Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Malik
Malik — kişi adı.
ABD Malik
Malik Xəyyam oğlu Kələntərli (27 yanvar 1978, Bakı) — Azərbaycanlı müğənni, repçi, aktyor və parfümer. ABD Malik XXI əsrin əvvəllərində Azərbaycan rep musiqisində özünə məxsus yeri olan Dəyirman qrupunun üzvlərindən olmuşdur. == Həyatı == Kələntərli Malik Xəyyam oğlu, 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İman qulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix üzrə müəllim vəzifəsində çalışır. Ailənin tək övladıdır. Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbdə diskotekalarda və tədbirlərdə DJ-lik və aparıcılıq edib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub. Orada Miri Yusiflə bir qrupda təhsil alıb və yaxın dostluq münasibətləri qurub. Ardıcılıqla həmən ildə gələcək Dəyirman qrupunun başqa solistləri ilə tanış olub.
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. == Həyatı == Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Malik Bayramov
Malik Bayramov (Malik Yaşa oğlu Bayramov; 15 mart 1964, Bağırlı, Şamaxı rayonu – 8 may 1994, Tərtər rayonu) — Azərbaycan zabiti, baş leytenant, "Azərbaycan Bayrağı" ordeni təltifçisi. == Həyatı == Malik Bayramov 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində anadan olub. Malik Bayramov 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib. 1992-ci ildən Azərbaycan torpaqlarını azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl ,Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Malik Bayramov 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Mükafatları == Malik Bayramov ölümündən sonra Heydər Əliyev tərəfindən 1995-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Şəhid zabit Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. == İstinadlar == == Ədəbiyyat == Şamaxı tarix-diyarşünaslıq muzeyi. Bakı.
Malik Bağışov
Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Malik Bəyləroğlu
Malik Bəyləroğlu (d. 21.01.1970, Azərbaycan) — Azərbaycan əsilli türk boksçu. == Həyatı == O, Azərbaycanda anadan olub və Sovet İttifaqının milli komandasının tərkibində bir sıra müvəffəqiyyətlər qazanıb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyəyə köçdü və Türk vətəndaşlığını qəbul etdi. == Fəaliyyəti == Boksla “əməkdar məşqçi” Məmməd Eyvazov rəhbərliyi altında məşğul olmuşdur. Öz istedadı sayəsində tez bir zamanda nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ yığma komandasına cəlb edilmişdir. O, dəfələrlə Azərbaycan çempionu, 1986-88-ci illərdə SSRİ birinciliklərinin, bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və Atlanta yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. 1992-ci ildə Fənərbaxçada idman fəaliyyətinə başlamışdır. 1992-ci ilin 16-18 oktyabr tarixində Kütahyada təşkil edilən Türkiyə Fərdi Boks Çempionatında ilk Türkiyə birinciliyini qazandı. ABŞ-n Atlanta şəhərində təşkil edilən 1996-cı ilin Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq Türkiyənin bu idman növündə o tarixə qədər olimpiadalarda ən böyük nailiyyətini əldə etdi.
Malik Fərrux
İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı. == Həyatı == Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır. О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur.
Malik Həsənov
Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı. == Həyatı == 1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir. 1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir. Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.
Malik Mahmudov
Malik Mahmudov (Malik Rüstəm oğlu Mahmudov; 4 noyabr 1938, Ordubad – 1991) - görkəmli Azərbaycan ərəbşünası, şərqşünas-alim, professor. == Həyatı == Malik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. 1961-1962-ci illərdə Bağdad Uni­versitetində təcrübə keçmiş 1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur. 1991-ci ildə Malik Mahmudov vəfat etmişdir. == Elmi fəaliyyəti == İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030-1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur.
Malik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Mirzəyev
Malik Hüseyn oğlu Mirzəyev (d. 25 dekabr, 1936-cı il, Laçın rayonu, Sadınlar) — dosent, coğrafiya elmləri namizədi. == Həyatı == Malik Mİrzəyev 25 dekabr 1936-cı ildə Laçın rayonunun Sadınlar kəndində ziyalı ailəsində anadan olub. Atası Hüseyn Mirzə oğlu Gəncədə və Tiflisdə mükəmməl təhsil almışdır. Malik Mirzəyev Laçın şəhər orta məktəbini bitirmiş, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olmuş, 1961-ci ildə fiziki-coğrafiya ixtisası üzrə məzun olmuşdur. 1961-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Eroziya bölməsində kiçik elmi işçi işləmiş, 1963-1966-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunun əyani aspiranturasını bitirmişdir. 1967-ci ildə “Qarabağ vulkanik yaylasının landşaftı və təbii rayonları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Malik Mirzəyev 1967-1976-cı illərdə Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent, 1976-1986-cı illərdə ETPEİ-də baş elmi işçi, 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində çalışmışdır. Onun 300-ə qədər elmi-bədii publisistik məaqlələri, kiçik hekayələri, ona qədər kitabı, dərslikləri və metodik vəsaitləri çap olunmuşdur. Məktəblərdə onun müəllifi olduğu “Təbiətşünaslıq” (II, IV, V siniflər) və “Coğrafiya” (VI sinif) dərsliklərindən istifadə olunur.
Malik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Namazov
Malik Qabdullin
Malik Qabdullin (qaz. Мәлік Ғабдуллин; 2 (15) noyabr 1915, Qoysalğan[d], Bozqır general-qubernatorluğu – 2 yanvar 1973, Almatı) — Qazaxıstanlı sovet alim-müəllimi, yazıçı, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1959), Qazaxıstan SSR-nin əməkdar elm xadimi (1961), filologiya elmləri doktoru, professor (1959), Sovet İttifaqı Qəhrəmanı (1943). 1940-cı ildən bəri Sov.İKP üzvü. == Bioqrafiyası == Malik Qabdullin 2 (15) noyabr 1915-ci ildə Puxalskoye kəndində (indi Qazaxıstanın Akmola vilayətinin Zerendinsky rayonunda) anadan olub. Birbaşa Kanay Kuttımbetulyin nəslindəndir Orta juzun Qazaxlarının liderlərindən biri, Abılay Xanın baş müşaviri və XVIII əsrin ictimai xadimi. 14 yaşından etibarən Malik məşhur qazax yazıçısı Sabit Mukanovun ailəsində böyümüşdür. 1935-ci ildə Abay adına Qazaxıstan Pedaqoji İnstitutunu bitirib. Məzun olduqdan sonra Malik Qabdullin hərbi xidmətdə idi (1935-1937). Sonra "Sosialist Qazaxıstan" qəzetində ədəbi işçi (1937), "Qazaxıstan pioneri" qəzetinin redaktor müavini (1938), SSRİ Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda tədqiqatçı (1938), 1938 - 1946 — Abay adına KazPİ-də aspirant. Qabdullin, faşistlərin üstünlük təşkil edən qüvvələri ilə döyüşdə 2 tankı qumbara ilə yıxan, çox sayda faşisti məhv edən və 12 əsiri götürən bir qrup əsgərə rəhbərlik etdi.
Malik Qarazadə
Malik Qarazadə (1939) — şərqşünas alim. == Həyatı == Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M.Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda və Yəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə “Müasir ərəb ədəbi dilində söz sırası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s.
Malik Quliyev
Malik Quliyev (1952) — tarzən, sənətşünas == Həyatı == Malik Bayram oğlu 1952-ci ildə aprelin 29-da Füzuli rayonunun Kərimbəyli kəndində doğulub. 1960-cı ildə Kərimbəyli kənd məktəbinin birinci sinifinə daxil olub. Mərhum Ağabala Abdullayevin məsləhəti ilə Füzuli rayon musiqi məktəbinə qəbul olunub. 1960-cı ildə musiqi məktəbində və V. Sərdarov adına orta məktəbdə təhsilinin davam etdirib. 1968-ci ildə orta məktəbin VII sinfini və musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbinə (indiki Azərbaycan Dövlət Musiqi Kolleci) qəbul olub, 1972-ci ildə oranı bitirib. Təyinatla Cəbrayıl rayonununa tar müəllimi göndərilib. 1973–1975-ci illərdə hərbi xidmətdə olub. 1976-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, 1981-ci ildə konservatoriyanı bitirib. Sumqayıt musiqi texnikumunada konsermeystr, müəllim, şöbə müdiri işləyib.
Malik Ramazanzadə
Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1970), “Şərəf nişanı”ordenli Ramazanzadə Malik Heydər oğlu 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1931-ci ildə universiteti bitirdikdən sonra o Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) fizika kafedrasında əmək fəaliyyətinə başlamışdır. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə kafedra texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş, və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılmışdır. 1941-ci ildə Malik Ramazanzadə müvəffəqiyyətlə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildə professor adına layiq görülmüşdür. 21 aprel 1976-cı ildə Malik müəllim Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tanınmış maarfçi Malik Ramazanzadə Respublikada ilk dəfə olaraq ali texniki məktəblər üçün azərbaycan dilində “Ümumi Fizika” adlı dərslik yazmışdır. Həmin dərslik dəfələrlə “Uçpedqiz”, “Azərnəşr” və “Maarif” nəşriyyatlarında çap olunub.
Malik Tiav
Malik Tiav (14 yanvar 2000, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. == Karyerası == Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur.O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. === Milan === 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.
Malik Xeyirbəyov
Malik Samik oğlu Xeyirbəyov (19 mart 2002; Cibir, Qusar rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti ==Xeyirbəyov Malik Samik oğlu 2002 ci mart ayınin 19 da Qusar rayonun Cibir kəndində anadan olmuşdur.2008 ci ilde hemin kendin 1 ci sinifine getmişdir.2019 cu ilde Qusar rayon Cibir kend tam orta mektebini bitirib Odlar Yurdu Kollecinin Turizm və Otelçilik fakultesine qəbul olunur .Oxuduğu vaxt Tələbə Gənclər Təşkilatinin fəal üzvi idi.18 yaşi mart ayinda tamam olduğuna göre Kolleci yarimçiq qoyub Həqiqi herbi xidmete yollanir .Herbi xidmeti Ağcabədi nin 161 saylı herbi hissəsində keçirir. Burda xidmet etdiyi 3 aydan sonra Beylaqninin 181sayli herbi hissesinde xidmetini davam etdirir.Beyleqanda xidmet etdiyi 1 ay yarım sonra 2 ci Vətən müharibesi başlayir. Fuzuli ,Cebrayil və Hadrut uğrunda geden ağır döyuşlerde iştirak edir.26 oktyabrda Fuzüli uğrunda geden döyüşlerde Qehremancasina Şəhid olur .30 oktyabrda doğulduğu Cibir kendinde defn olunur.Ölümunden sonra 4 medalla teltif olunub Füzülinin azad olunmasina görə İgidliyə göre Vətən uğrunda Döyüşdə fərqlənməyə göre === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzuli, Cəbrayıl, və Hadrutun azad edilməsində vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi.O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, “Babad Tanah Yavi” və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir. Bununla birlikdə, digər mənbələr, onun XVI əsrdə Əsmərakəndə gəldiyini və Tuban Regencydə dəfn olunduğunu qeyd edir.
Malik Əliyev
Malik Təvəkkül oğlu Əliyev (26 dekabr 1986; Naxçıvan, Azərbaycan SSR — 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Malik Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsində Komendant bölüyünün komandiri, 2015-ci ildən isə Horadiz Sərhəd Dəstəsinin Komendantlığında Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Malik Əsədov
Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur. == Döyüşlərdə iştirakı == Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər. == Ailəsi == Ailəli idi. == Xatirəsi == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Malik Əştər
Malik Əştər ibn Haris (585 – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.
Qanadi Malik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Katolik
Katolik Kilsəsi — rəhbərliyində Roma Papası duran dünyanın ən böyük xristian kilsəsi. Dünya katolik kilsəsi bir latın mərasimi kilsəsindən və iyirmi iki şərqi katolik kilsədən ibarətdir. Bunların hamısı Roma yepiskopu təkcə və ya Yepiskop kollegiyası ilə öz vəkaləti kimi sayır. Katolik Kilsəsinin İsa Məsih tərəfindən qurulduğuna inanılır (Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Matta 16.18 )-Müqəddəs Kitab Kilsə keşişlərini həvarilərin varisləri kimi və Roma papasını müqəddəs Pyotrun varisi kimi görür. 1054-cü ildə İstanbul Patriarxı və Roma Papasının nümayəndələri arasında ayrılma baş verdi və bundan sonra birinci kilsə Pravoslav kilsə, yaxud Şərqi pravoslav kilsə, ikinci isə Katolik kilsəsi adlandırır.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
MATLAB
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər: Matriks əməliyyatları; Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili; Alqoritmlərin tətbiqi; Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var. MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir. MATLAB dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər.
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir.Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur.Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir. Onun qurucusu Malik ibn Ənəs (712-796) görkəmli mütəfəkkir və hüquqşünas olmuşdur. O, Mədinədə yəmənli tacir soyundan olan ailədə dünyaya gəlmişdir.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Materik
Materik – Yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Matriks
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir.Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir. Kvadrat matrisin determinantı kvadrat matrisin öyrənilməsi üçün əsas sayılan matrislə əlaqəli ədəddir; məsələn, kvadrat matris yalnız və yalnız sıfırdan fərqli determinanta malik olduqda və onun məxsusi qiymətləri çoxhədli determinantının kökləri olduqda tərs olur.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Maşlıq oyk., sadə. Cəlilabad r-nunda kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı (kartofçuluq-əkinçilik, maldarlıq və heyvandarlıq) təşkil edir. == Din == Kənddə "Şəhidlər" məscidi dini icması fəaliyyət göstərir.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik, özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə ediləbilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Smaylik
Smaylik, smayl (ing. smiley) və ya emotikon (ing. emoticon) — insanın əhval-ruhiyyəsini təsvir edən işarə. Smayliklər İnternet və SMS xəbərlərdə daha geniş yayılıblar. == Tarixi == Smaylik işarəsini 19 sentyabr 1982-ci ildə Pitsburqdakı Karneqi Mellon Universitetinin müəllimi Skot Falman kəşf etmişdir.
Şaşlık
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.