MERSİNBALIĞI
MERTEBE
OBASTAN VİKİ
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mert Tunco
Mert Tunco (17 may 1995-ci ildə anadan olub) — Türkiyəni təmsil edən kişi badmintonçu.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Kareyası == === Neftçi === 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Mert Kılıç
Mert Kılıç (24 aprel 1978, Mərzifon, Amasya vilayəti) — Türkiyəli aktyor. == Həyatı == Kılıç modellikdən əvvəl Vanspor FK Edirnespor və Tekirdağspor da peşəkar futbol oynayıb. O 2002-ci ildə Ən Yaxşı Fotomodel seçilib.Aktyorluq təhsilini ABŞdakı Los Anceles Beverli Hills Aktyorluq Məktəbində alan Kılıç 1,91 metr boyundadır.Şefkat Tepe serialı ilə Samanyolu TV ekranlarına addım atan aktyor daha bir neçə serialda rol alıb. 2001-2002-ci illərdə azərbaycanlı müğənni Aygün Kazımova ilə təxminən bir il birlikdə olublar. 2002-ci ildə "Azərbaycanın ən yaxşı modeli- 2002" müsabiqəsinin prezidenti vəzifəsində çalışan Aygün Kazımova müsabiqə bitdikdən sonra Mert Kılıçla yollarını ayırıb.
Aechmea mertensii
Aechmea mertensii (lat. Aechmea mertensii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Carex mertensii
Carex mertensii (lat. Carex mertensii) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cassiope mertensiana
Cassiope mertensiana (lat. Cassiope mertensiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin cassiope cinsinə aid bitki növü.
Mertens burnu
Mertens burnu (esk. Пынъак) — Çukot yarımadasının şərqində, Senyavin boğazının çıxacağında yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi , Providenski rayonu ərazisinə daxildir. 1828-ci ildə Fyodor Litkenin ekspedisyası tərəfindən tətqiq edilmiş və ekspedisiya üzvü, gəmi həkiminin şərəfinə adlandırılmışdır. Qayalı burunda, hündürlüyü 371 m olan İnak dağı yerləşir. Mertens burnunun sahillərində yuva qururlar: berinq qarabatdağı, iri qağayılar, təmizçilər. Az saylı qar qoyunu sürüsünə rast gəlinir. Burun yaxınlığında Beringiya Milli Parkının ornitoloji stansiyası yerləşir.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. == Karyerası == Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. == Karyera == === Klub === Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır.Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi. O, artıq 2004/05 mövsümündə komandanən ən yaxşı oyunçusu idi.
Qreqori Mertens
Qreqori Mertens (fr. Gregory Mertens; d. 21 fevral 1991, Anderlext - ö. 30 aprel 2015, Genk) — keçmiş belçikalı peşəkar futbolçu. Mərkəz müdafiəçisi idi. Son klubu "Lokeren" olmuşdur. == Karyerası == Qreqori Mertens peşəkar karyerasına 2011-ci ildə "Serkl Brügge"də başlamışdır. O, bu kluba 2010-2011 qış transfer dövründə əvvəllər oynadığı "Gent" klubunun keçmiş baş məşqçisi Bob Pitersin istəyi ilə transfer olunmuşdur. 2011-ci ilin 12 fevralında Qreqori Mertens "Serkl Brügge"-"Anderlext" oyununun 89-cu dəqiqəsində Hans Kornelisi əvəz edərək ilk peşəkar oyununa çıxmışdır. Serkl Brügge oyunu 0:1 məğlub başa çatdırmışdır.
Robert Kinq Merton
Robert Kinq Merton ABŞ-də struktur –funksional təhlilin ən görkəmli nümayəndələrindən biri. == Həyatı == Robert Kinq Merton 4 iyul 1910-cu ildə Filadelfiyada doğulmuşdur. Onun ailəsi 1904-cü ildə yəhudi qaçqını Rusiyadan ABŞ-yə köçmüşdü. Anası, İda Rasovskaya, atası isə ABŞ limanında “Harri Sklonik” kimi qetdiyyata götürülmüş, Aaron Şkolnikov idi. Cənubi Filadelfiyada süd məhsulları satan Aaronun mağazası yandıqdan sonra ailəsini çətin vəziyyətdə qoymamaq üçün bir dülgərin yanında köməkçi işləməyə başladı. Doğrudur bu illərdə Merton çox zəif və çəlimsiz idi. Amma o özünün bir çox imkanlara və qabiliyyətlərə malik olduğuna inanırdı. == Ailə həyatı == 1934-cü ildə Merton, Suzanna Karhart ilə evləndi. Bu evlilikdən Robert Kinq Merton dünyaya gəldi. 1997-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazankən iki qızı- Stefani Merton və Vanessa Merton da var idi.
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Skoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-nin Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
гигиени́чно громозву́чный жалови́дный загоня́ться парши́вка слабоне́рвность субти́льность анестези́рование вынима́ние ога́рок противостолбня́чный самое́ды череви́ки октоих cubby ductile gracefulness granophyre pilgrimage porcelain-crab undocking крестоцветные намелить планировать промямлить