ŞİRƏ
ŞİRƏLİ
OBASTAN VİKİ
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Elşən Şirəliyev
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları: Əkizlər — ("Dörd əkiz", P. Panşev) Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov) Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı) Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı) Saşka — ("Saşka", V. Kondratyev) 1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında əsas rolları: Neron — ("Neron oynayır", M. Xubai) Potso — ("Aydın", C. Cabbarlı) Məcnun — ("Leyli və Məcnun", M. Füzuli) Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qildestern — ("Hamlet", Vilyam Şekspir) Kleon — ("Herostatı unudun", Q. Qorin) Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə) Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə) Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu) Passifist – ("Generalın son əmri", V. Səmədoğlu) Fərrux şah – ("Qadın ilan", K. Qotsi) Məmmədəli – ("Dələduz", N. B. Vəzirov) Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı) Novruz bəy – ("Aydın", C. Cabbarlı) Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli) Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli) Əvəz – ("Kişi və qadın", Ə. Əmirli) Dilənçi – ("Varlı qadın", Ə. Əmirli) Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə) Vəzir – ("Yaxşı padşahın nağılı", Anar) Kişi – ("İmperator", E. Hüseynbəyli) Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə) Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin) Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla) Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla) Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla) Əbülüla – ("Şeyx Sənan", H. Cavid) Kral – ("Yatmış gözəl" B. Marvin) Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens) Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı) Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli) Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev) Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin) Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Əmir Teymur – ("Əlincə qalası" Dilsuz) Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq) Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy) Canavar — ("Qoğalın nağılı" Xalq nağılı) == Mükafatları == 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kamran Şirəliyev
Kənan Şirəliyev
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Məmmədağa Şirəliyev
Məmmədağa Şirəli oğlu Şirəliyev (19 sentyabr 1909, Şamaxı – 19 aprel 1991) — filologiya elmləri doktoru (1943), Əməkdar elm xadimi (1962), professor, AMEA-nın dilçilik üzrə həqiqi üzvü (1962), türkoloq, dilçi. Məmmədağa Şirəliyev 19 sentyabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Məmmədağa Şirəliyev 1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsini icra etmişdir. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi hissə üzrə prorektoru olmuşdur. 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru olan Şirəliyev Azərbaycan SSR EA İctimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir. Məmmədağa Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Niyət Şirəliyev
Nüsrət Şirəliyev
Nərgiz Şirəliyeva
Nərgiz Oktay qızı Şirəliyeva (9 noyabr 1974, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Vahid Rusiya Partiyasının üzvü, "Qızıl lira" mükafatı laureatı, Moskva vilayəti İctimai Palatasının üzvü, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə o, balet kursuna, daha sonra musiqi məktəbinə və bal rəqsinə getmişdir. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olmuşdur. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz Şirəliyeva ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir kimi praktika keçən N. Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirmiş və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlamışdır. "Kultura" qəzeti ilə yanaşı, o, Moskvada nəşr olunan bir sıra qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirmişdir. N. Şirəliyeva 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam etdirmişdir. Q, 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olmuş, 2004-cü ildə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ilin fevralından "Kultura" telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunan N. Şirəliyeva 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olmuşdur. Nərgiz Şirəliyeva hazırda "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.
Nərmin Şirəliyeva
Nərmin Şirəliyeva (rus. Нармин Ширалиева; d. 9 noyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — Moskva vilayətinin mədəniyyət naziri. Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Oqtay Şirəliyev
Şirəliyev Oqtay Kazım oğlu (2 avqust 1950, Bakı) — Professor, tibb elmləri doktoru, keçmiş Azərbaycan Respublikası Səhiyyə naziri. Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir. 1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir. 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri 1983–1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Eyni zamanda 1991–2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Qreyfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Qreypfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Sahib Şirəliyev
Süleyman Şirəlizadə
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Viktor Şirəli
Viktor Heydər oğlu Şirəlizadə (7 may 1945 – 19 fevral 2018) — Azərbaycan əsilli Rusiya şairi. Leninqrad anderqraundunun nümayəndəsi. Viktor Heydər oğlu Şirəlizadə 1945-ci il mayın 9-da Leninqrad şəhərində anadan olub və Böyük Vətən müharibəsindəki qələbənin şərəfinə və Leninqradın blokadası zamanı aclıqdan ölən babasının şərəfinə adlandırılıb. Viktor Şirəlinin özünün dediyinə görə, atası Heydər Həsən oğlu Şirəlizadə, əslən Cənubi Azərbaycandandır. O, 1916-cı ildə anadan olub və əczaçı işləyib. Şairin dediyinə görə atası türkcə (azərbaycanca) şeirlər yazırdı. Anası Mariya Viktorovna Lazareva, 1925-ci ildə Pskov quberniyasından olan kəndli ailəsində anadan olub. Onun dediyinə görə atası ilə anası müharibə zamanı atasının döyüşdüyü Leninqrad yaxınlığında tanış olublar. 1955-ci ildə onlar ayrılıblar. 1963-cü ildə məktəbi bitirdikdən sonra V.Şirəli elektrik, radiomontajçı, təchizat agenti, rəqs pavilyonunun inzibatçısı, kitabxanaçı, qayıq stansiyasında gözətçi kimi işləyib.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Yerkökü şirəsi
Yerkökü şirəsi — yerköküdən hazırlanan şirə. İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funk-siyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var. Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hеmoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək еdir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət dеyil. Bеlə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul еdərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss еdə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1-1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək еdir.
İntiqam Şirəliyev
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
Asif Şirəliyev (hakim)
Asif Yusif oğlu Şirəliyev, 13 may 1981-ci ildə Bakı şəhərində anadan olub. İngilis, rus, türk dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1992-ci ildən Yunan-Roma güləşilə məşğul olmağa başlayıb. İdman ustasıdır. 1995-ci ildən etibarən orta təhsilini Respublika Olimpiya idman liseyində davam etdirib. 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizə (TA) fakültəsinə daxil olub, 2005-ci ildə isə bitirib. 1999–2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. 8 iyul 2007-ci ildən Dünya Güləş Birliyində (UWW) beynəlxalq dərəcəli hakim olaraq fəaliyyət göstərməyə başlayıb. Asif Şirəliyev hazırda Super (I-S) kateqoriyalı hakim statusuna malikdir.
Şirəli dağdan endi
Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.

Digər lüğətlərdə