Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vilyam Koplend (pivəçi)
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.
Himeci
Himeci (yap. 姫路市) — Yaponiyanın Kansay regionunda yerləşən, Hyoqo prefekturasında şəhər. == Diqqətəlayiq yerlər == Əvvəldən qala şəhəri olan Himeci şəhərində UNESCO Ümumdünya irsinə aid olan Himeci qəsri yerləşir.
Pinaki
Pinaki (fr. Pinaki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutavake atolundan 10 km cənub-qərbdə yerləşir. Adanın sahəsi 1,3 km²-dir. Daxilində böyük laqun vardır. İnzibati baxımından Nukutavake kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. Digər adı — Nqanati. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Pirəli
Pirəli (Urmiya)
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Piperi
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Şinci
Şinci — ad.
Günəş paneli
Günəş paneli - üzərində günəş enerjisini sovurmaya yarayan bir çox günəş batareyası saxlayan bir enerji qaynağıdır. 8-24 panellik bir sistem, ehtiyac olan yerlərdə bir evin bütün elektrik ehtiyacını qarşılaya bilər. Sənaye tətbiqləri və ya elektrik stansiyaları üçün minlərlə Günəş batareyasının istifadə edildiyi böyük sistemlər qurulmaqdadır. Günəş batareyasının performansı səmərəsi ilə ölçülər. Günəş paneli təsir nümayiş etdirən yarımkeçiricilərdən istifadə edərək, günəş radiasiyasını (günəş enerjisini) sabit cərəyan elektrik enerjisinə çevirir. Deqradasiya kimi tanınan proseslə əlaqədar olaraq, PV panelin göstəriciləri də vaxt keçdikcə azalacaqdır. Deqradasiya dərəcəsi ekoloji şəraitdən və panelin texnologiyasından asılıdır. Lazımi qaydada layihələndirilmiş PV elektrik stansiyasının, adətən, 77%-86% civarında olan (illik orta MƏ 82%-dir) məhsuldarlıq əmsalı (MƏ) elektrik stansiyasının istismar dövrü ərzində deqradasiyaya uğrayacaqdır. Ümumiyyətlə, keyfiyyətli PV modullarının faydalı istismar dövrünün 35–40 il davam etməsi gözlənilə bilər. == İnvertorlar == Günəş paneli üçün invertorun əsas funksiyası günəş panelinin istehsal etdiyi sabit cərəyan enerjisini dəyişən cərəyan enerjisinə çevirməkdir.
Himeci qəsri
Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib. == Ümumi məlumat == Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir. == Himeci qəsrinin quruluşu == Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi.
Kiçik Pirəli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür.
La Pineda
La Pineda — İspaniyanın Tarraqona vilayətində şəhər.
Minici afelinus
Minici afelinus - (lat. Aphelinus mali) - Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae) parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədəninin uzunluğu 0,4-5 sm olan həşəratın 1250-dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur. Minici-afelinus sürfələrini ağac və bitkilərdə zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov "neştər" ilə batırmaqla həmin tırtılı iflic edib bitki zərərvericisini məhv edir. Minici-afelinuslar,əsasən,çiçəklərin şirəsilə qidalanır, ağaclarda olan qanlı mənənəyə qarşı bioloji mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə tədbirləri aparılarkən digər həşəratlarla birlikdə məhv olurlar.
Məhəmməd Hidəci
Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı – 1928, Tehran) — Azərbaycan şairi. Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir. Hidəci üç dildə — azərbaycanca, farsca və ərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. I cild.
Nelson Pinedo
Napoleon Nelson Pinedo Fedullo (10 Fevral 1928 – 27 Oktyabr 2016) — Barrakillada anadan olmuş Kolumbiyalı musiqiçi. 1954-cü ildə Pinedo Sonora Matankeranın zamanında Latın Amerikasında geniş şöhrət qazanmış Kubalı ansambl ilə beş illik müqavilə imzalayaraq karyerasında başlamışdır. Pinedo da Bolero kimi Kuba ritmlərinə uyğunlaşdırılmış qrup ilə Kolumbiyanın məşhur musiqilərini (porros, kumbias və ağcaqayın) səsləndirirdi. İnsult keçirdikdən 2 həftə sonra Pinedo Venesuelanın Valensiya şəhərində 27 oktyabr 2016-cı ildə 88 yaşında vəfat etdi. Una Noche en Caracas Nelson Pinedo musiqiləri Sonora Matancera: Səni rəqsə dəvət etmək Sonora Matancera: Desfile de Estrellas El Rítmico Cortijo Combo A Bailar Merecumbé Con Pacho Galán, con Pacho Galán y su Orquesta Amerikada Latın En Venezuela, con "Chucho" Sanoja y su Orquesta ¿Quién Será? La Esquina del Movimiento Fausto Pérez Villarreal. Nelson Pinedo: El Almirante Del Ritmo. Fundación Cultural Nueva Música, 2006.
Pikəçik (Salmas)
Pikəçik (fars. كاچوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (39 ailə).
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Pirəli (Urmiya)
Pirəli (fars. پیرعلی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (96 ailə).
Piyəcik (Əhər)
Piyəcik (fars. پيجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Piçiçi Mükafatı
Piçiçi mükafatı İspaniyanın yerli idman nəşri sayılan "Marca" tərəfindən, hər mövsüm La Liqada ən çox qol vuran oyunçuya təqdim edilən mükafatdır. Bu mükafat "Atletik Bilbao" klubunun oyunçusu olmuş Rafael "Piçiçi" Morenonun adına adlandırılandan sonra 1952/53 mövsümündən etibarən hər il qalib oyunçuya təqdim edilir. Piçiçi mükafatı İspaniya Futbol Federasiyası tərəfindən rəsmi olaraq tanınmayıb. Mükafat "Marca" nəşrinin subyektiv meyarlarına əsasən müəyyən olunur.
Senecio princei
Senecio princei (lat. Senecio princei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tapşırıq paneli
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Rodoslu Paneti
Panetius (yun. Παναίτιος, m. ö. 180 – 110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı. Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir. Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur. Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır. Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetik və platonik məktəblərinin elementlərini də qatmışdır.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. == Həyatı və karyerası == Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.
Piperi betlum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Salix piperi
Salix hookeriana (lat. Salix hookeriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix amplifolia Coville Salix hookeriana var. laurifolia J.K.Henry Salix hookeriana var.