BAK

is. [ fars. ] klas. Qorxu, xof.
Sən mənimlə dust olsan, cövri-düşməndən nə bak? Xətayi.
Dövran həvadisindən yox bakimiz, Füzuli; Darüləmanımızdır meyxanələr bucağı. Füzuli.
Bu bir, iki, üç məsələdə yox o qədər bak; Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır. M.Ə.Sabir.

□ Bak e(y)ləmək – qorxmaq.
İndi rüsvayi-cahan oldum, nədən bak eylərəm. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAK qab
  • BAK bak bax qorxu

Omonimlər

  • BAK BAK I is. [ fars. ] klas. Qorxu, xof. Bu bir, iki, üç məsələdə yox o qədər bak; Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır (M
BAK
BAKÁL
OBASTAN VİKİ
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Perl Bak
Perl Bak, doğum soyadı Saydenstriker (ing. Pearl Sydenstricker Buck; Çin adı çin. 赛珍珠, pinyin: Sài Zhēnzhū, hərfi mənası: "Say Çjençju"; 26 iyun 1892[…], Xilsboro[d], Qərbi Virciniya – 6 mart 1973[…] və ya 1973, Danby[d], Vermont) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938). XX əsrin 30-cu illərində Amerika müəllifləri üç dəfə Nobel mükafatına layiq görülmüşdülər. Üçüncü mükafatın sahibi qadın yazıçı Perl Komfort (Saydenstriker) Bak olmuşdu. O, Qərbi Virciniyada, missioner fəaliyyəti ilə məşğul olan amerikalı presvetrian din xadiminin ailəsində doğulmuşdu. Atası İncili yunancadan Çin dilinə tərcümə edən sərt, quru və qapalı adam idi. Anası isə ədəbiyyat və sənət bilicisi kimi tanınırdı. Perl üç aylıq olanda atasının missiya başçısı təyin edilməsi ilə əlaqədar ailə Çinin Jenjianq əyalətinə göndərilmişdi. Nəticədə Perl Çin dilini doğma ingilis dilindən əvvəl öyrənmişdi.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Linda B. Bak
Linda Bak-Linda Brown Buck (29 yanvar 1947-ci ildə anadan olub) iybilmə sistemindəki işi ilə məşhur olan amerikalı bioloqdur . O , iybilmə reseptorları üzərində işlərinə görə Riçard Aksellə birlikdə 2004-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb . Hal-hazırda Sietldəki Fred Hutchinson Xərçəng Araşdırma Mərkəzinin fakültəsində işləyir . Linda B. Back 29 yanvar 1947-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Onun atası boş vaxtlarında müxtəlif əşyalar icad etmək və qurmaqla məşğul olan elektrik mühəndisi, anası isə boş vaxtının çox hissəsini evdə keçirən evdar qadın idi . Bak üç bacının ikincisi idi. 1994-cü ildə Bak bioloq olan Rocer Brent ilə tanış oldu və 2006-cı ildə evləndi. Bak , 1975-ci ildə Sietl, Vaşinqton Universitetində psixologiya və mikrobiologiya üzrə bakalavr dərəcəsini almışdır . O, 1980-ci ildə Dallasdakı Texas Cənub-Qərb Tibb Mərkəzində professor Ellen Vitettanın rəhbərliyi altında immunologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1980-ci ildə Bak Kolumbiya Universitetində Benvenuto Pernis (1980–1982)rəhbərliyi altında postdoktorluq tədqiqatlarına başladı.
Azadlıq meydanı (Bakı)
Azadlıq meydanı — Bakının ən böyük meydanı, SSRİ dövründə Lenin meydanı adlanırdı. 1952-ci ildə Bakının mərkəzində Hökumət Evinin tikintisindən sonra, meydanın salınmasına başlanıb. 1960-1970-ci illərdə salınmış meydanın qarşısında Leninin heykəli ucalırdı. İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başladı. 20 yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edildi. Daha sonra isə rəsmiləşdirildi. Meydanın qarşısında Hökumət evinin fasadında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır. 1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi komitənin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı.
Azadlıq prospekti (Bakı)
Azadlıq prospekti — Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında, Səməd Vurğun və Süleyman Rüstəm küçələrinə paralel prospekt. Prospekt 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu adı daşıyır. Əvvəlki adı Lenin prospekti olmuşdur. Prospekt Bakı şəhərində ən uzun küçələrdən biridir.[mənbə göstərin] Prospektin 200/36 ünvanında 19 may 2015-ci ildə yanğın baş vermiş, 15 nəfər həlak olmuş 50-dən çox sakin xəsarət almışdır Prospekt Neftçilər prospektindən başlayaraq Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki dəmiryolu körpüsündə bitir. Neftçilər prospekti Zərifə Əliyeva küçəsi Üzeyir Hacıbəyov küçəsi Xəqani küçəsi Nizami küçəsi 28 May küçəsi Dilarə Əliyeva küçəsi Süleyman Rəhimov küçəsi Şamil Əzizbəyov küçəsi Salatın Əsgərova küçəsi Mikayıl Rəfili küçəsi Ruhulla Axundov küçəsi Bakıxanov prospekti Ənvər Qasımzadə küçəsi Vaqif prospekti Mirqasımov küçəsi Feyzulla Qasımzadə küçəsi Abbas Səhhət küçəsi Nəsibbəy Yusifbəyli küçəsi Möhsüm Sənani küçəsi Həsən Əliyev küçəsi Maqsud Əlizadə küçəsi Məmməd Araz küçəsi Ziya Bünyadov prospekti Səttar Bəhlulzadə küçəsi Əcəmi Naxçıvani küçəsi Cəfər Xəndan küçəsi Məsud Davudoğlu küçəsi Süleyman Suni Axundov küçəsi № 1 — Park Inn by Radisson Azerbaijan Baku Hotel (en) № 1B — Гостиница Hilton Baku (ru) № 3A — Средняя школа № 143 (ru) № 9 — 160 saylı məktəb № 18 — Бакинский филиал АТиСО (ru) № 27 — "28 mall" ticarət mərkəzi № 38 — Azərbaycan Dövlət Neft Akademiyası № 72 — Ресторан «Бочка» (ru) № 75 — Pantomima teatrı № 79 — 99 saylı məktəb № 83 — ABŞ səfirliyi № 106 — Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu № 143 — Кинотеатр «Измир» № 185 — Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. № 155 — AMEA-nın Genetik Ehtiyatlar İnstitutu № 183 — 115 saylı məktəb № ? — Bakı Dəmir Yolu Vağzalı № ? — Keçmiş Sabunçu Vağzalı № ?
Azneft meydanı (Bakı)
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Azneftyağ Bakı FK
Azneftyağ FK — 1991-ci ildə "Tərəqqi" adı ilə Bakı şəhərində yaranmışdır. Daha sonra "Azneftyağ FK" adı ilə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Bakı Texniki Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: (ümumi orta təhsil bazası - 9 illik) Mühasibat uçotu; Avtomobil ve traktorqayırma; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Qaldırıcı-nəqliyyat tikinti maşın ve avadanlıqlarının texniki istismarı; Nəqliyyatda daşımaların təşkili; Sənaye avadanlıqlarının quraşdırılması ve texniki istismarı; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Azəryol Bakı VK
"Azəryol" voleybol klubu — Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı klubdur. Paytaxt Bakı şəhərini təmsil edir. Azəryol Bakı 2011-ci ildə Azəryolservis adı altında yaradılıb. Voleybol üzrə Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib (Bəzi mənbələrdə 2010-cu ildə yaradılmış Şirvan klubunun bərpa edilmiş komandası kimi göstərilir) və altıncı yeri tutaraq Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə Bakı voleybol klubu ilə birləşərək Azəryol-Bakı adını aldı. Azərreyl Bakı klubu ilə razılaşmaya əsasən bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başladı. 2013-14 mövsümündən etibarən isə Azəryol əsas komanda,Azərreyl isə əlavə komanda kimi tanınmağa başladı. Çünki Azərreylin bütün əsas voleybolçuları Azəryola transfer olundu və Azərreylin 2012-13 mövsümündə əldə etdiyi Voleybol üzrə Çempionlar Liqasına vəsiqə də Azəryola verildi və klub Azərbaycanı Çempionlar liqasında təmsil edən 4-cü klub kimi tarixə düşdü.
Aşıq Ələsgər küçəsi (Bakı)
Aşıq Ələsgər küçəsi — Bakı şəhərinin Xətai rayonunda küçə. Küçə Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin adını daşıyır. Küçə 2015-ci ildə əsaslı təmir olunmuşdur. Aşıq Ələsgər küçəsi Ukrayna dairəsi ilə kəsişir. Seyid Mirhəsən ağa küçəsi Rahib Məmmədov küçəsi № 1A — İstək İbtidai Beynəlxalq məktəbi № 2A — Pluton şadlıq sarayı № 17 — Şərq-Qərb nəşriyyatı № ?
BAKMİL metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. 26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür.
BMKZ (Bakı)
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
BMKZ Bakı QVK
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
BMKZ Bakı VK
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi. Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Baba Kuhi Bakuvi məscidi
1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Balsıklı (Bakalı)
Balsıklı (başq. Балсыҡлы, rus. Балчиклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 104 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (74 %) üstünlük təşkil edir.
Bank of Baku
Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb. Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırılmışdır. "Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi. Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.
Baudi Bakuyev
Baudi Bakuyev (1966 – 10 oktyabr 2000, Şatoy rayonu) — Çeçen İçkeriya Respublikası milli ordusunun briqada generalı, hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı, çeçen hərbi birləşmələrinin ən "barışmaz" səhra komandirlərindən biri, əsir götürülmüş rus əsgərlərinə xarşı xüssusilə amansızlığı ilə seçilən şəxs. Baudi Bakuyev ÇİR Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə və İçkeriyanın Cənub Cəbhəsinə komandanlıq etmişdir. 2000-ci ildə Çeçenistan Respublikasının Şatoy rayonunda öldürülmüşdür. 1966-cı ildə anadan olmuşdur. Hər iki Çeçenistan müharibəsində iştirak etmişdir. Müharibələr arası dövrdə Valentin Vlasov və Gennadi Şpiqun da daxil olmaqla çox sayda insanın qaçırılmasının fəal təşkilatçısı olur. ÇİR Daxili İşlər Nazirinin müavini vəzifəsini tutur. Bu müddətdə Məkkəyə həcc ziyarətinə gedir. İkinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə, daha sonra Qroznının Staropromıslovski rayonunun müdafiəsinə komandanlıq etmişdir. Fəal döyüşlərin sona çatması ilə Aslan Masxadov ona dağlıq İtum-Kali və Şatoy rayonlarında ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə rəhbərlik etməyi tapşırır.
Beynəlxalq Bakalavriat Təşkilatı
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
Biz Bakını müdafiə edirik (film, 1942)
Biz Bakını müdafiə edirik qısametrajlı sənədli filmi rejissorlar Qriqori Braginski və Niyazi Bədəlov tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. Xüsusi buraxılışdır. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. Burada Bakı ətrafında vurulub yerə salınmış iki alman təyyarəsinin indiki Nizami meydanında nümayiş etdirilməsi də öz əksini tapmışdır. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Bizim Bakı teatrı (film, 1991)
Bizim Bakı teatrı qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1991-ci ildə çəkilmişdir. "Debüt" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent Bakıdakı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yubileyinə həsr olunmuşdur. Kinolent Bakıdakı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yubileyinə həsr olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bizim Bakıda (film, 1958)
Bizim Bakıda qısametrajlı sənədli filmi 1958-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Film qədim və həmişəcavan Bakıya həsr olunmuşdur. Film qədim və həmişəcavan Bakıya, onun qaynar həyatına, bu şəhəri daha da gözəlləşdirən və abadlaşdıran əmək adamlarına həsr olunmuşdur.
Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
Bülbülün ev-muzeyi (Bakı)
Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir. Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. 1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu. 1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur. Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi.

Digər lüğətlərdə