Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sent-Menu (rayon)
Sent-Menu (fr. Sainte-Menehould) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Marna. Suprefektura — Sent-Menu. Rayon əhalisi 2006-cı ildə 14 144 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1021 km².
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Kent
Kent (ing. Kent. /kɛnt/;, lat. Cantium, Canthia) — İngiltərədə qraflıq. Cənub-Şərqi İngiltərənin tərkibində yerləşir. Paytaxtı və ən böyük şəhəri Meydstondur. Əhalisi — 1 359 milyon nəfər (qraflıqlar arasında 1-ci yer; 2004-cü ilin hesablamaları).
MRNT
mRNT və ya məlumat RNT-si və ya məlumat RNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər bir zülal tipi üçün spesifik mRNT var. DNT-dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir aminturşu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Mnet
Mnet (Music Network qısaltması), CJ Group-un bir hissəsi olan CJ ENM-in bir bölməsi olan CJ E&M-in sahibi olduğu Cənubi Koreyalı bir ödənişli televiziya musiqi kanalıdır. Seul, Mapo-gu, Sangam-dongda yerləşən CJ E&M Center Studio studiya auditoriyası olan bir çox Mnet proqramının, yəni canlı həftəlik musiqi şousu M Countdown-un yayım və qeyd mərkəzidir. Superstar K, Show Me The Money, Unpretty Rapstar, Produce 101 seriyası, Queendom və Kingdom to Road kimi sağ qalma şoularında canlı ifaların olduğu məkandır. Digər şoular İlsandakı CJ E&M Studiyasında çəkilir.
Mont
== Xarici keçidlər ==
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Mənc
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Mənc bəxşində şəhər və bu bəxşin mərkəzi.Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Mətn
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir.Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Nyu-York ştatı) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. == Həyatı == III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
99 sent
«99 sent. Diptix» — Andreas Qurski tərəfindən 1999-cu ildə yaradılan iki fotoşəkil. Bəzən onları «99 sent. 1999» da adlandırırlar. Fotoşəkildə 99 sent formatlı mağazalardan birinin interyeri təsvir olunub. Şəklin ölçüsü — 2,07×3,37 metrdir. == Qiyməti == Fotoşəkillər dünyanın ən bahalı fotoşəkilləri siyahısındadır. 7 fevral 2007-ci ildə "Sotbis" hərracında onlar 3,346 mln dollara ukraynalı iş adamı Viktor Pinçuka satılıb.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Antonela Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonella Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Gent FK
KAA Gent (Koninklijke Atletiek Associatie Gent) – Şərqi Flandriyanın Gent şəhərində yerləşən Belçikanın futbol klubudur. Gent futbol komandası idman klubu daxilində ən tanınmış bölmədir və 1989-90 mövsümündən bəri Belçikanın Birinci A Diviziyasında oynayır. Dörd Belçika Kuboku qələbəsinə əlavə olaraq, 2014-15-ci illərdə klub bir dəfə milli liqanın qalibi oldu. Gent, 1920-ci ildən 2013-cü ildə Gelamko Arenaya köçənə kimi ev oyunlarını Gentbraq şəhərindəki Jül Ottenstadionda keçirib. Onların komanda rəngləri mavi və ağdır. Baş sponsor VDK Bank maliyyə təşkilatıdır. Klubun futbol bölməsi 1900-cü ildə açıldı. Klubun ləqəbi “De Buffalo”-dur, bu termin ilk dəfə 20-ci əsrin əvvəllərində Buffalo Bill və onun Vəhşi Qərb sirkinin şəhərə səfərindən sonra meydana çıxmışdır.Gent 1913-14 və 1928-29-cu illər arasında Belçika futbolunda ən yüksək səviyyədə olan ilk uğurunu, 1936-37-dən 1966-67-ci ilə qədər isə ikinci uğurlarını qazandı. 1970 və 1980-ci illərdə klub 1989-cu ildə ən yüksək səviyyəyə qayıdışa qədər birinci və ikinci bölmələr arasında bir neçə yüksəliş və aşağı liqalara enmə halları yaşadı. Klub 1991-92 UEFA Kubokunda 1/4 finala yüksəldi ki, bu da klubun Avropa yarışlarında indiyə qədərki ən yaxşı nailiyyətidir.
Gent Universiteti
Gent Universiteti (nid. Universiteit Gent – UGent) — Belçikanın Gent şəhərində yerləşən ali təhsil müəssisəsi; == Tarixi == Universitetin əsası 1817-ci ildə Kral Villiam tərəfindən qoyulmuşdur. == Kontingenti == Gent Universitetinin 41 000 tələbəsi və 9000 işçisi var. == Fakültələri == Hazırda universitetdə 11 fakültə və 117 fakültə şöbəsi fəaliyyət göstərir: İncəsənət və Fəlsəfə fakültəsi; Hüquq fakültəsi; Elmi fakültə; Tibb və Sağlamlıq Elmləri fakültəsi; Mühəndislik və Memarlıq fakültəsi; İqtisadiyyat və Biznesin İdarəsi fakültəsi; Baytarlıq fakültəsi; Psixologiya və Təhsil Elmləri fakültəsi; Bioloji elmlərin idarə edilməsi Fakültəsi; Əczaçılıq fakültəsi; Sosial və Siyasi Elmlər fakültəsi.Bundan başqa 117 fakültə şöbəsi fəaliyyət göstərir ki, onlar elmi sahələrin hər birində 230-dan artıq yüksək keyfiyyətli kurslar təklif edir. == Məşhur məzunları == Universitet bir çox görkəmli alimlər yetişdirib ki, onlardan da Kornille Heymans, Leo Bikeland, Josef Guislain, Valter Feirs, Marc Van Montaq, Peter Piot və digərləri Nobel mükafatına layiq görülmüşdür.
Google Meet
Google Meet (əvvəllər Hangouts Meet kimi tanınırdı) — Google tərəfindən təqdim edilən video-rabitə xidmətidir. 2 tətbiqi proqram- Google Hangouts və Google Chat proqramlarının əvəzləyicisi kimi bazara daxil olmuşdur. == Tarix == 2017-ci ilin fevral ayında iOS üçün tərtib olunmuş proqram yalnız dəvət əsasında çalışsa da, həmin ilin mart ayından etibarən proqram rəsmi olaraq fəaliyyətə başladı. Xidmət Hangoutsun korporativ dostu kimi, 30-a qədər iştirakçının qatıla biləcəyi video-konfrans proqramı kimi təqdim edildi. Bazara Android, iOS və veb tətbiq versiyaları ilə daxil oldu. Şirkət Google Meet proqramını orijinal Hangouts proqramının bir üst versiyası kimi yüksək xüsusiyyətlər ilə birlikdə təqdim edərkən, iştirakçılarla görüntülü və eyni zamanda söhbət etmək də daxil olmaqla bəzi standart Hangouts xüsusiyyətlərini ləğv etdi. Bir dəfəyə icazə verilən video yayımların sayı 8-ə endirildi (pilitə rejimində ən çox 4 yayım göstərilə bilər) və yayımlarda üstünlük mikrafonlarını ən son istifadə edən şəxsə verildi — nnlayn görüşlərdə mikrafon ilə danışan iştirakçi görüşdə ön plana çıxarıldı. Bundan əlavə çat qutusu kimi özəlliklər video yayımlara sığacaq şəkildə yenidən ölçüləndirmək yerinə elə birbaşa video yayımların üzərində göstəriləcək şəkildə dəyişdirildi. 2020-ci il covid-19 pandemiyası səbəbi ilə həmin ilin yanvar və aprel ayları arasında Google Meet istifadəsi 30 dəfə artdı. Həmin ilin aprel ayının son həftəsi etibarı ilə Zoom gündəlik 200 milyon, Google Meet isə 100 milyon istifadəçi girişinə çata bildi.