Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. == Xassələr == Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. == Mənşəyi və yayılması == Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada “Azərtütün” MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var. === Tarixi abidələri === Ömər Əfəndi ziyarətgahı.
Google Talk
Google Talk — Googlenin çıxardığı mesajlaşma və telefon proqramı. Proqram, açıq XMPP protokolu üzərinə qurulmuşdur. Hələ də yalnız Windows 2000, XP, Server 2003 və Windows Vista üçün distributivləri vardır. Windows 7də də istifadə edilə bilər. Yahoo və Hotmail istifadə edən yoldaşlarınızı siyahınıza əlavə etdiyinizdə onlara bir dəvət e-poçtu gedər. Bu e-poçtda Google Talk proqramını endirə biləcəkləri əlaqə və gmail (google talk istifadə etmək üçün lazımlı) dəvətnaməsi yer almağdadır. == Səsli ünsiyyət == Hər nə qədər səsli danışma imkanı versə də hələ PSTN əlaqəsi (Skype, Yahoo Messenger kimi) edilə bilməməkdədir. SIP protokollarını oynağa planları vardır. Google Talk ilə Google Talk istifadə edərək Jabber protokolunu istifadə edən kəslərlə ünsiyyət qura bilərsiniz. Yəni Pandion ilə jabber.org hesabına sahib olan bir yoldaşınızı siyahınıza əlavə edə bilərsiniz.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Tale Babayev
Babayev Tale Bəyənulla oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babayev Tale Bəyənulla oğlu 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Yaqublu kənd orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə kənddəki “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdı. 1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi. 1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
Tale Bağırzadə
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. == Təhsili == 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. == Avropa Azərbaycan Cəmiyyətində (AAC/TEAS) fəaliyyəti == TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur.Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub.AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb. İctimai diplomatiya fəaliyyəti çərçivəsində Azərbaycanın Avropada tanıdılması işi həyata keçirilib. AAC-nin Azərbaycanın tanıdılmasına dəstək verən mədəniyyət tədbirlərinə Avropanın müxtəlif şəhərlərində təşkil olunan konsertlər, sərgilər, xeyriyyə tədbirləri və kitab təqdimatları daxil olub.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. == Tarixi == Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Taleh Abdullayev
Taleh Abdullayev (Məhərrəm oğlu) (06.06.1993) — əsgər, Vətən müharibəsi şəhidi. Taleh Abdullayev (Temraz oğlu) (08.02.1993) — əsgər, Vətən müharibəsi şəhidi.
Taleh Aslanov
Taleh Elman oğlu Aslanov (1 dekabr 1996; Goranboy, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Aslanov 1996-cı il dekabrın 1-də Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Taleh Babayev
Babayev Taleh Əkbər oğlu (d. 23 mart 1975-ci il, Masallı rayonu, Ərkivan kəndi) — Azərbaycan idmançısı. Karate-do üzrə 3-cü dan qara kəmər ustasıdır (2002). Azərbaycan Kooperasiya İnstitutunu bitirmişdir (1996). SKİF verrsiyasına görə Avrasiya (1999, Azərb.), üçqat Dünya kuboku (2000, İran; 2001, 2003 Ukrayna), WSKF versiyası üzrə ikiqat Avropa (2004, Ukrayna; 2005, Türkiyə) və dünya (2007, Yaponiya) çempionu olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh.
Taleh Bağırov
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Bağırzadə
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Cabbarov
Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan tərxis olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Taleh Daşdəmirov
Taleh Fərhad oğlu Daşdəmirov (5 fevral 1998; Qoxmuq, Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində Fərhad Daşdəmirovun ailəsində anadan olmuşdur. 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçmüşdür. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Taleh Hacıyev
Taleh Hacıyev (14 avqust 1957, Bakı – 26 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar. == Həyatı == Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın kosnertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırırdı.
Taleh Həmid
Taleh Həmid (Taleh Həmid oğlu Babayev; 19 iyun 1952, Dəllər Cəyir, Şamxor rayonu – 1 noyabr 2016, Bakı) — Azərbaycan şairi, publisist və jurnalisti; SSRİ Yazıçılar Birliyinin üzvü (1985), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1986). == Həyatı == Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974–1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülmüşdür. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri (1979–1989), "Yeni fikir" qəzetində baş redaktor (1989–1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992–2005).
Taleh Həmidov
Taleh Saleh oğlu Həmidov (XX əsr, Şamaxı rayonu – 17 dekabr 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Hərbi xidməti == Ailənin yeganə övladı olan əsgər Taleh Həmidov 2015-ci ildə, dekabrın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 18-i isə Taleh Həmidov doğulduğu Şamaxı rayonunun Qızmeydan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Taleh Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Taleh Kazımov
Taleh Tahir oğlu Kazımov (11 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri (2015-2022). == Həyatı == Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib. == Əmək fəaliyyəti == Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004–2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib. 2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb. === PAŞA Bank === Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır.
Taleh Kərimov
Taleh Kərimov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. Taleh Kərimov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Taleh Mehdiyev
Taleh Musa oğlu Mehdiyev (28 oktyabr 2001; Bakı, Azərbaycan — 7 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Mehdiyev 28 oktyabr 2001-ci ildə Bakıda dünyaya gəlib. 2008-ci ildə Sabunçu 170 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2017-ci il həmin məktəbin 9-cu sinfini bitirmişdir. aprel 2020-ci ildə hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Mehdiyev Tərtər Ağdərə savaşlarinda iştirak edib. O, 7 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Ramanı Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.