Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. == Düsturlar == v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Mif Mol
Mif Mol - cazmen == Həyatı == 1898-ci ildə Nyu-Yorkda anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi. Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı. Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır. Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Mol (Alye)
Mol (fr. Molles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03174. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 802 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 513 nəfər (15-64 yaş) arasında 382 nəfər iqtisadi fəal, 131 fəaliyyətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 74.5%) idi. Fəal olan 382 nəfərdən 353 nəfər (183 kişi və 170 qadın), 29 nəfəri işsiz (10 kişi və 19 qadın) idi. 131 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 64 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mon-Sen-Viktor (Pol Sezan)
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
AOL
AOL — Nyu-Yorkda yerləşən veb-portaldır. Elektron poçt, axtarış sistemi, xəbərlər və s. məlumatlar toplusu ilə istifadəçilərə xidmət edir. 1983-cü ildə "Kontrol Video Korporasiyası" adı altında yaradılıb. 2009-cu ildən etibarən isə AOL olaraq adlandırılmışdır. == Tarixi == AOL 1983-cü ildə Vilyam fon Mayster tərəfindən təsis edilib. Onun yeganə məhsulu Atari 2600 videooyun konsolu üçün "GameLine" adlı onlayn xidməti idi. Fon Maysterin tələbi ilə musiqi satın almaq ideyası Warner Bros. tərəfindən rədd edildi. Abunəçilər şirkətdən 49,95 ABŞ dolları məbləğində modem almış və birdəfəlik 15 ABŞ dolları məbləğində quraşdırma haqqını ödəmişlər.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi.Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı. 2007-ci ildə Qissler manqa başlıqlarının da məlumat bazasına əldə edilməsini zəruri hesab etmiş və bir neçə ay sonra bu xüsusiyyət sayta əlavə edilmişdir. 2007-ci ilin fevralında personaj məlumat bazası da əlavə edilmişdir.
MML
MML (dil)
MOO
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Moz
Moz (Dərələyəz)
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. == Etimologiyası == Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. == Yolun tarixi == === Yolların yaranması === Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Mon
Mon — soyad. Mon Hyan-Ja — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Pil-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. == Həyatı == Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.