Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mak Demarko
Mak Demarko (ing. Mac DeMarco; 30 aprel 1990, Dankan[d], Britaniya Kolumbiyası) — Kanadalı müğənni-mahnı yazarı, multi-instrumentalist və prodüser. Demarko altı studiya albomu buraxıb; Rock and Roll Night Club (2012), 2 (2012), Salad Days (2014), Another One (2015), This Old Dog (2017), Here Comes the Cowboy (2019). Onun musiqi üslubu "mavi dalğa" və "slaker rok", kimi təsvir edilmişdir, özü bunu "cizz caz" adlandırır.
Mak Donalds
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.
Mak adası
Ko Mak (tay เกาะหมาก) — elə də böyük olmayan tropik ada. Siam körfəzinın şərqində qərarlaşır. Materiklə arasında məsafə 35 kimlometrdir. İnzibati cəhətdən Taylandın Trat vilayəti ərazisinə daxildir. Adada iki kənd mövcuddur. Kəndlərdə ümumilikdə 403 nəfər yaşayır (2007). Mak adasının mənası (tay หมาก) tərcümədə Areca nut.palmasının tayca mənasını kəsb edir. == Tarixi == Adanın ilk sakini Çao Sıasenq olmuşdur. O, V Ramenin dövründə yeridilən çin siyasətinin nəticəsi olan birliyə daxil idi. İlk adada yaşayanlar Kakos palmalarından təşkil olunan plantasiyalar salmışdır.
Kristi Mak
Kristi Mak (9 may 1991, Cənubi Çikaqo yüksəklikləri[d], İllinoys) — ABŞ pornoaktrisası.
Mak Pauel
Mak Pauel (doğum adı Conni Mak Pauel; 25 dekabr 1972) — əslən Alabama ştatının Klanton şəhərindən olan amerikalı müğənni, bəstəkar, prodüser və musiqiçi.
Aylil mak Mata
Aylil mak Mata (irl. Ailill mac Máta) — İrlandiya mifologiyasında ailəsinin daha qədim və zəngin olması barədə onunla mübahisə edən kraliça Medbin əri. Aralarındakı çəkişmə qəhrəman Kuxulin haqqında "Kualngedən öküzün oğurlanması" silsiləsinin mərkəzi saqasının süjetinə çevrilmişdir. == Ailəsi == Aylil Laygin kralı Ross Ruad mac Ferqus Feyrgenin oğlu, Laygin kralı Fin mak Ross və Tara kralı Kayrbre Nia Ferin kiçik qardaşı olduğu qyed olunur. Kraliça Medb ilə evliliyindən bir oğul – Meyn Eytreamxeyl mak Oylioll dünyaya gəlmişdir. O da anasından sonra Konnaxt kralı olmuşdur.
Ed mak Exdax
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Eoxayd mak Ayda
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
Fort Mak-Murrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Kennet mak Alpin
I Kennet (ortagel: Cináed I, şot.kelt Coinneach I, ing. Kenneth I) və ya Kennet mak Alpin (ortagel: Cináed mac Ailpin, şot.kelt Coinneach mac Ailpein, ing. Kenneth MacAlpin; təq. 810, Ayona – 8 fevral 858, Forteviot[d]) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh‎) ləqəbi verilmişdir. Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
Mak-Kinli dağı
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Mak-Klintok adası
Mak-Klintok adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 521 m. Zirvə adanın mərkəzində yerləşir. Sahəsi 612 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Dillon burnunu göstərmək olar. Burada qədim tikilinin qalıqları və astronomik məntəqə vardır. Ada gölə sahib olmasada kiçik axarları vardır. Ada irlandiyalı qütb araşdırmaşısı Frensis Leopold Mak-Klintokun (ing.
Mak-Klintok boğazı
Mak-Klintok boğazı ing. Mc Clintock Channel -Şimal Buzlu okeanında yerləşən, Kanada ərazisində Viktoriya (ada)sını Uels Şahzadəsi adasından ayıran boğaz. Kanadanın şimal-qərbində yerləşir. Boğazın şimalında Vaynavunt-Melvill, cənubunda Viktoriya boğazı, cənub-şərqdə Larsen körfəzi və Franklin boğazı ilə birləşir. Eni 105 – 209 km, uzunluğu 274 km təşkil edir. Adı qütb araşdırmaçısı Frensis Leanold Mak-Klintokun şərəfinə adlandırılmışdır. Şimalda dərinliyi 300 m, cənubda 120 m təşkil edir.
Mak-Klinton boğazı
Mak-Klintok boğazı ing. Mc Clintock Channel -Şimal Buzlu okeanında yerləşən, Kanada ərazisində Viktoriya (ada)sını Uels Şahzadəsi adasından ayıran boğaz. Kanadanın şimal-qərbində yerləşir. Boğazın şimalında Vaynavunt-Melvill, cənubunda Viktoriya boğazı, cənub-şərqdə Larsen körfəzi və Franklin boğazı ilə birləşir. Eni 105 – 209 km, uzunluğu 274 km təşkil edir. Adı qütb araşdırmaçısı Frensis Leanold Mak-Klintokun şərəfinə adlandırılmışdır. Şimalda dərinliyi 300 m, cənubda 120 m təşkil edir.
Mak-Klur boğazı
Mak-Klur boğazı — Kanada Arktik arxipelaqına daxil olan Melvill, Şahzadə Patrik Eqlinton adaları ilə Banks adasını ayırır. Kanadanın qərbində Kanada Arktik arxipelaqından keçən Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Şərqdə Bofort dənizi, qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşir. Uzunluğu 400 km, eni isə ən dar yerdə 88 km, gen yerdə isə, dərinliyi 472 m, orta dərinliyi 300 m təşkil edir. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qisminin buzla örtülü olmasına səbəb olur. Buzqıran gəmilərin sayəsində avqust və sentyabr ayları ərzində naviqasiya təmin edilir. Boğazdan ilk buzqıran gəmi 1954-cü ildə keçmişdir. 1960-cı ildə boğazdan USS Seadragon, 1962-ci ildə USS Skate sualtı qayıqları keçmişdir. Qlobal istilərlə əlaqədar 2007-ci ildə boğaz ilk dəfə buzdan azad olmuşdur.
Mak-Kulta adası
Mak-Kulta adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 50 metrdir. == Yerləşməsi == Arxipelaqın cənub-şərqində, Vilçek Torpağında yerləşən Hyofer burnundan 2 km aralıda yerləşir. Mak-Kulta adasının ətrafında daha üç ada yerləşir: Derevyannıy, Daues və Tillo. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 1 km-dir. Buzdan tam azaddır. Yüksəklik yoxdur. Şərqində adanın ən hündür hissəsi yerləşir.
Mak-Medro boğazı
Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur.
Mak-Merdo vadisi
Mak-Merdo (quru, quraqlıq) vadiləri (ing. Dry Valleys) — Mak-Merdo boğazından qərbdə Antarktidadakı Viktoriya Torpağlarında Antarktika vahələrinin (Viktoriya, Rayt, Teylor) qarsız vadiləri. Bu, Antarktidadakı ən böyük (təxminən 8 min km²) buzsuz ərazidir.. 320 km / s sürətə çatan katabatik küləklər (yer üzündə ən yüksək külək sürəti) nəmin buxarlanmasına səbəb olur. Bunun sayəsində vadilər təxminən 8 milyon ildir praktik olaraq buz və qardan azaddırlar, bu, geoloji və digər tədqiqatların aparılmasını asanlaşdırır. Antarktika haqqında konvensiyaya görə, Mak-Murdo quru vadiləri xüsusi mühafizə olunan bölgələr olaraq təyin edilmişdir. Quru vadilər Mars planetinin təbii şərtlərinə o qədər yaxındır ki, NASA orada Vikinq proqramının sınaqlarını da keçirdi. Buz və qar olmamasına baxmayaraq, canlı aləm dünya buz qitəsinin qalan hissələrindən daha kasıbdır. Daha nəmli yerlərdə qayalarda endolitik bitkilər aşkar edilmişdir. Taylor buzlağında Antarktidanın görməli yerlərindən biri — görünüşünü metabolizması dəmir və kükürdün işlənməsinə əsaslanan anaerob bakteriyaların fəaliyyətinə borclu olan Qanlı şəlaləsidir.
Mak-Qi adaları
Mak-Qi adaları — Frans-İosif Torpağı arxipelaqı daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adaların ən hündür nöqtəsi 52 metrdir. == Yerləşməsi == Mak-Qi adaları arxipelaqın şimalında yerləşir. Adalar italyan boğazında, Cekson adası adası ilə Payer adası arasında yerləşir. Mak-Qi adaları Cekson adasından 1 km cənubda, Payer adasından isə 4 km şimaldadır. == Təsviri == Qrup iki adadan ibarətdir. Cənubda yerləşən adanın uzunluğu 2 km, şimalda yerləşən adanın uzunluğu isə 800 metrdir. Adaların ikisi də buzdan azaddır. iri adanın hündürlüyü 52 metrdir.
Mak-Robertson Torpağı
Mak-Robertson Torpağı (ing. Mac. Robertson Land) — Antarktida ərazisi olaraq 60° və 73° şərq uzunluqları arasında qərarlaşır. Şimaldan sahillərini Birlik dənizinin suları yuyur. Mərkəzi hissələrdə buzlağın qalınlığı 2000 metr təşkil edir. Sahil hissədə buzdan azad olmuş çoxlu ərazilər vardır. Cənubunda Şahzadə Çarlz dağları yerləşir. Mak-Robertson Torpağı 1930-cu ildə Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının rəhbəri olan Duqlas Mouson tərəfindən kəşf edilmiş və ekspedisiyanı maliyyələmdirən sahibkarlardan birinin şərəfinə adlandırılmışdır. Əraziyə Avstraliya iddia edir. Ancaq 1961-ci ildə imzalanan Antarktida haqqında konvensiyaya görə əraziyə iddialar dondurulmuşdur.
Uilyam Mak-Kinli
Vilyam Mak-Kinli (ing. William McKinley; 29 yanvar 1843[…] – 14 sentyabr 1901[…], Buffalo, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatlarının 25-ci prezidenti (1897–1901). Prezident vəzifəsinə seçilmiş sonuncu vətəndaş müharibəsi iştirakçısı. 1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində iştirak edərkən Polşa əsilli amerikalı anarxist Leon Frank Çolqoş prezident Mak-Kinliyə tapançadan 2 dəfə atəş açaraq onu ağır yaraladı. Aparılan müalicə nəticəsiz qaldı və o sentyabrın 14-də daxili orqanların qanqrenasından vəfat etdi. Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli dağı Vilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdır.
Vilyam Mak-Kinli
Vilyam Mak-Kinli (ing. William McKinley; 29 yanvar 1843[…] – 14 sentyabr 1901[…], Buffalo, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatlarının 25-ci prezidenti (1897–1901). Prezident vəzifəsinə seçilmiş sonuncu vətəndaş müharibəsi iştirakçısı. 1901-ci il sentyabrın 5-də ümumamerika sərgisində iştirak edərkən Polşa əsilli amerikalı anarxist Leon Frank Çolqoş prezident Mak-Kinliyə tapançadan 2 dəfə atəş açaraq onu ağır yaraladı. Aparılan müalicə nəticəsiz qaldı və o sentyabrın 14-də daxili orqanların qanqrenasından vəfat etdi. Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli dağı Vilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdır.
Mak Klintok Barbara
Mak-Ardl xəstəliyi
Mak-Ardl xəstəliyi (ing. McArdle's disease) – qlikogenez V tipə aiddir, miofosforilazanın defisiti ilə bağlı metabolik miopatiyadır, ağrı, yorulma və zəifliklə assosiasiya olunan fiziki yükə dözümsüzlük olur, istirahət adətən yüngüllük gətirir, bəzən isə ikinci tənəffüs fenomeni meydana çıxır.
Jiroyd Mak Nayokill
Jiroyd Mak Nayokill — İrlandiyalı tarixçi və erkən Orta Əsr İrlandiya tarixi üzrə mütəxəssisdir. Onun əsərləri, İrlandiya tarixi, hüququ və cəmiyyətinə dair dərin mövzular təqdim edir. Jiroyd Mak Nayokill 1932-ci ildə İrlandiyada doğulub. Onun erkən təhsili və tədqiqatları, İrlandiya tarixinin müxtəlif aspektlərini əhatə edir. Mak Nayokill, uzun müddət Dublin Kollecində professor kimi çalışıb. O, burada İrlandiya tarixi və hüququ üzrə dərs deyib və bir çox tələbə yetişdirib. Onun tədqiqatları, İrlandiyanın erkən Orta Əsr dönəmini tədqiq etməyə yönəlib və bu sahədə əhəmiyyətli töhfələr verib. O bir çox mühüm əsərin müəllifidir. Onun ən tanınmış əsərləri arasında "The Medieval Irish Annals" və "The Irish Law" kimi kitablar yer alır. Bu əsərlər, İrlandiya tarixi və hüququ haqqında əsas mənbələr hesab olunur.