Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Malik Əsədov | |
---|---|
Malik Hamil oğlu Əsədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Havarlı, Yevlax rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Nəbilər, Şuşa, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Havarlı, Yevlax rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.[1]
Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.[2]
Ailəli idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.