Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Udin
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Unit
Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir. 2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır. 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi. Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.
Ahmet Ümit
Ahmet Ümit (30 sentyabr 1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır. 1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı.
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Edit Heerdegen
Edit Heerdegen (2 İyul 1913 – 13 İyul 1982) — Almaniyalı film aktrisası. O, 1949-cu il ilə 1982-ci il arasında 50-dən çox film və televiziya şousunda rol oynamışdır.
Edit Piaf
Edit Piaf (fr. Édith Piaf; 19 dekabr 1915[…], Paris – 10 oktyabr 1963[…], Qras) — Dünyaca məşhur fransız müğənnisi. == Həyatı == 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı mərakeş əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi.
Edit Ruzvelt
Edit Ruzvelt (ing. Edith Kermit Carow Roosevelt; 6 avqust 1861[…], Nyu-York, Nyu-York ştatı – 30 sentyabr 1948[…], Oyster-Bey[d]) - ABŞ Prezidenti Teodor Ruzveltin həyat yoldaşı.
Edit Uilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Edit Vilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Judit Batler
Judit Batler (ing. Judith Butler; 24 fevral 1956[…], Klivlend, Ohayo) — feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosof. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984–1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993-cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Udin dili
Udi dili — udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.
Yudit Hauser
Yudit Hauser (d. 23 sentyabr 1992) — Almaniyanı təmsil edən bədii gimnast. Yudit Hauser 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Yudit Hauser 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Ümit Erdim
Ümit Erdim (15 iyun 1985, Kocaeli ili) — teatr və kino aktyoru. 15 iyun 1985-ci ildə Kocaelidə doğulub. İbtidai təhsilini orada aldıqdan sonra, İzmit Atılım Anadolu Liseyini başa vurdu. 1998–2003 illəri arasında "Kocaeli Bələdiyyəsi Şəhər Teartı" nda bir müddət fəaliyyət göstərmişdir. 1997-ci ildə Böyle mi Olacaktı adlı serialda qonaq aktyor olaraq başladığı Hayat Bilgisi, Gönül və Selena adlı kinolarda davam etmişdir. Bir çox serialda rol almışdır. İştirak etdiyi "Can Dostum" adlı yarışmada birinci olmuşdur. Böyle mi Olacaktı?
Varqa Yudit
Varqa Yudit (mac. Varga Judit; 10 sentyabr 1980, Mişkolç) — Macarıstan hüquqşünası, siyasətçi və dövlət xadimi. Fidez partiyasının üzvü. 2019-cu il iyulun 12-dən ədliyyə naziri vəzifəsini icra edir. 2018–2019-cu illərdə Macarıstan Baş Nazirinin Aparatında Macarıstanın Avropa İttifaqı işləri üzrə Dövlət Katibi olmuşdur. 10 sentyabr 1980-ci ildə Mişkols şəhərində anadan olmuşdur. 1993–1999-cu illərdə Mişkolsdakı Avas Gimnaziyasında oxuyub. 1999–2004-cü illərdə Mişkols Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004-cü illərdə isə respublika təqaüdü almışdır. 2003-cü ildə o, Nyurtingen-Qayslingen İqtisadiyyat və Ekologiya Ali Məktəbinin Erasmus tələbə təşəbbüsündən təqaüdünü alır.
Ümit Karan
Ümit Karan (1 oktyabr 1976, Almaniya) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. Karyerasına Almaniyanın Berlin komandası Herta Zehlendorfda başlayıb. Herta Zehlendorfun ardından Türkiyəmspor Berlinə yollanıb. Bunun ardınca Super Liqaya keçdi və Gençlerbirliği'nde oynamağa başladı. 2001-ci ildə "Qalatasaray" a keçib və yenidən komandasının çempionluğunda böyük pay sahibi olub. 2004-2005 mövsümünün ikinci yarısında "Qalatasaray "ın baş məşqçisi Gheorghe Hagi ilə fikir ayrılığı nəticəsində Borussia Mönchengladbach, Hannover 96 və DSC Arminia Bielefeld ilə müqavilə masasına oturdu. Lakin Ümit Karan Bundesliqa komandalarının təkliflərini rədd etdi; son anda Böyükşəhər Bələdiyyəsi Ankaraspor ilə anlaşdı . 2005-ci il mövsümünün sonuna kimi "Ankaraspor"da çıxış edən Ümit Karan icarə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a qayıdıb. 2005-2006 mövsümündə yenidən "Qalatasaray"da oynamağa başlayan Ümit Karan mövsüm ərzində 17 qolla bombardir olub. Amma zədəsi səbəbindən mövsümü bağladı.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Audit yoxlaması
Audit yoxlaması — müəssisə və ya təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditor tərəfindən maliyyə hesabatlarına dair təqdim edilmiş sənədlər əsasında aparılan audit. Audit məcburi ola bilər, yəni qanunla müəyyən edilmiş müəyyən müddətlərdə, təşəbbüskar isə müəssisə (təşkilat) rəhbərliyinin qərarı ilə həyata keçirilə bilər. Auditor mühasibat balansı məlumatlarının və müəssisənin maliyyə nəticələrinin etibarlılığını təsdiq etdikdə auditin nəticələri müsbət, təsdiq etmədikdə isə mənfi ola bilər. == Auditlərin mərhələləri və xüsusiyyətləri == Auditin mərhələlərlə aparılmasının üstünlüyü ondan ibarətdir ki, müştəri cari hesabat dövrünə dair rəy almaq və cari maliyyə ilinin sonunadək dəyişikliklər etmək imkanına malikdir. === Auditor qiymətləndirir === müştərinin biznesinin xüsusiyyətləri təşkilati və daxili nəzarət nəzərdən keçirilən dövrdə mühüm hadisələr müştərinin fəaliyyətini tənzimləyən qanunlara uyğunluq ən böyük əməliyyatlar üçün: təsdiqedici sənədlərin yoxlanılması əməliyyatların mühasibat uçotu registrlərində və maliyyə hesabatlarında əks etdirilməsi anbarlardakı malların əhəmiyyətli qalıqlarının inventarlaşdırılmasında iştirak === Auditi kim aparır === Audit fəaliyyəti audit təşkilatları və ayrı-ayrı auditorlar tərəfindən həyata keçirilir.
Edit Viqnere
Edit Viqnere həmçinin Pauls-Viqnere (latış. Edīte Pauls-Vīgnere‎; 16 sentyabr 1939, Riqa) — Latviya və sovet tekstil rəssamı. Riqa Orta Tətbiqi Sənət Məktəbini (1962) və Latviya Rəssamlıq Akademiyasının toxuculuq sənəti fakültəsində Rudolf Heymratsın (1968) şöbəsini bitirib. 1967-ci ildən sərgilərdə iştirak edir. Edit Viqnerenin əsərləri monumental iri miqyaslı toxuculuq, o cümlədən üçölçülü obyektlər, metal, ağac, şüşə və kollajlar (applikasiyalar) olan qobelenlərdir. 1971-ci ildən Latviya Rəssamlar İttifaqının üzvü, Latviya SSR-in əməkdar artistidir (1979). 1995-ci ildə Edit Viqnere Latviya Tekstil Sənəti Assosiasiyasına üzv qəbul edilib. 1987-ci ildə Latviya SSR xalq rəssamı fəxri adını, iki dəfə Latviya Rəssamlar İttifaqının mükafatı laureatı (1972, 1990) olub. SSRİ xalq artisti bəstəkar və pianoçu Raymonds Paulsun kiçik bacısı. == Həyatı == Edit Pauls 16 sentyabr 1939-cu ildə Riqada fabrik işçisi Valdemar Pauls və evdar xanım Braudele (1904-1982) Alma-Matilda Paulsun ailəsində anadan olub.
Sosial audit
Sosial audit — təşkilatın fəaliyyətini və üslubunu qiymətləndirmək, hesabat vermək, təkmilləşdirmək prosesi, bütövlükdə cəmiyyətə təsirini ölçmək vasitəsi. Sosial auditin köməyi ilə korporativ sosial məsuliyyət dərəcəsi ölçülə bilər. Keyfiyyətin idarə edilməsi və insan resurslarının inkişafı üçün əlverişli şərtləri seçmək üçün ilk növbədə təşkilat daxilində rəsmi və qeyri-rəsmi davranış qaydalarını, şirkətin fəaliyyətində maraqlı olan tərəflərin fikirlərini qiymətləndirir. Daxili maliyyə auditi kimi, sosial audit də tədqiqat meyarlarının aydın şəkildə tərtib edilməsini tələb edir: şirkət hansı nəticələrə nail olmaq istəyir, hansı ictimai qrupların onun biznesinin uğuruna təsir etməsi və onun effektivliyinin hansı göstəricilərlə ölçülməsi. == Həmçinin bax == İctimai kapital Vətəndaş cəmiyyəti Sosioiqtisadiyyat İnsan kapitalı == İstinadlar == == Ədəbiyyat == Социальный аудит: учебное пособие / Под общ. редакцией д.э.н., проф. А.А. Шулса, д.э.н. Ю.Н. Попова. – М.: Издательский дом «АТИСО», 2008.