Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rai Radio 1
Rai Radio 1 (əvvəlki adı -Radio Uno kimi tanınırdı) — RAİ xəbərlər, idman, tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan İtalyan dövlət teleradiokompaniyasının ilk radiostansiyası. RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir. Birinci radiostansiya fəaliyyətə İtaliyada 6 oktyabr 1924-cü ildə "1-RO" adı ilə başlamışdır. Radiostansiyasının rəhbəri və sahibi İtaliyanın Radioyayım Birliyidir (it. Unione Radiofonica Italiana). 1927-ci ildə İttifaq tezliklə İtaliyada hüquqi şəkildə fəaliyyət göstərən İtalyan Radioyayım orqanının (it. Italiano per le Audizioni Radiofoniche) bir hissəsi oldu. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (it. Radio Audizioni Italiane) təşkilatı adlandırıldı. II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (it.
Rai Radio 2
RAİ Radio 2 (əvvəlki adı – Radio Due kimi tanınırdı) — RAİ tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradio kompaniyasının 2-ci radiostansiyası.RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir. İkinci RAİ radiostansiyası 21 mart 1938-ci ildə İtaliya radioyayım təşkilatının ( ital.- Italiano per le Audizioni Radiofoniche) qərarı ilə yayımlanan 2-ci radioyayım proqramı ilə fəaliyyətə başlamışdı. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (ital-Radio Audizioni Italiane) təşkilatı adlandırıldı. II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (ital. Rete Rossa) və "Mavi şəbəkə" ( ital.Rete Azzurra). Hər iki radiostansiya bərabər hüquqa malik olsa da , lakin onlara verilən bu başlıqların məqsədi onların bir-birinə əks fikirləri yayımlamaq idi. 1 oktyabr 1950-ci ildə isə kultroloji proqramları və musiqiləri yayımlamaq məqsədilə 3-cü radiostansiya (ital. Terzo Programma) fəaliyyətə başladı. 1 yanvar 1952-ci ildə artıq birgə şəkildə fəaliyyət göstərən bu iki radiostansiya ənənəvi ad aldı : "Qırmızı şəbəkə" əvvəlcə "Milli proqram", daha sonralar "Birinci proqram", sonda isə müasir RAİ Radio 1 adını aldı. "Mavi şəbəkə" isə əvvəlcə "İkinci proqram" (ital Secondo Programma), daha sonra isə RAİ Radio 2 adını aldı.
Rai Radio 3
Rai Radio 3 (əvvəlki adı- Radio Tre kimi tanınırdı) — RAİ mədəniyyət və klassik musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradiokompaniyasının 3-cü radiostansiyası. 3-cü BBC radioproqrammını olduğu kimi — strukturu ilə təkrarlayan bu radiostansiya 1 oktyabr 1950-ci ildə 3-cü proqram kimi fəaliyyətə başladı. Müasir adını 1976-cı ildə almış. RAİ-nin ilk rəqəmsal, teleradio yayım multipleksinə daxildir. Rai Radio 3 yayım şəbəkəsinin əsasının- kulturoloji proqramlarla yanaşı klassik və avangard musiqi (canlı efirdə yayımlanan konsertlər)yayımı, klassik əsərlərin ədəbi oxunuşu, tarixi-tematik, iqtisadi, fəlsəfi, dini, mifoloji, eləcə də kino və teatr ilə bağlı proqramlar təşkil edir. Gün ərzində 3 dəfə (8:45, 13:45 və 18:45 radələrində)xəbərlər verilir, hər axşam isə canlı efirdə klassik musiqi konserti yayımlanır. Bu vaxta qədər bu radioda heç bir reklam olmayıb. Bütün informasiyalar analiz və sintez olunmaqla təqdim olunur. Gecə saatlarında isə Rai Radio 3 öz tezliyi ilə canlı musiqi yayımlayan Rai Radio FD 5 kabel radiokanalına keçid alır. Canlı efirdə həmçinin Euroradio şəbəkəsinin bəzi verlişləri yayımlanır.
Skubi-Du
Skubi-Du — 1969-cu ildən bu günə qədər istehsal olunan bir çox cizgi televiziya seriyasından ibarət Amerika cizgi franşizasıdır.
HTTP Kuki
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər. == Növləri == === İdentifikasiya kukiləri === İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər. === İzləmə kukiləri === İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.
Kuki (internet)
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər. == Növləri == === İdentifikasiya kukiləri === İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər. === İzləmə kukiləri === İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı. Yaşayış məntəqələri Razi (Xoy) — İranda kənd.
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Skubi-Du (personaj)
Skubi-Du 1969-cu ildə Amerika animasiya şirkəti Hanna-Barbera tərəfindən yaradılmış eyniadlı cizgi televiziya franşizasının eyniadlı personajı və baş qəhrəmanıdır . O, həvəskar detektiv Şeggi Roqersin ömürlük yoldaşıdır. Skubi həm köpək, həm də insan davranışlarının qarışığına malikdir.
Skubi-Du: Sirr ovçuları
Skubi-Du: Sirr ovçuları (ing. Scooby-Doo! Mystery Incorporated) — detektiv janrında amerikan cizgi-serialı. Serial Warner Bros. tərəfindən hazırlanmışdır. 5 aprel 2010-cu ildə premyerası olmuşdur. Şegi ilk seriyada Metyu Lillard tərəfindən səsləndirilmişdir. Lillard ayrıca serialın iki canlı filmində Şeggi rolunu da oynamışdır: Scooby-Doo və Scooby-Doo 2: Canavarlar tükəndi (2004). Hal-hazırda Casey Kasem Şegginin atasını səsləndirmişdir. Scooby Doo Mystery Hunters filmi ABŞ-də 12 iyul 2010-cu ildə Cartoon Network-da təqdim edildi.
Skubi-Du (film, 2002)
Skubi-Du — ABŞ qorxu, komediya filmidir. Eyniadlı məşhur cizgi filmin əsasında hazırlanıb. Neil Fenninq — Skubi-Du (səsləndirmə) Metyu Lillard — Şeqqi Rocers Freddi Prinz Cr. — Fred Cons Sara Mişel Qellar — Dafni Bleyk Linda Kardellini — Velma Dinkli Rouen Atkinson — Emil Mondavarius Isla Fişer — Meri Ceyn Skott İnnes — Skrappi-Du (səsləndirmə) ABŞ filmlərinin siyahısı Avstraliya filmlərinin siyahısı Filmi izlə (azərbaycan dilində) Skubi-Du — Internet Movie Database saytında.
Evdokiya Kadi
Evdokiya Kadi (yun. Ευδοκία Καδή; 1981, Nikosiya) — Kipr müğənnisi. 2008-ci ildə Kipri "Fema Fetale" mahnısı ilə Avroviziya 2008 müsabiqəsində təmsil etmişdir. 22 mayda keçirilən yarımfinalda 15-ci yeri tutaraq finala çıxa bilməmişdir. Karyerasına 2001-ci ildə Kipr Universitetində başlamışdır. Bundan sonra o, Kiprdə və xaricdə müxtəlif yunan və kiprli müğənnilərin konsertlərində iştirak etmişdir. O həmçinin Kipr Yayın Korporasiyasının üzvüdür. Avroviziyadakı çıxışından sonra avqust ayında Yunanıstana gedərək Nikos Kourkoulis ilə "Poseydon" gecə klubunda çıxış etmişdir. 2008-ci ilin dekabrında isə ilk albomunu buraxmışdır.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Fəxrəddin Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. == Həyatı == Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Suzuki
Suzuki Motor Anonim Şirketi — bir çox fərqli növdə texnika istehsal edən Yapon avtomobil şirkəti. Suzuki avtomobillər, motosikletlər, bütün ərazi nəqliyyat vasitələri (ATV), dəniz mühərrikləri, əlil arabaları və müxtəlif kiçik daxili yanma mühərrikləri istehsal edir. 2016-cı ildə Suzuki dünya miqyasında istehsala görə on birinci ən böyük avtomobil istehsalçısı idi. Suzuki-nin 45.000-dən çox işçisi var və 23 ölkədə 35 istehsal müəssisəsi və 192 ölkədə 133 distribütoru var. Avtomobillərin dünya üzrə satış həcmi dünyanın onuncu ən böyük], daxili satış həcmi isə ölkədə üçüncü ən böyükdür. Suzuki yerli motosiklet satış həcmi Yaponiyada üçüncü ən böyükdür 1909: Michio SUZUKI, tərəfindən Hamamatsu Shizuokada toxuma dəzgahı düzəldildi. 1920: 500.000 Yen sərmayə ilə Suzuki Loom Manufacturing Co. (Suzuki Toxuma Dəzgahı Fabriki) quruldu və Başçısı Mishio Suzuki oldu. 1952: İlk motorlu-velosipedi satışa təqdim etdi. Modelin adı 'Power Free'.
Senki
"Senki" (戦旗, azərb. "Döyüş bayrağı"‎) – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu. Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi. Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur. Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır.