Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razoom
Ramil
Ramil — kişi adı.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar. Digər Ramal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Baumol effekti
Baumol effekti (Baumol effect) – iqtisadi inkişaf dövründə xidmətlərin qiymətlərinin tədricən bahalaşması, sənaye məhsullarının qiymətlərinin isə bunun əksinə ucuzlaşmasını nəzərdə tutan iqtisadi effekt. Bu effekti 1967-ci ildə Nyu-York Universitetinin professoru Vilyam Baumol aşağıdakı kimi təsvir edirdi: məhsuldarlığın artması və yeni texnologiyalara qoyulan investisiyalar kapitaltutumlu sahələrdə qiymətləri azaldır. Daha çox əməktutumlu olan xidmət sektorunda isə əks proses baş verir. Eyni zamanda, zəif inkişaf etməkdə olan ölkələrdə sənaye məhsullarının xidmətlərə nisbətən baha olduğu görünür. Bütün bunlara baxmayaraq, Baumol effekti mütləqləşdirilməməlidir. Belə ki, bəzi qeyri-sənaye sahələri, məsələn, telekommunikasiya qiymətlərin azalmasından yararlanır. Xidmət sahəsində məhsuldarlığın ölçülməsinin çətin olması da nəzərə alınmalıdır. Baumol effekti müəyyən qədər dövlət xərclərinin artımının izahında da istifadə olunur. Çünki hökumətlər də, öz növbəsində, əhalinin əmtəələrdən çox xidmət təchizatçıları kimi çıxış edirlər. == Mənbə == Dövlət Maliyyəsi terminləri lüğəti, Dr.
Emomali Rahmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Raymon Aron
Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman (Paris), Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman (Paris), Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi. Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır. Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.
Raymon Lull
Raymon Lulli (lat. Raymundus Lullius, isp. Lulio, kat. Ramon Llull; təxminən 1235-ci il, Palma-de-Malorka — 1315-ci il, Palma-de-Malorka) — katalan missioneri, şair, filosof və teoloq, orta əsr Avropa nüfuzlu mütəfəkkirlərindən biri. Lulli Avropa ərəbşünaslığının və Kombinatorikanın banisi sayılır. Lullinin hətaının sonunda çoxalan tərəfdarları (təkcə Paris Universitetində 50 magistr və doktorant onun təlimini dəstəklədiklərini bildirirdilər), ondan sonra XV əsrdə nüfuzu artan böyük bir məktəb yaratdılar. O məktəb səhvən Lullun adına yazılan bir sıra əsərlər yaratdı. Katalan, ərəb və latın dillərində yazılan əsərləriəlyazmalar vasitəsi ilə yayılırdılar. XIV əsr başalnğıcında onun əsərləri ilə bağlı kataloqlar yaradılırdı. Əsərlərinin tam külliyatı — Mayinsda Zalsinger nəşri, 1721—1742-ci illər, 10 cilddə, 7-ci və 8-ci cildlər buraxılmadı.
Raymon Lulli
Raymon Lulli (lat. Raymundus Lullius, isp. Lulio, kat. Ramon Llull; təxminən 1235-ci il, Palma-de-Malorka — 1315-ci il, Palma-de-Malorka) — katalan missioneri, şair, filosof və teoloq, orta əsr Avropa nüfuzlu mütəfəkkirlərindən biri. Lulli Avropa ərəbşünaslığının və Kombinatorikanın banisi sayılır. Lullinin hətaının sonunda çoxalan tərəfdarları (təkcə Paris Universitetində 50 magistr və doktorant onun təlimini dəstəklədiklərini bildirirdilər), ondan sonra XV əsrdə nüfuzu artan böyük bir məktəb yaratdılar. O məktəb səhvən Lullun adına yazılan bir sıra əsərlər yaratdı. Katalan, ərəb və latın dillərində yazılan əsərləriəlyazmalar vasitəsi ilə yayılırdılar. XIV əsr başalnğıcında onun əsərləri ilə bağlı kataloqlar yaradılırdı. Əsərlərinin tam külliyatı — Mayinsda Zalsinger nəşri, 1721—1742-ci illər, 10 cilddə, 7-ci və 8-ci cildlər buraxılmadı.
Raymon Puankare
Pankare Raymon (20 avqust 1860[…], Bar-le-Dyuk[d] – 15 oktyabr 1934[…], Paris) — Fransız dövlət xadimi, Fransa prezidenti və baş naziri Puankare hökuməti Azərbaycanda bolşevik işğalına qarşı silahlı üsyançılara rəğbət bəsləmişdir. Fransa hökuməti, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Parisdə qalmağa məcbur olan Azərbaycan nümayəndə heyətinə maliyyə yardımı göstərmiş, Azərbaycanın Rusiyanın təsiri altından çıxararaq Antanta ölkələrinə tabe etmək məqsədilə Topçubaşov və Ankara hökuməti ilə danışıqlar aparmışdır.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Uilyam Baumol
Uilyam Cek Baumol (26 Fevral, 1922 – 4 May, 2017) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston Universiteti və Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru. Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi. Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır. O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir.
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Nataliya Ramos
Nataliya Nora Ramos Koen (ing. Nathalia Norah Ramos Cohen; 3 iyul 1992, Madrid) — ABŞ aktrisası.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal (kənd)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramon Maçado
Ramon Machado de Macedo (4 aprel 1991) — Misli Premyer Liqasının klublarından Qəbələdə hücumçu kimi çıxış etmiş braziliyalı peşəkar futbolçudur. Ramon Machado de Macedo, Braziliya ölkəsindən Paraná Clube'dan Jahn Regensburg'un U-23 komandasına 2012-ci ilin mart ayında köçdü. Orada hücumçu keyfiyyətləri ilə əvvəldən özünə diqqət çəkdi, Landesliga Mitte'de (6-cı divizion da) doqquz oyunda səkkiz qol vurdu. Machado De Macedo bu səbəbdən 2011/12 mövsümündə üçüncü divizionda oynayan və sensasiyalı şəkildə yüksələn birinci komandanın heyətinə qatılmaq üzrə idi, lakin oyun icazəsinin olmaması gənc Braziliyalıya mane oldu.2012-ci ilin iyul ayında peşəkar bir müqavilə imzaladı və 2012/13 mövsümündən ikinci divizion komandasının heyətində idi. 2012/13 mövsümünün 1-ci oyun günü olan 4 avqust 2012-ci ildə Ramon, TSV 1860 Münhenlə səfər oyununda (0: 1) Denis-Danso Weidlich'in 75-ci dəqiqəsində meydana çıxanda peşəkar futbol debütünü etdi. Eyni mövsümün 13-cü matçında, peşəkar futbolda ilk qolunu 17-ci dəqiqədə FC Ingolstadt 04 ilə səfər oyununda vurdu. Ramon Maçado 1 sentyabr 2021 ci ildə Neftçiyə transfer olundu.İlk oyununu Azərbaycan Premyer Liqasının 3 cü turunda Qarabağa qarşı keçirdi.O oyunda meydana ikinci hissədən daxil oldu. Ramon Maçado çoxlu qol epizodları yaratsa da fərqlənə bilmədi. "Neftçi"də ilk dəfə meydana çıxdığı ikinci oyunda fərqlənə bilib.19 sentyabr 2021 ci ildə keçirilən Azərbaycan Premyer Liqasının 4 cü turunda Neftçi-Keşlə oyununa ikinci hissədən meydana çıxan Ramon Maçado 50 ci dəqiqədə fərqlənib İkinci qolunu isə ilk dəfə Neftçidə start heyətdə meydana çıxdığı oyun olan Azərbaycan Premyer Liqasının 5 ci turunun Sabah-Neftçi qarşılaşmasının 20 ci dəqiqəsində vurub. O oyunda komandası 1:2 hesabı ilə qələbə qazanıb.
Ramon Merkader
Ramon Merkader (isp. Jaime Ramón Mercader del Río; 25 yanvar (7 fevral) 1913, Barselona – 18 oktyabr 1978, Havana) — ispan kommunist və NKVD agenti. Ramon Merkader 1940-cı ildə Marksist inqilabçı və nəzəriyyəçi Lev Trotskini öldürməklə məşhurlaşmışdır. Üzərindən məxfilik götürülən sənədlərdə Merkaderin NKVD agenti olduğu göstərilmişdir. Törətdiyi cinayətə görə Merkader Meksikada 20 il məhkumluq həyatı yaşadı. Həbsdə olarkən İosif Stalin tərəfindən qiyabi olaraq Lenin ordeni ilə mükafatlandırıldı. 1961-ci ildə həbsdən azad olunduqdan sonra Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdır. Merkader Sovet İttifaqı Qəhrəmanı adını qazanmış SSRİ vətəndaşı olmayan 27 şəxsdən biridir. Ramon Merkader 1913-cü ildə İspaniyanın Barselona şəhərində dünyaya gəlmişdir. Uşaqlıq illəri anasının Fransaya köçməsi səbəbindən burada keçmişdir.
Ramon Muntaner
Ramon Muntaner (kat. Ramon Muntaner; 1265[…] – 1336, İbiza) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" (kat. Crònica) əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur. Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı. Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.
Ramon Pileta
Ramon Pileta (20 mart 1977) — Honduraslı cüdoçu. Ramon Pileta Hondurası 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ramon Pileta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyaın nümayəndəsi Rafael Silva ilə üz-üzə gəldi. Həmin görüşdə Ramon Pileta rəqibinə 0:110 hesabı ilə uduzdu.
Ramon Pineyro
Ramon Pineyro (d. 31 may 1915, Lankara — ö. 27 avqust 1990, Santiaqo de Kompostela) — qalisiyalı yazıçı, filosof və siyasətçi. 2009-cu ildə Qalisiya Ədəbiyyat Günü (17 may) ona həsr olunmuşdur. Fernandes Lopes və Salvador Pineyro Qarsiya cütlüyünün 3-cü oğlu kimi Qalisiyada anadan olmuşdur. 6 yaşına qədər ancaq Qalisiya dilini bilmişdir. 6 yaşında məktəbə gedəndə ispan dilini bilmədiyindən təhsil həyatının ilk illərində çətinliklər çəkmişdir. Liseydə qanunsuz Qalisiya Partiyasına qatılmışdır. Santiaqo de Kompostelada fəlsəfə təhsili almışdır. Qalisiya əyalət komissiyasında Qalisiya Muxtariyyət Əsasnaməsi üzərində işləmişdir.
Razil Vəliyev
Razil Vəliyev (azərb. Razil İsmayıl oğlu Vəliyev‎; d. 4 yanvar 1947, Tatarıstan,Nijnekamsk) – Xalq şairi Tatarıstan Respublikası Dövlət Şurası Rəyasət Heyətinin üzvü, Dövlət Şurasının Təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə Komitə başqanı, Tatarıstan Respublikası Milli Kitabxanası Qəyyumlar Şurasının başçısı, "Yeni əsr Teleradio Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında və "TatMedia" ASC-nin Direktorlar Şurasında Tatarıstan Respublikası Dövlət Şurasının nümayəndəsi, "Tatarıstan Respublikası Tarix və Mədəniyyət abidələrinin yenidən qurulması üzrə Respublika Fondu" Qəyyumlar Şurasının üzvü, Tatarıstan Respublikası Prezidenti yanında Soydaşlarla iş üzrə Əlaqələndirmə Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. 4 yanvar 1947-ci ildə Tatarıstanın Nijnekamsk (keçmiş Şeremetyev) rayonunun Taşlık kəndində doğulmuşdur. 1965–1967-ci illərdə Kazan Federal Universitetinin Jurnalistika fakültəsində oxumuşdur. 1967 (may-iyul) "Kazan odları" jurnalının ədəbi əməkdaşı olmuşdur. 1967–1972-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1976-cı ildən indiyə kimi "Yalkın" jurnalı Redaksiya heyətinin üzvüdür. 1981-ci ildən indiyə kimi Tatarıstan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür. 1981–1986-cı illərdə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olmuşdur.