MEST

məst
MESLEK
MESULİYET
OBASTAN VİKİ
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Mestaliya Stadionu
Estadio Mestalla — La Liqada çıxış edən Valensiya FK-ın ev oyunlarını keçirdiyi stadiondur. 53 minlik azarkeş tutumuna malikdir. Bu xüsusiyyətinə görə İspaniyanın ən böyük 5-ci stadionudur. 1923-cü ilin 23 may tarixində tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Valensiya FK gələcəkdə Nuou Mestalla adlı yeni stadion tikəcəyi planlaşdırsa da bunun nə vaxt reallaşacağı sual altındadır.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Mestizo
Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur. Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. 1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.
Mesta (Qarasu) çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür. Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir.
Mesta çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür. Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir.