Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Aleks Morris
Aleks Morris (ing. Alex Morris) - ABŞ-nin qara dərili aktyorlarından biridir. Aleks bir sıra detektiv filmlərdə və seriallarda rol almışdır.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Kit Morris
Kit Morris (ing. Keith Morris; 18 sentyabr 1955, Los-Anceles, Kaliforniya) — Black Flag, Circle Jerks və Off! hardkor pank qruplarının yaradıcısı və frontmeni.
Markus Morris
Markus Morris (ing. Marcus Morrie; d. 2 sentyabr 1989) — peşəkar amerikan basketbolçu. NBA-də San-Antonio Spörs komandasında çıxış edir. Kanzasda oxuduğu kollecin basketbol komandasında çıxış etdikdən sonra 2011-ci NBA seçməsində Hyuston Rokets komandası tərəfindən 14-cü sırada seçilib.
Morris Cepson
Morris Cepson — 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atan "B-29" təyyarəçinin pilotlarından biri Kiçik leytenant Morris Ceppson döyüş uçuşu zamanı atom bombasının hazırlanması və döyüş hazırlığı vəziyyətinə gətirilməsinə cavabdeh olub. O, 2010-cu il martın 30-da vəfat edib. Təyyarəçinin həyat yoldaşı bildirib ki, Morris 1945-ci ildə öz işini yerinə yetirib: "O deyirdi ki, digər ekipaj üzvləri də əmri yerinə yetiriblər". Ceppson əvvəllər müharibədəki rolu barədə danışmaqdan imtina edirmiş. Amma sonradan 1945-ci il bombardmanı barədə fikirlərini bölüşməyə başlayıb: "Burada fərəhləndirici heç bir hal yoxdur. Bombardman dağıdıcı effektə malik olub. Amma ola bilsin ki, bu bombardman yüz minlərlə amerikalının və ondan da çox yaponun həyatını xilas edib". Hiroşima şəhərinin 1800 feet (550 mt.) Üzərində partdadılan nüvə bombası, 13000 ton TNT (TriNitroToluen) gücündə. 70.000-dən çox insanın ölümü partlamasında saniyələr sonra reallaşdı. Bunun iki qatı qədərini da partlayışdan sonra yayılan radiasiya təsiri öldürdü.
Morris Motors
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Morris Çaylds
Morris Çaylds (doğulanda Moyşe Çilovski ing. Morris Childs; 10 iyun 1902, Kiyev – 2 iyun 1991, Çikaqo) — amerika siyasətçisi, ABŞ Kommunist Partiyasının üzvü (1919–1929 və 1931-ci ildən), partiyanın Mərkəzi Komitəsinin üzvü (1934-cü ildən). 1929–1931-ci illərdə KP-nın üzvü. Uzun müddət — 1954-cü ildən 1980-ci ilin yazına qədər — ABŞ Kommunist Partiyası daxilində Federal Təhqiqat Bürosuna casusluq etmişdir. 1902-ci ildə Kiyevdə mənşəcə yəhudi olan İosif Çilovskinin ailəsində anadan olub. Atası inqilabi fəaliyyətinə görə sürgünə göndərilməyə məhkum ediləndə, o, cəzadan yayınaraq Amerika Birləşmiş Ştatlarına qaçmağa nail olub və Çikaqoda məskunlaşıb. 1910-cu ildə onun ailəsi Texasa köç ediblər. Ailə üzvləri yalnız 1911-ci ildə Çikaqoda qovuşa biliblər. Bununla da Morrisin bütün gələcək həyatı ABŞ-la bağlı olub. Morris Çaylds 1919-cu ildə hələ 17 yaşı olarkən ABŞ-də kommunist partiyası yaranan kimi onun üzvü olub.
Rosemari Morris
Rosemari Morris (d. 31 yanvar 1986) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Rosemari Morris, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Rosemari Morris, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Sankt-Morits
Sankt-Morits - İsveçrə şəhəri.
Uilyam Morris
Vilyam Morris (ing. William Morris; 24 mart 1834[…], London – 3 oktyabr 1896[…], London[…]) — ingilis şair, rəssam və dizayner.
Vilyam Morris
Vilyam Morris (ing. William Morris; 24 mart 1834[…], London – 3 oktyabr 1896[…], London[…]) — ingilis şair, rəssam və dizayner.
Frank Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Moris Allays
Moris Allays (fr. Maurice Allais) (d. 31 may 1911, Paris, Fransa – ö. 9 oktyabr 2010, St.Kloud, Fransa) — fransız iqtisadçı. İqtisadiyyat və fizika sahəsindəki işləri ilə tanınır. 1988-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Moris Allays Parisdə anadan olub. Moris Allays Yüksək Təhsil Məktəbində (fr. École nationale supérieure des mines) müəllimlik etmişdir. Moris Allays iqtisadiyyat elminin qərar nəzəriyyəsi və monetarizm sahələrindəki işləri ilə tanınır.
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Byukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Drüon
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], XIII arondisman (Paris) – 14 aprel 2009[…], VII arondisman (Paris)) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Moris Fabbri
Moris Albertoviç Fabbri (it. Moris Fabbri; ən geci 1885 – ən tezi 1934, Bakı) — italyan-azərbaycan əsilli Rusiya və Sovet rəssamı, kitab illüstratoru, qrafik, muzey işçisi. İlkin rus avanqardının iştirakçısı və Mixail Larionov qrupunun üzvü olub. Osmanlı İmperiyası tərəfindən I Dünya Müharibəsi iştirakçısı idi. Moris Fabbri təxmini 1885-ci ildə italyan kişi və azərbaycanlı qadının nikahından dünyaya gəlmişdir. Fabbri çox da cəlbedici olmayan bir sifətə malik idi: arıq, uzun, qıvrım, qarasaçlı. O, rus dilində ləhcə ilə danışar və qrammatik səhvlərlə yazardı ("rus dilini bilmədən aydın fikir söyləmək mənə çox çətindir" – deyərdi). Vərəm xəstəsi idi. 1910-cu ilin əvvəllərində Fabbri Moskvada Memarlıq və Rəssamlıq məktəbinə daxil olur. O, bu məktəbdə oxuyarkən həm ödənişlə bağlı, həm də dolanışacaqla bağlı maddi sıxıntılar yaşadı.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Moris Jarr
Moris Jarr (Maurice Jarre; 13 sentyabr 1924[…] – 28 mart 2009[…], Malibu, Kaliforniya) — bəstəkar. 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır. Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festivalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür. Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.
Moris Meterlink
Moris Polidor Mari Bernar Meterlink — (fr. Maurice (Mooris) Polydore Marie Bernard Maeterlinck; 29 avqust 1862[…], Gent – 6 may 1949[…], Nitsa) — fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911). Belçika dramaturqu və esseisti Moris Polidor Mari Bernar Meterlink imkanlı flamand ailəsinin övladı idi. İlk təhsilini yezuit kollecində almışdı. Kiçik yaşlarında hər şeydən çox poeziya ilə maraqlanırdı. Ailədə əsasən fransızca danışıldığından Meterlink də yazmağa başlayarkən bu dilə üstünlük vermişdi. Valideynləri onun ailə ənənəsini davam etdirərək hüquqşünas olmasını istəyirdilər. Meterlink ata-anasının iradəsinə qarşı çıxmamışdı. Gent universitetinin hüquq fakültəsini biritmişdi. Lakin 1885-ci ildə təcrübə keçmək üçün getdiyi Parisdə bütün vaxtını və gücünü ədəbi məşğələlərə sərf etmişdi.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Moris Slobodskoy
Moris Slobodskoy (tam adı: rus. Мори́с Рома́нович Слободско́й; d. 13 dekabr 1913 ö. 6 fevral 1991) — Sovet dramaturq, nəsr yazıçısı, ssenarist, şair, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Moris Slobodskoy 13 dekabr, 1913-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə qəzetin redaksiyasında yazıçı və xüsusi müxbir kimi işləmişdir. Burada həm də heyrətamiz məqalələr və satirik məqalələr, o cümlədən "Cəsur Əsgər" qəzetidə nümayiş etdirilib. "Qırmızı Ulduz" ordeni, Vətən Müharibəsi II dərəcəli ordeni, "Şərəf nişanı" ordeni və medalları ilə təltif edilmişdir. 1943-cü ildən Sovet İttifaqının üzvü olmuşdur. 1938-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.