ƏSİL-NƏSƏB

bax əsil 5-ci mənada. Bir gün bazar tacirlərinin birisi Mahmudun gözünə çox şirin gəldi.
Mahmud bu tacirnən yaxın olub, onun əsil-nəsəbini öyrənəndən sonra, həmin tacir İlyası çəkdi dükanına. (Nağıl).
Pinəçi … evində əsil-nəsəbi məlum olmayan adamları saxlaya bilməyəcəyini bildirdi və ev kirayəsi tələb etdi. M.İbrahimov.
[Şeyx Amiri:] Sən ki əsil-nəsəbimə yaxşı bələdsən, sərvətimdən, xəzinəmdən də xəbərin var. Ə.Məmmədxanlı.

ƏSİL
ƏSİLLƏNMƏK

Digər lüğətlərdə