Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d]) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi. Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Kirəç Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Riçard Şirer
Sirac Göycəyev
Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır. Bico kəndində vəfat etmişdir.
Sirac Əliyev
Siret çayı
Siret çayı (rum. Siret, ukr. Серет, mac. Szeret, antik dövrdə — Hierasus)— Dunayın sol qoludur. Başlanğıcını Karpat dağlarından götürür, daha sonra isə Moldova yüksəkliyindən keçir. Onun uzunluğu-740 km-dir. Hövzəsinin sahəsi isə- 43 960 km²-dir. Çay dağlıq ərazilərdən Ukrayna ərazisindən 115 km məsafədə axır. Daha sonra Rumıniyanın ərazisinə daxil olur. Sucava, Balaca Siret-Ukrayna ərazisindən axan qollarıdır.
Sirək (Kəleybər)
Sirək (fars. سيرك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (42 ailə).
Sırıc (Marağa)
Sırıc (fars. سرج‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,271 nəfər yaşayır (333 ailə).
Sirac Abışov
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
İrəc (ad)
İrəc — Kişilərə verilən farsca mənşəli şəxsi ad. İrəc — İran mifologiyasında Firidunən kiçik oğludur. İrəc İsmayıl — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. İrəc Əfşar — Tədqiqatçı, iranşünas və biblioqraf. İrəc Əfşar Sistani — İranşünas və yazıçı. İrəc İskəndəri — İranlı kommunist siyasətçi idi. İrəc Mirzə — Məşhur İran şairi. İrəc Əhmədzadə — Teatr aktyoru. İrəc Hərirçi — İranlı siyasətçi və cərrahdır.
İrəc Mirzə
İrəc Mirzə (farsca: ایرج میرزا), Cəlalülməmalik (جلال‌الممالک) ləqəbiylə də tanınırdı (oktyabr 1874, Təbriz – 14 mart 1926, Tehran) — məşhur İran şairi. İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır. İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi.
İrəc İskəndəri
İrəc İskəndəri (fars. ایرج اسکندری‎; d. 1908, ö. 1985) - İranlı kommunist siyasətçi idi. Qacar şahzadəsi olaraq fransız təhsili almışdı. O, İran Tudə Partiyasının baş katibi və parlamentin bir üzvü idi. 1946-cı ilin yayında o, Qəvam koalisiya kabinetində Ticarət və Sənaye naziri seçildi.
İrəc İsmayıl
İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir. Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir. Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir.
İrəc Əfşar
İrəc Əfşar (8 oktyabr 1925, Tehran – 9 mart 2011, Tehran) — Tədqiqatçı, iranşünas və biblioqraf. Yəzddə dünyaya gəlmişdir.
İrəc Əhmədzadə
İrəc Əhmədzadə - teatr aktyoru. İrəc Əhmədzadə 1903-cü ildə Təbrizdə doğulub. Yeniyetmə yaşlarında "Arşın mal alan" operettasına baxıb və bununla da qəlbində teatr sənətinə coşğun ehtiras alovlanıb. Teatrla ilk tanışlığından sonra həvəskarların dram dərnəyinə üzv olub. Az sonra müəyyən təcrübə toplayaraq "Ariyen" teatr dəstəsinə üzv olub. Şirin və zil səsi, xoş zəngulələri, xalq folklorundan şirələnən məzəli və dadlı yumoru ilə könülləri oxşayan İrəc Əhmədzadə musiqi tamaşalarında daha cazibəli sənət uğurları qazanıb. Aktyor Üzeyir bəyin operettalarında həm əsas partiyaları şövqlə oxuyub, həm də ən komik rollara maraqlı səhnə ömrü verib. Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Əsgər və Soltan bəy), "Məşədi İbad" (Sərvər və Məşədi İbad, Rza bəy) operettalarında, "Şah Abbas və Xurşid banu" (Odunçu), "Leyli və Məcnun" (Məcnunun atası) operalarında, Hüseyn Cavidin "Xəyyam" (Xacə Nizamülmülk və Məlik şah), Səməd Vurğunun "Fərhad və Şirin" (Xosrov) mənzum romantik pyeslərinin tamaşalarında, Süleyman Sani Axundovun "Eşq və intiqam" (İbad və Əlimərdan) faciəsində, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" (Mirzə Baxşəli) dramında bir-birindən fərqli rollar oynayıb. İrəc Əhmədzadə savadlı ziyalı idi və Azərbaycan, həmçinin dünya dramaturgiyasından çoxlu nümunələri mütaliə etmişdi. O, Təbrizin səhnə həvəskarları arasında dəstə bağlayıb qastrollar təşkil edən ilk aktyorlardan biridir.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
İrəc Əfşar Sistani
İrəc Əfşar Sistani (24 oktyabr 1940, Zabul, Sistan və Bəlucistan ostanı) — İranşünas və yazıçı. Sistan və Bəlucistan ostanının Zabul şəhərində dünyaya gəlib.
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmaraş) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. == Tarixi == == Coğrafiyası == Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.