşdur. 1891-ci ildə Borneoda yerləşən ingilis və holland müstəmləkəlləri arasında sərhəd müəyyən edilir. 16 sentyabr 1963-cü ildə uzun sürən danışıqlardan sonra Federativ Malayziya elan edilir. Bruney Şərqi Malayziyaya daxil olmaqdan imtina edir. 1970-ci illərdə iki ölkə arasınmda münasibətlər pisləşoir. Bunun əsəs səbəblərindən biri Bruneydə qadağan olunmuş Bruney Xalq Partiyasının 8 üzvünün Malayziyada siyasi sığınacaq alması olur.
Bulbophyllum malachadenia
Bulbophyllum malachadenia (lat. Bulbophyllum malachadenia) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum malayanum
Bulbophyllum blepharistes (lat. Bulbophyllum blepharistes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Assamdan Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum malayanum J.J.Sm. Cirrhopetalum blepharistes (Rchb.f.) Hook.f. Cirrhopetalum longiscapum Teijsm. & Binn. Cirrhopetalum spicatum Gagnep. Phyllorchis blepharistes (Rchb. f.) Kuntze Phyllorchis longiscapa (Teijsm.
Bumiputra (Malayziya)
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Bursera malacophylla
Calystegia malacophylla
Calystegia malacophylla (lat. Calystegia malacophylla) — sarmaşıqkimilər fəsiləsinin çəpərsarmaşığı cinsinə aid bitki növü.
Carduus malacitanus
Carduus argyroa (lat. Carduus argyroa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü. Carduus argyroa Kunze Carduus fastigiatus Moris Carduus malacitanus Boiss. & Reut.
Celerio hippophaes malatiatus
Hyles hippophaes (lat. Hyles hippophaes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinin hyles cinsinə aid heyvan növü.
Chalempon Malakam
Chalempon Malakam (tay เฉลิมพล มาลาคำ, ing. Chalermpol Malakham; 10 oktyabr 1962) — Tailand musiqiçisi musiqi etiketi altında Topline Diamond.
Corctaun (Malayziya)
Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi. Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri). Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Cənub bölgəsi (Malavi)
Cənub bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri. Cənub bölgəsi Malavinin bölgələri arasında əhali sayına görə birinci, ərazi baxımından ikinci yeri tutur. Bölgə qərbdə, cənubda və şərqdə Mozambik, cənubda isə Malavi Gölünün şimal hissəsi və Mərkəz bölgəsi ilə qonşudur. Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Blantyredir. Cənub bölgəsinin rayonlarıː Manqoçi mahalı Balaka mahalı Maçinqa mahalı Neno mahalı Mvanza mahalı Blantire mahalı Zomba mahalı Çiradzulu mahalı Falombe mahalı Mulane mahalı Çikvava mahalı Tayolo mahalı Nsane mahalı Bölgədə 2008-ci ilin məlumatlarına görə 5.876.784 nəfər yaşayır. Bu rəqəm Malavinin 45 %-ni əhatə edir.
Echinops malacophyllus
Echinops malacophyllus (lat. Echinops malacophyllus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Emilia malaisseana
Emilia malaisseana (lat. Emilia malaisseana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Euphorbia malacitana
Euphorbia paralias (lat. Euphorbia paralias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula paralias (L.) Fourr. Euphorbia malacitana Pau Euphorbion paralium (L.) St.-Lag. Galarhoeus paralias (L.) Haw. Tithymalus maritimus Lam.
Ficus malacocarpa
Ficus malacocarpa (lat. Ficus malacocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Georqi Malaşxiya
Georqi Malaşxiya (gürc. გიორგი მამანტის ძე მალაშხია; 18 mart 1934, Nakipu kəndi, Gürcüstan Sovet Sosialist Respublikası) — gürcü alimi, iqtisadçı, filosof, sosioloq, publisist və şair. 1957-ci ildə Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1957-1961-ci illərdə Tsxaltubo kurortunda iqtisadi xidmətdə işləmişdir. 1961-1964-cü illərdə Gürcüstan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən iqtisad elmləri doktoru, 1998-ci ildə professor elmi adını almışdır. 1964-2006-cı illərdə tədqiqat institutlarında müxtəlif vəzifələrdə - kiçik, böyük, elmi işçi, sektor müdiri, sonra şöbə, baş elmi işçi çalışmışdır. 1996-2009-cu illərdə Abxaziya Dövlət Universitetinin professoru olub. 2009-cu ildən Gürcüstan Texniki Universitetinin professorudur.
Gültəpə-i Malali (Ərdəbil)
Gültəpə-i Malali (fars. گل تپه ملالي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (27 ailə).
Helarctos malayanus
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.

Digər lüğətlərdə