Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…] və ya 17 noyabr e.ə. 42, Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Çipori
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Braziliya tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Dağ tapiri
Dağ tapiri (lat. Tapirus pinchaque)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Kabellərin tipləri
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Sirkulyasiya tipləri
== Vanqeymə görə sirkulyasiya formaları == Q. Y. Vanqeymin təklif etdiyi təsnifat Yer kürəsinin atlantika-avropa sektorunda müşahidə olunan atmosfer dövranı üzrə tədqiqatlarını Vanqenqeym 1933-cü ildən başlamışdır. Makroproseslərin inkişaf mərhələsini tədqiq etdiyi zaman o, müəyyən etmişdir ki, müəyyən zaman intervalında əsas barik əsas barik sistemlərində və əsas hava axınlarının paylanmasında müəyyən qanunauyğunluqlar müşahidə olunur. == Elementar sinoptik proses == Həmin zaman müddəti 3-5 sutkaya bərabər olub və bu zaman müşahidə olunan prosesləri Vanqenqeym elementar sinoptik proseslər adlandırmışdır. (ESP) Vanqenqeym 42 illik məlumatları təhlil edərək bu sektorda müşahidə olunan bütün prosesləri 26 tipdə ümumiləşdirir. Ümumiləşdirmə zamanı aşağıdakı kriteriyalardan istifadə edilmişdir: Troposfer qatında barik və termik qradiyentlərin olması; Barik mərkəzlərinin yerdəyişməsinin istiqaməti; Hündürlüklərdə əsas axınların istiqaməti.Bu kriteriyalardan istifadə edərək Vanqenqeym müəyyən etdiyi 26 tipi 3 formada ümumiləşdirmişdir: Qərb (W) forması Şərq (E) forması Meridional (C) formasıBu zaman 26 tipdən 9-u W formasına, 10-u E formasına və 7-si C formasına aid edilmişdir.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Səs tipləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tippi Hedren
Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir. == Həyatı == Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır. Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir.
David Tiberi (həmimperator)
David Tiberi (yun. Δαυίδ Τιβέριος; 7 noyabr 631 və ya 630, Konstantinopol – 641) — 641-ci ilin sonunda (yaxud 642-ci ilin əvvəlinə qədər) bir neçə ay Bizansda hakimiyyətdə olmuş üç imperatordan biri. David imperator II İrakli ilə onun həyat yoldaşı və qardaşı qızı imperatriça Martinanın oğlu idi. O, imperator və imperatriçanın Yerusəlimə səfərindən sonra anadan olmuşdur. Odur ki, onun bu adı alması imperator ailəsinin özünü Bibliyadakı Davudla əlaqələndirmək cəhdi idi. Tarixçilərə görə, padşah Davudun həyatını təsvir edən Davud lövhələri gənc şahzadəyə həsr olunmuş və ya onun doğumunu qeyd etmək üçün yaradılmış ola bilər. 638-ci ildə Davidə sezar titulu verilmişdir, bu da sarayda yüksək əhəmiyyət daşıyırdı. Bu mərasimdə o, əvvəllər böyük qardaşı İraklinin geyindiyi kamilafkion papağını almışdır. İmperator İraklı 641-ci ilin fevralında, Davidin 10 yaşı olanda vəfat etmişdir. Bundan sonra imperator ailəsinin müxtəlif qolları arasında hakimiyyət uğrunda mübarizə başlamışdır.
III Tiberi (imperator)
III Tiberi (yun. Τιβέριος)(VII əsr – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Haqqında yetərli məlumat yoxdur. 698-ci ildə imperator Leontinin şimali Afrikaya göndərdiyi donanmada xidmət etdiyi, əslən alman olduğu bilinir. Bu yürüşdə məğlub olan Bizans donanması Konstantinopola geri dönərkən, Tiberinin rəhbərliyi altında Krit adası yaxınlığında üsyan etdi. Hələ yolda ikən onu imperator elan etdilər və paytaxtdakı dəstəkçilərinin də köməyilə döyüşmədən Konstantinopola daxil oldular. Ələ keçirilən imperator Leontinin burnu və dili kəsilərək paytaxtda bir kilsəyə həbs olundu. Hakimiyyəti ələ aldıqdan sonra şərqi Anadoludakı ərəb nüfuzunun azalmasıyla məşğul oldu. 700-cü ildə göndərdiyi orduyla bölgəni yenidən Bizans hakimiyyətinə qatdı. Sərhəd bölgələrindəki qalaları təhkim etdirdi.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi biraz fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Mərkəzi Amerika tapiri
Mərkəzi Amerika tapiri (lat. Tapirus bairdii)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Radio proqram tipləri
Radio proqram — == Radio proqram tipləri == Radioda proqram tipləri 3 yerə bölünür: "Musiqili formatlar"-əsas yük musiqiyə düşür, "Danışıq formatları"-veriliş danışıq üzərinə qurulur, "Xəbər formatları"-məlumat xarakteri daşıyır. Adətən stansiyalar daha çox dinləyici cəlb etmək üçün formatı tez-tez dəyişir. Bəzən də həmin format üçün rəqabət güclü olduğuna görə radiostansiya onu dəyişmək qərarına gəlir. Radio proqramlar müxtəlif və fərqli tipdə olur. === Məqsədinə görə radio proqramlar === Məqsədinə görə radio proqramları təhsil, mədəniyyət, dram, musiqi-əyləncə, xəbər, idman və reklam proqramlarına ayrılır. ==== Təhsil proqramları ==== Təhsil proqramlarının məqsədi bilgi vermək, xəbərdarlıq etmək, öyrətməkdir. Radio bu prosesi yerinə yetirərkən hər şeydən əvvəl obyektiv olmalıdır. Təhsil proqramlarında əsas iş dinləyicinin marağını oyatmaqdır. Təhsil proqramları hazırlayarkən ilk növbədə hansı məqsədə xidmət edəcəyini və bu xidməti reallaşdırmaq üçün hansı işlərin lazım olduğunu müəyyənləşdirək vacibdir. Ümumilkdə radio və tv-də təhsil iki formada öyrənilir: məktəb və məktəbdən kənar təhsil.
Tiberi Klavdi Neron
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…] və ya 17 noyabr e.ə. 42, Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi.
Tiberi Semproni Qrakx
Tiberi Semproni Qrakx (lat. Tiberius Sempronius Gracchus; e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproni Qrakxın böyük qardaşı. == Tiberinin tribunatı == Tiberi Qrakxın ilk tribunatı böhranın kəskinləşməsi ilə səciyələndi. E.ə 133 ildə xalq tribunu seçilən Tiberi Qrakx, məqsədi, qismən erkən respublika dövrünün polis bərabərliyinin bərpası olan aqrar islahatı təklif etdi. Hər ager publicus sahibinə 500 yuqerdən(125 ha) artıq olmayaraq torpaq saxlamaq icazə verilirdi; bundan başqa o hər yetkin yaşlı oğluna görə daha 250 yuqer torpaq saxlaya bilərdi ki, hər ailəyə düşən ümumi torpaq payı 1000 yuqerdən artıq olmasın. Bu paydan artıq torpaq dövlətin sərəncamına qaytarılırdı. Onlardan hərəsi 30 yuqer olmaqla topaq sahələri yaradılmalı idi və yoxsullara paylanmalı idi. Keçmiş sahiblərə torpağın əvəzinə pul ödənilməli idi.
Tiberi Semproni Qrakxus

Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq- sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Aral Tipli Sahil
Aral Tipli Sahil — Eol relyef formalarını örtən dəniz inqressiyası nəticəsində ənələ gələn dəniz sahil tipi. Sahil xətti çoxlu miqdarda adalar, yarımadalar, körfəz və limanlarla kəsilərək, girintili-çıxıntılıdır.
Atlantik tipli sahil
Atlantik tipli sahil- 1) sahil xəttinin istiqaməti materikin sahil zonasında yerləşmiş sıra dağlardan asılı olmayıb, tektonik qırılmalara-faylara uyğun gələn, dəniz sahili.Bunlar üçün qədim sahil xətlərinin və terrasların olmnası səciyyəvidir; 2) müəyyən dərəcədə dağ qurumları ilə pozulmuş dəniz sahilləri.
Avropa Tipli hamam
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Dalmasiya tipli sahillər
== Dalmasiya tipli sahillər == Dalmasiya tipli sahillər- buxtalı sahil tiplərinin bir növüdür. Sahilə paralel uzanmış dağ silsilələrinin, yüksəkliklərin yerləşdiyi cavan qırışıqlıq sahəsinin çökməsi və ərazini dəniz suları basması nəticəsində yaranan sahillər. Dəniz suları dağlıq relyefin çökək sahələrini tutaraq, onları boğazlara, körfəz və buxtalara, yüksəklikləri ada və yarımadalara çevrilir. Dalmasiya tipli sahillərdə sahilin bütün elementləri sahilin ümumi istiqamətinə paralel yerləşirlər. Dalmasiya tipli sahillər alp qırışıqlığı vilayətləri üçün səciyyəvi olub, Adriatik dənizinin Dalmasiya sahillərində qabarıq nəzərə çarpır.