Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuk mundem pa ty
It's All About You (azərb. Mən sənsiz yaşaya bilmirəm‎) — Albaniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Yuliana Paşa ifa etmişdir. Mahnının bəstəkarı Ardit Gjebrea, sözlərinin müəllifi isə Ardit Gjebrea və Pirro Çakodur.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Büke
Büke - türk və altay mifologiyalarında əjdaha deməkdir. Bükü və ya Buka olaraq da deyilir. Əfsanəvi varlıq. İlana bənzər nəhəng bir sürünəndir. Çox vaxt qanadlı olaraq təsvir edilər. Uça bilər. Ağızından atəş saçar, dişlərindən turşu axıdar. Dərisi zireh kimi pullarla örtülüdür. Bütün Dünya mifologiylarında ortaq fiqurlardan biridir. Dinozavrlar çağından qalma bəzi varlıqların primitiv topluluklardaki xəyali izahatı olaraq düşünülə bilər.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi.Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur. Lisey tələbələri üçün nəzərdə tutulmuş cukular hazırlıq kursları olan yobikolarla rəqabət aparırlar.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Kükü
Yaşayış məntəqələriKükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.YeməklərKükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Nekk
== Nekk == Nekk (ink. neck-boyun, boğaz)-vulkan kanalının yuxarı-boğaz hissəsində bərkiyib qalmış və sonradan denudasiya nəticəsində üstü açılmış lavaya deyilir. Nekk adətən sütunvari massiv formada olur.
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Niks
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
Nudl
Nudl (ing. Noodle, əriştə) — xəyali yapon musiqiçi, müğənni, virtual qrup Gorillaz-ın üzvü. O, qrup üçün gitara və klaviaturalar, həmçinin bəzi arxa vokallar təqdim edir. Gorillaz-ın bütün digər qrup üzvləri kimi o, da 1998-ci ildə Deymon və Ceymi Hyulett tərəfindən yaradılmışdır. Nudl Haruka Kuroda, Miho Hatori və Haruka Abe tərəfindən səsləndirilib.
Nukus
Nukus və ya Nüküs (özb. Нукус, Nukus (Nüküs), qaraq. Нөкис, No‘kis (Nökis)) — Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan şəhər. Təxminən 305.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş. Buna görə qaraqalpaqlar 1939-cu ildə paytaxtı Dördgöl şəhərindən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpaqıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir.
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Nübl
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.
Nücü
Nücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 922 nəfərdir. == Toponimiyası == Tədqiqatlarda belə güman edilir ki, yaşayış məntəqəsi eyniadlı arxın kənarında salındığı üçün belə adlanmışdır. Arxın adı talış dilindəki nii (yeni, təzə) və cıt (arx) sözlərindən ibarət olub, “yeni, təzə arx” mənasındadır.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Aleksander Noks
Aleksandr Noks (ingiliscə: Alexander Knox, 16 yanvar 1907, London (Ontario) , Kanada - 25 aprel 1995, Kanada) - Kanada aktyoru olmuşdur.Müxtəlif macəra romanlarının müəllifi olmuşdur.1943-ci ildən 1995-ci ilə qədər Amerikan aktrisası Doris Nolan (1916–1998) ilə ailə həyatı qurmuşdur.
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Parisin 17-ci rayonu[d]) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Atınç Nukan
Atınç Nukan (20 iyul 1993, Fateh) — müdafiə mövqeyində oynayan türk milli solaxay futbolçusudur. O, Türkiyə millisində çıxış edir. Atınç Nukan futbolçu karyerasına 2004-cü ildə "Küçükçekmecespor"da başlayıb. Burada keçirdiyi 2 uğurlu mövsümdən sonra “Beşiktaş”ın diqqətini çəkib və 2006-cı ildə 13 yaşında “Beşiktaş”a transfer olub.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Böyük duka
Böyük duka və ya meqaduka (yun. μέγας δούξ), həmçinin meqaduks (lat. Megadux) — Bizans imperiyası iyerarxiyasındakı ən yüksək vəzifələrdən biri, donanmanın baş komandanı. == İstinadlar == == Mənbə == Anqold, Maykl. The Byzantine Empire, 1025–1204: A Political History. Second Edition (ingilis). Longman. 1997. ISBN 0-582-29468-1. Bartusis, Mark S. The Late Byzantine Army: Arms and Society 1204–1453 (ingilis).
Emma Noks
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.