Robert Morrison Mak-Ayver
Robert Morrison Mak-Ayver (Maclver) (17 aprel 1882, Stornavey – 15 iyun 1970, Nyu-York, Nyu-York ştatı) — sosioloq, politoloq, filosof və akademik elmin təşkilatçısı.
Robert Morrison Mac-Ayver 17-Aprel 1882-ci ildə Şotlandiyanın Levis adalarında tacir və manufakturaçı Donald Mak-Ayver və Kristina Mak-Ayverin ailəsində dünyaya gəlmişdir. Atası kalvinist, xüsusilə Presbiteryan idi. Robert Morrison 1911-ci il 14 avqust tarixində Elizabet Marion Peterkinl evlənmişdi. Üç uşaq sahibi idi: İan Tennant Morrison, Kristina Elizabet və Donald Gordon.
O, demokratik institutların və proseslərin fundamental mənəvi, sosioloji və fəlsəfi prinsiplərinin işlənib hazırlanmasına əhəmiyyətli töhfələr vermişdir. O, mühüm nəzəri problemlərin hazırlanması ilə məşğul olmaqla yanaşı, eyni zamanda öz təhlilini konkret sosial problemlərin həll edilməsi imkanları ilə əlaqələndirirdi. Mak-Ayver əsasən əmək fəaliyyətində qarşılıqlı münasibətlərin, iqtisadi dəyişikliklərin, beynəlmiləlçilik və sülhün, qruplararası münaqişələrin, dinin, akademik azadlığın, sosial işin, həddi-buluğa çatmamışların qanun pozuntularının, təbii resursların səmərəli istifadəsi problemlərinin həllində sosioloji metodologiyanın tətbiq edilməsinə səy göstərirdi.
Edinburq Universitetində, Oksford Univeristetində və Kolmubiya Universitetində təhsil almış və sosiologiya və fəlsəfə üzrə dərəcələr almışdır. Onun bu sahədəki uğurları təhsili ilə yanaşı xüsusi istedadı ilə də əlaqədardır.