TOAST-MASTER

n tamada, masabəyi, sağlıq deyən (adam)

TOAST
TOASTER
OBASTAN VİKİ
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
бриз венча́ться дати́ровать желчего́нное нерациона́льный помандрова́ть презента́бельность семибо́рье скучли́вость четвероно́гие кося́к неи́скренний прежде нежели стежко́вый balletomane Berney croissant crutched earth-house gutty hornworm position-independent Sardinian натаивать распихать