Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər. == Həyatı == Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi.
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Vyana valsı
Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir. Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur. Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir.
Ümid valsı
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
Bar Pali
Bar Pali (ivr. ‏בר פאלי‏‎; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей; 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model. == Həyatı == Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi. == Karyerası == === Model === Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.
Pali dili
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Meydan qalsı (Adana)
Meydan qalası — böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biri yarım ay şəklində irəli çıxır. Qala divarların bəzi hissələri xaraba vəziyyətdədir. Qalada 1700-cü illərə qədər yaşayışın olduğu bildirilir. Osmanlı dövləti bu qalaya qulluq etmələri qarşılığında burada yaşayanları vergidən azad etmişdi. Meydan qalası Qızıldağ yaylasına 5 km, Kalkat yaylasına 8 km məsafədə Üçürgə suyu mənbəsi bölgəsindədir. Qərbində tarixi Qızıldağ yaylası yerləşir və Aladağ vadisindəki digər qalalara qonşu mövqedədir. Meydan qalası böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biriyarımay şəklində irəli çıxır. Qala divarlarının bəzi hissələri dağılmış vəziyyətdədir.
Ümid valsı (balet)
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
Fire of Love (Pali się)
Fire of Love (Pali się) (azərb. Sevgi atəşi (Yan)‎) — Polşanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tulia qrupu "Fire of Love (Pali się)" mahnısı ilə Polşanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Sonya Krasnıy, Allan Riç və Cud Fridmana aiddir.
Altsi
Altsi (fr. Alzi, kors. Alzi) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B013. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 17 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 14 nəfərdən (15-64 yaş) 11 nəfər iqtisadi fəal, 3 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 78,6%, 1999-cu ildə 58,3%) olmuşdur. Fəaliyyətdə olan 11 nəfərdən 8 nəfəri (4 kişi və 4 qadın) işləyir, 3 nəfər işsiz (2 kişi və 1 qadın) olub..
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Banşi
Banşi (ing. Banshee) — İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Baxşi
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9) Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Dalli
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qarşi
Qarşi (özb. Qarshi/Қарши , pronounced [qarʃɨ] ; fars. نخشب‎ Nəxşab) — Özbəkistanın cənubunda yerləşən şəhər. Qaşqadərya vilayətinin paytaxtı. İnzibati cəhətdən Qarşi şəhər tipli Qaşqədərya qəsəbəsini əhatə edən rayon səviyyəli şəhərdir. 278,300 nəfər əhalisi var (2021-ci il təxmini). Təxminən 520 km Daşkənddən cənub-cənub-qərbdə, təxminən 335 km şimalda, Özbəkistanın Əfqanıstanla sərhədində 38° 51' 48N enində, 65° 47' 52E uzunlğunda, 374 metr yüksəklikdə yerləşir. Şəhər təbii qaz istehsalında əhəmiyyətlidir, lakin Qarşi toxunmuş düz xalça istehsalı ilə də məşhurdur. Əslən Soqdiyanın Naxşab şəhəri (bu, Yunan-Baktriya Krallığının hakimiyyəti dövründə Eucratideiya adlandırıla bilərdi və İslam özbəklərinin (türklərin) Nəsəf şəhəri və Monqolun Qarşi şəhəri (Xarş tələffüz olunur), Qarşi idi. Buxara əmirliyinin ikinci şəhəri.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çelsi
Çelsi (ing. Chelsea) — London şəhərinin rayonudur. Rayonda hər il dünyanın ən iri gül və landşaft sərgisi açılır. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonunda yerləşir. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonda yerləşir.
Dalüi
Dalüi (fr. Daluis) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 40,03 km², əhalisi — 120 nəfərdir (2006) artım tendensiyası ilə: 152 nəfər (2012), əhalinin sıxlığı 3,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 149 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 152 nəfər.
Falpi
Falpius (q.yun. Θάλπιος) — "İliada"nın qəhrəmanlarından biri. Əslən Elidadandır. Evrit və Ferefonun oğlu olmuş, Yelenanın nişanlısı idi. Troya müharibəsinin iştirakçısı olan o, Troyaya 10 gəmi gətirmişdir. Troya atında oturmuşdur.