nul

-le adj heç bir

nuit
nullement
OBASTAN VİKİ
Null (kompüter)
Null — qiyməti olmayan simvolun kodu. NULL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NULL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NULL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NULL, həm də ona göndərilən istənilən informasiyanı "tullayan" qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki "görünə" bilsə də, NUL, alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün "zibil qabıdır". Boş dövrə (null cycle) — proqramın açılması (yerinə yetirilməsi) üçün gərəkli olan ən qısa zaman aralığı; yəni proqramın yeni verilənlər və ya göstərişlər (komandalar) yığınını emal etmədən "dövr keçməsi" üçün gərəkli olan zaman. Boş-modem və ya sıfır-modem (null modem) — iki yanaşı duran kompüteri birləşdirmək üçün istifadə olunan xüsusi kabel; modemdən istifadə etmədən iki kompüter arasında faylların ötürülməsi məqsədilə tətbiq olunur. Boş göstərici (null pointer) — proqramlaşdırmada: sıfıra istinad. Göstəricinin belə qiyməti, məsələn, funksiyanın işinin uğursuz nəticəsini bildirə bilər. Bu qiymət çox zaman göstəriciyə başlanğıc, yaxud susqunluq qiyməti kimi mənimsədilir.
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Nullity
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə[d], Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Nulubulaq (Meşkinşəhr)
Nulubulaq (fars. نولي بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (37 ailə).
Rhodanthe nullarborensis
Rhodanthe nullarborensis (lat. Rhodanthe nullarborensis) — mürəkkəbçiçəklilər fəsiləsinin rhodanthe cinsinə aid bitki növü.
Viktoriya Nuland
Viktoriya Nuland (ing. Victoria Nuland; d. 1961, Konnektikut) — ABŞ siyasətçisi, peşəkar diplomat, ABŞ Dövlət Katibinin köməkçisi. Atası Yel Universitetinin tibb və bioetika professoru Şervin Nulanddır. Nuland milliyətcə yəhudidir. O, Braun Universitetini bakalavr pilləsini bitirib. Rus, fransız və bir qədər çin dilini bilir. Robert Kaqanla ailə həyatı qurub, iki övladı var.
Nullifikasiya
Nullifikasiya (lat. nullificatio — məhv olunması) — bir sənədin və ya əskinasların hüquqi qüvvəsindən, faktiki əhəmiyyətindən və qanuniliyindən məhrum edilməsidir. Əskinasların ləğvi, yəni onların faktiki əhəmiyyətinin ləğvi yüksək inflyasiya səviyyəsinə görə, ən kiçik nominallı əskinaslar öz aktuallığını itirdikdə həyata keçirilə bilər. Belə vəziyyətdə əskinaslar əvvəlcədən müəyyən edilmiş tarixdən etibarən öz qüvvəsini itirir və bu tarixdən əvvəl və bu tarixdən sonra müəyyən edilmiş müddət ərzində etibarlı əskinaslara dəyişdirilə bilər. Məsələn, Belarusda 2015-ci il iyulun 1-dən 50 rubl nominalında əskinasların buraxılmasını dayandırdılar. 2015-ci il sentyabrın 1-dən onlar artıq ödəniş vasitəsi kimi qəbul edilməyib. Və 2016-cı il iyunun 1-dən onlar mübadilə üçün qəbul olunmur və öz qüvvəsini tamamilə itirir. Nullifikasiya redenominasiya zamanı da həyata keçirilə bilər ki, bu da inflyasiyanın yüksək templəri və bütün əskinasların etibarlılığını itirməsi və yeniləri ilə əvəz edilməsi qərarı ilə də baş verə bilər. Belə bir vəziyyətdə, bir qayda olaraq, daha kiçik nominallı, 10 köhnəyə 1 yeni və ya 10-a bölünən digər nisbətdə əskinaslarla əvəz olunur. Analoji vəziyyət Almaniyada 1924-cü ildə baş vermişdi, bir yeni marka 1 trilyon köhnə ilə dəyişdirildikdə.
Echinodorus aschersonianus var. nulliglandulosus
Aquarius longiscapus (lat. Aquarius longiscapus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinodorus grandiflorus var. longiscapus (Arechav.) Hauman Echinodorus longiscapus Arechav.
Null (SQL)
NULL — verilənlər bazasında bir dəyərin mövcud olmadığını və ya təyin edilmədiyini göstərən xüsusi bir dəyərdir. NULL boşluq və ya sıfır kimi qəbul edilmir; əksinə, dəyərin "bilinməz" olduğunu və ya mövcud olmadığını bildirir. == Haqqında == Məlumatın olmaması — NULL dəyəri bir cədvəl hüceyrəsində məlumatın olmadığını bildirir. Məsələn, istifadəçinin telefon nömrəsi yoxdursa, telefon sütununda NULL saxlana bilər. NULL = NULL deyil — SQL-də iki NULL dəyəri bir-birinə bərabər hesab edilmir. Yəni, NULL = NULL şərti doğru deyil. NULL-lar bilinməz dəyərlər olduğundan, iki bilinməz dəyərin eyni olub-olmadığını müqayisə etmək mənasızdır. NULL ilə əməliyyatlar — NULL ilə hər hansı bir riyazi və ya məntiqi əməliyyatın nəticəsi də NULL olacaq. Məsələn, 5 + NULL və ya NULL AND TRUE kimi ifadələr NULL qaytaracaq. NULL ilə şərtlər — NULL-ları axtarmaq üçün SQL-də xüsusi IS NULL və IS NOT NULL ifadələrindən istifadə olunur.