Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Smet Kenesbayev
Smet Kenesbayeveviç Kenesbayev (qaz. Ісмет Кеңесбаев) (1907 - 1995)—qazax türkoloqu. Smet Kenesbayev 1907-cı ildə anadan olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir Elmlər Akademiyasının təsisçilərindəndir. Akademiyanın müxbir üzvü və vitseprezidenti seçilmişdir. Qazax dilinin fonetikası, leksikası və frazeologiya əsərləri var. Bir neçə dərsliyin müəllifidir. Tərcümə nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. Əsas elmi istiqaməti frazeologiyadır. 30 ildən artıq frazeologiya sahəsində çalışıb.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. == Həyatı == Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. == Karyerası == Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d] – 27 sentyabr 2024) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib. == Həyatı == Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə Esseksin İlford şəhərində anadan olub. Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Patti Smit
Patti Smith - (30 dekabr 1946, Çikaqo, İllinoys) ABŞ-lı musiqiçi və şair. 1975-ci ildə çıxardığı ilk albomu "Horses" ilə punk rokun yaranmasında ən təsirli adlardan biri oldu. Smith Punkun vəftiz anası olaraq çağırıldı. Beat şeiri performans tərzini garage rok ilə birləşdirdi. Qadınsayağı uzaq diliylə disko dövrünə meydan oxuyarkən, Amerika gənclərini XIX əsr Fransız şeiri ilə də tanış etdi. Smith çox geniş kütlələr tərəfindən Bruce Springsteen ilə birlikdə yazdığı və siyahılarda 13 nömrəyə qədər yüksələn "Because the Night" adlı mahnısıyla tanınır. 2005-ci ildə, sənətçiyə, Fransa Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyata və mədəniyyətə etdiyi töhfələrə görə "Ordre des Arts et des Lettres" ordeni verildi. Bundan başqa 2007-ci ildə "Rock and Roll Hall of Fame" ə qəbul edildi. 17 Noyabr 2010-cu ildə isə xatirələrini yazdığı "Just Kids" (Uşaq Uşaq) adlı kitabıyla National Book Awardın qazandı. 2011-ci Polar Music Prize'ı edən sənətçilərdən biri oldu.
Samanta Smit
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız. 1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.
Samət Əlizadə
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938 – 31 may 2002) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq. Samət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sidney Smit
Sidney Smit (ing. Sydney Smith; d. 1875, Liverpul, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. Sidney Smit 1875-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. 1903-cü ildə "Liverpul" komandasında 2 oyunda meydana çıxmışdır.
Smit Uilloubi
Smit Uilloubi(Smith Willoughby) — 6 aprel 1828-17 iyul 1891 ingilis mühəndis-elektriki Smit Uilloubi (Smith Willoughby) 6 aprel 1828-ci ildə anadan olmuşdur. İngilis mühəndis-elektrik Smit Uilloubi (Smith Willoughby) Uilloubi televiziyanın ilk tədqiqatçılarından hesab edilir, belə ki, o, 1873-cü ildə ilk televiziya sistemlərində istifadə olunan selenin fotoötürmə effektini kəşf etmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Smit adası
Smit adası (ing. Smith Island) — Cənubi Şetland adaları arxipelaqının qərbində yerləşən ada. Lou adasından 25 km şimal-qərbdə, Snou adasından 35 km şimal-qərbdə, Desepşendən isə 72 km qərbdə yerləşir. Antarktida ilə arada məsafə 140 km-dir. Adanın uzunluğu 32 km, eni 8 km təşkil edir. Sahəsi 148,0 km²-dir. Adanın daxili hissəsini İmeon silsiləsi yerləşir. Silsilənin ən hündür zirvəsi Foster dağıdlr (2105 m). Zirvə həmdə arxipelaqın ən hündür zirvəsidir. Adada heç bir qütb stansiyası yoxfur.
Smit boğazı
Smit boğazı ing. Smith Sound -Qrenlandiya adasını Elsmir adasından ayırır. Nersa boğazının davamında yerləşir. Baffin dənizini Keyra körfəzi ilə birləşdirir. Boğaz Viliyam Baffin tərəfindən 1616-cı ildə ingilis diplomatı Tomas Smitin şərəfinə adlandırılmışdır. Hətta o öz zamanında bu coğrafi abyekti körfəz olaraq bilmiş ing. Sir Thomas Smith's Bay adlandırmışdır. Uzunluğu 50 km,ən dar yeridə 50 km təşkil edir.
Sopi Smit
Cefferson Randolf Sopi Smit (ing. Soapy Smith; 2 noyabr 1860, Koveta[d], Corciya – 8 iyul 1898, Skakvey) — Amerika Birləşmiş Ştatlarının Kolorado və Alyaska ştatlarından fəaliyyət göstərmiş qanqster.
Staf Smit
Staf Smit (14 avqust 1909 – 25 sentyabr 1967, Münxen) — Cazmen. Staf Smit – caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik "pulsasiya" yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır. Barnett, Anthony. Almost Like Being In Bop: a Not-So-Brief Account of the Hidden History of the Swing to Recorded Bebop and Progressive Violin in America and Europe. Lewes, East Sussex: AB Fable, 2005.
Qustav Şpet
Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929). 30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.
İsmet Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
İsmət Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.