Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Alişa Qlass
Alişa Qlass — 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. İmoko Koneglianonun şərəfini qoruyur. Voleybolçu həmçinin 2009-cu ildən ABŞ millisinin şərəfini qoruyur. 2012 və 2013-cü illərdə milli komanda ilə birlikdə Panamerikana kubokunu qazanmışdır. Qlass 2013-14 mövsümündə Türkiyənin Fənərbaxça klubunda 12 nömrəli formanı geyinmişdir. Oynadığı vaxt komandanın əsas toppaylayıcısı olmuşdur. Fənərbaxçaya 2013-cü ildə transfer olunmuşdur. Bu klubdakı ən böyük uğuru isə 2013-14 mövsümünə təsadüf edir. Belə ki, həmin mövsüm Alişa komandası ilə birlikdə CEV Kubokunu qazanmışdır. 2014-cü ildən etibarən isə İtaliyanın İmoko Volley Konegliano komandasına transfer olunmuşdur.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Hyu Qlass
Hyu Qlass (ing. Hugh Glass; təq. 1783, Filadelfiya, Pensilvaniya – 1833, Yellouston çayı) — irland əsilli ABŞ kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçusu və səyyahı. Hyu Qlassın 1783-cü ildə Pensilvaniya ştatının ərazisində şotland və irland əsilli bir ailədə dünyaya gəldiyi təxmin edilir. Qlass Missuri çayı, Montana, Şimali Dakota, Cənubi Dakota və Nebraska ştatlarının ərazilərində, Plat çayının hövzəsində köçəri həyat yaşamış, ovçuluqla məşğul olmuşdur. Hyu Qlass daha çox kürk ticarəti zamanı dostları tərəfindən aldaldılması, ölümə tərk edilməsinə baxmayaraq özündə güc tapıb həyata tutunması və qrizli ayısı tərəfindən hücuma məruz qalması ilə məşhurlaşmışdır. Glass 1833-cü ildə Yellowstone çayında 2 yoldaşı ilə bərabər Arikaralar tərəfindən qətlə yetirilmişdir. Vəhşi ayının hücumundan sonra sağ qalmaq üçün 200 mil (320 km) məsafə qət etmişdir. Qlassın başına gəlmiş hadisələrlə bağlı bir neçə film çəkilmişdir. Bu hadisələrin doğruluq payı hər zaman müzakirə mövzusu olmuşdur.
Kimberli Qlass
Kimberli Mari Qlass (ing. Kimberly Glass; 18 avqust 1984, Los-Anceles, Kaliforniya) — Amerikan voleybolçu. Los-Ancelesdə (Kaliforniya) Şerman və Keti Qlassin ailəsində doğulub. ABŞ yığmasının da üzvüdür. ABŞ milli komandasına 23 may 2007-də qoşulub. 2008-ci ildə ilk dəfə Pekin Olimpiya oyunlarında çıxış edib — Pekin Olimpiadası — və ABŞ yığması ilə gümüş medal qazanıb. Hal-hazırda Azərbaycanın Rabitə Bakı klubunda oynayır.
Klaus Fuks
Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs‎; 29 dekabr 1911[…], Rüsselhaym[d], Almaniya imperiyası – 28 yanvar 1988[…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi. Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur. 1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur. 1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur. Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi.
Klaus Hayssler
Klaus Hayssler (alm. Klaus Heißler‎) — Amerikan ata! televiziya serialında personaj. Klaus — Smit ailəsində yaşayan və danışa bilən qızıl balıqdır. Personajı Di Bredli Beyker səsləndirib. Klaus şərgi Almaniyanın xizəklə tramplindən tullanma üzrə idmançısı idi. Mərkəzi Kəşfiyyat İdarəsi kommunistik ölkənin idmançısının Olimpiya oyunlarında qələbə qazanmasına yol verə bilməzdilər. Buna görə də onlar Klausun beynini (daha doğrusu beyin dalğalarını) qızıl balığın bədəninə köçürdülər. Onun əsl bədəni isə oyun vaxtı soyuq su hövzəsində batdı. Klaus komfortla Smitlərin evində məskunlaşır və ailənin tamhüquqlu üzvünə çevrilir, bunun üçün də o tez-tez öz şəxsi mövqeyi irəli sürməyə çalışır.
Klaus Kinkel
Klaus Kinkel (17 dekabr 1936[…], Metzingen, Vürtemberq azad xalq dövləti[d], Üçüncü Reyx – 4 mart 2019[…], Sankt-Avqustin[d], Şimali Reyn-Vestfaliya) — alman dövlət xadimi, siyasətçi, 1992-1998-ci illərdə Almaniyanın xarici işlər naziri.
Klaus Mann
Klaus Henrix Tomas Mann (18 noyabr 1906[…], Münxen – 21 may 1949[…], Kann) — alman yazıçısı. Münhendə anadan olan Klaus Mann, Alman yazıçısı Tomas Mann və həyat yoldaşı Katiya Prinqşeyn Mannın oğlu olub. Atası lüteran, anası isə dünyəvi yəhudilərdən idi. 1924-cü ildə qısa hekayələr yazmağa başlayan Mann Berlin qəzetində tənqidçi kimi çalışıb. Onun ilk ədəbi əsərləri 1925-ci ildə nəşr edilib. Mannın erkən həyatı çətinliklərlə keçib. Homoseksuallığı onu tez-tez xəyanətin hədəfinə çevirirdi və atası ilə münasibətlərini çətinləşdirirdi. Müxtəlif məktəblərdə qısa bir müddətdən sonra o, özündən bir yaş böyük olan bacısı Erika Mann ilə birlikdə 1927-ci ildə ABŞ-yə səfər edərək, 1929-cu ildə ortaq bir səyahət kitabı olaraq nəşr olunan esselərdə bu barədə məlumat verdi. 1924-cü ildə o, bacısı Erikanın yaxın dostu olan dramaturq Frank Vedekindin böyük qızı Pamela Vedekindlə nişanlanmışdı. Nişan 1928-ci ilin yanvarında pozuldu.
Klaus Yohannes
Klaus Yohannis (rum. Klaus Werner Iohannis; 13 iyun 1959[…], Sibiu) — Rumıniya prezidenti (2014-cü ildən), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meridir, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib. 28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəddir. 16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib. Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir.
Klaus Yohannis
Klaus Yohannis (rum. Klaus Werner Iohannis; 13 iyun 1959[…], Sibiu) — Rumıniya prezidenti (2014-cü ildən), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meridir, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib. 28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəddir. 16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib. Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir.
Klaus Zink
Klaus Zink (20 yanvar 1936 – 9 fevral 2024) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Zinkin gənclik komandası onun doğulduğu şəhəri təmsil edən "Qlühlampenverk Plauen" idi. 1955-ci ilin avqust ayında o, "Vizmut Karl-Marks Ştadt" klubuna keçdi. Ancaq ilk oyununu 12 may 1957-ci ildə "Motor Cena" klubuna qarşı keçirtdi. 1957-ci ildən 1971-ci ilə qədər o, "Ertsgebirge"nin heyətində 279 liqa oyunu ərzində 82 qol vura bilmişdir. Onun sonuncu liqa oyunu 1971-ci il 30 oktyabr tarixinə təsadüf etdi, oyun "Maqdeburq" qarşı keçirilirdi. O, Çemnits şəhərində yaşayır. Klaus Zink's league games and goals season after season in the RSSSF archive. Accessed on January 7, 2013.
Mark Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Santa-Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir. Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.
Santa Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir. Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.
Klaus Hekkerup
Klaus Hækkerup (24 mart 1943) — Danimarka siyasətçisi, magistr., 10 may 1988 – 15 sentyabr 2011-ci il tarixlərində Frederiksværkkredsen və Frederikssundkredsen şəhərlərində keçmiş bələdiyyə başçısı və Danimarka Sosial Demokrat Partiyasından parlamentə üzvdür. O, sabiq nazir Per Hækkerupun və Folketing bələdiyyə sədrinin keçmiş müavini Grete Hækkerupun oğludur. Orta təhsilini 1960–1959-cu illər arasında Folkeskolen Lillerød Məktəbində və davamını 1962-ci ildə Frederiksborg Dövlət Məktəbində almışdır. Magistr təhsilini 1972-ci ildə Kopenhagen Universitetində bitirmişdir. 1972–1978-ci illər arasında Dairə Şurasında katib, sonralar isə idarə rəisinin müavini, 1978–1988-ci illər ərzində isə Fredensborg-Humlebæk şəhərinin meri vəzisini icra etmişdir. O, 1966-cı ildə İrene Norlin Jensen ilə ailə həyatı qurub. Bu evlilikdən 3 uşaqı var: Nik Hækkerup, Ole Hækkerup və Kalle Hækkerup. Klaus Hækkerup ictimai nəqliyyatda yaşıl enerjidən istifadə olunmasına xüsusi maraq göstərməsi ilə məşhurdur. O, Əfqanıstan və Aİ- dəki müharibəyə tənqidi münasibət bəsləydiyini dilə gətimişdir.
Klaus Şvab
Klaus Martin Şvab (30 mart 1938, Ravensburq[d]) — alman mühəndis, iqtisadçı və Dünya İqtisadi Forumunun (DİF) yaradıcısıdır. O, 1971-ci ildə təşkilatı yaradandan bəri DİF-in sədri kimi fəaliyyət göstərir. Klaus Martin Şvab 30 mart 1938-ci ildə Ravensburqda ing. Eugen Wilhelm Schwab və Erika Epprecht ailəsində anadan olub. Üçüncü Reyx dövründə onun valideynləri İsveçrədən Almaniyaya köçmüşdü. Şvabın ailəsinə Gestapo nəzarət edirdi, Atası lüteran olsa da, Şvab katolik olaraq böyüyüb. 1961-ci ildə Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunda mühəndis-mexanik məzunu oldu və bu institut ona Der längerfristige Exportkredit als betriebswirtschaftliches Problem des Maschinenbaues adlı mühəndislik üzrə doktorluq dərəcəsi verdi. (Maşınqayırmada biznes problemi kimi daha uzunmüddətli ixrac krediti). O, həmçinin Friborq Universitetində iqtisadiyyat üzrə doktorluq, və Harvard Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsinə layiq görülüb. Harvardda oxuyarkən Şvab keçmiş Milli Təhlükəsizlik müşaviri və Dövlət Katibi Henri Kissinceri özünə mentor olaraq tapdı.
Klaus Kinski
Klaus Kinski, əsl adı Nikolaus Karl Günter Nakşinski (alm. Nikolaus Karl Günther Nakszyński‎; 18 oktyabr 1926[…], Sopot[d] – 23 noyabr 1991[…]) — polşaəsilli Almaniya teatr və kino aktyoru. Aktrisalar Pola və Nastasya Kinski, aktyor Nikolay Kinskinin atasıdır. O, bir çox psixopatik rollar oynamış və onların sayəsində beynəlxalq səviyyədə tanınmışdır. Kinski Almaniyanın ən məşhur aktyorlarından birinə çevrilmişdir. Onun ən əhəmiyyətli əsərləri rejissor Verner Hersoqla birgə çəkilmiş filmlərdir.
C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.