Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Taqal dili
Taqal dili — Filippin əhalisinin üçdə birinin ana dili (danışanların sayına görə ölkədə 2-ci dil). Avstroneziya dillərindəndir. Standart forması,Filippin dili adlanır və milli dilidir və Filippinlərin iki rəsmi dillərindən biridir.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
Taal gölü
Taal — Filippində şirin sulu göl. Göl Luson adasında yerləşir. Batanqas əyalətinə aiddir. Göl əsasən nəhəng Taal kalderinin çuxurunda yerləşir. Taal kalderi 500 000—100 000 il əvvəl baş vermiş nəhəng püskürmə zamanı formalaşmışdır. Taal gölü ölçüsünə görə Filippinin üçüncü gölüdür (Bay və Lanao göllərindən sonra). Gölün mərkəzində eyni adlı vulkan mənşəli Taal adası (Taal vulkanı) yerləşir. Vulkanik adanın kraterində kiçik göl yerləşir. Bu, dünyadakı adada (Luson) yerləşən gölün (Taal gölü) içində olan adanın daxilində qeydə alınan ən böyük göldür. Maraqlıdır ki, bu gölün mərkəzində də çox kiçik ada - Point-vulkanı var.