Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ukrain dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Ukrayn dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukrayn Pravoslav Kilsəsi — Kiyev Patriarxlığı
Ukrayn Pravoslav Kilsəsi — Kiyev Patriarxlığı (ukr. Украї́нська Правосла́вна Це́рква – Ки́ївський Патріарха́т) — Ukraynada yerləşən pravoslav kilsə. Mərkəzi Kiyev şəhərindədir. Filaret kilsənin indiki patriarxıdır.
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Kuran
Kuran (Soyuqbulaq)
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. == İnkişaf == Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. == Təqdimat == Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” == Filmlərdə == 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Karain mağarası
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur. 1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır.
Kralın Qızları
== Ümumi məlumat == Kralın qızları XIV Lüdovik tərəfindən hazırlanan 1663–1673-cü illər arasında Yeni Fransaya gələn təxminən 800 gənc Fransız qadını ifadə etmək üçün istifadə olunan bir termindir. Bu Kanadanın əhalisini artırmaq üçün bir layihədir. Qadınlar və qızlar Yeni Fransaya köç ederkən, onlar kralın qızları olmağı düşünmürdülər. Çünki bu termin hökumət tərəfindən aktiv olaraq işə qəbul olunan və koloniya səfəri kral tərəfindən olan qızlar və qadınlar üçün istifadə olunurdu. == Mənşə == Onun başlanğıcında Yeni Fransada kişilərə üstünlük daha çox idi: əsgərlərin vilayətində, xəz ovçuluğunda və kahinlikdə. Bu qadınlardan istifadə az tələb olunurdu. Bu vaxt koloniyada əksər qadınların işləməsi üçün kənd təsərrüfatı üstünlük təşkil etməyə başladı, lakin 17-ci əsrin ortalarında Yeni Fransada yalnız kişilər və qadınlar arasında ciddi qarşıdurma vardı. Qadın immiqrantların kiçik bir hissəsi özləri xərclərini ödəməli oldu və az hissədə subay qadınlar Yeni Fransanın sərt iqlim və şəraitinə uyğunlaşmaq üçün tanıdıqları yerləri tərk etmək istəyirdilər. Rəqib İngilis müstəmləkələrində əhali artımı, bəzi səlahiyyətlilər arasında Yeni Dünyada haqq iddialarını davam etdirmə mövzusunda narahatlıqlarını oyandırdı. Əhalini və ailələri artırmaq üçün Yeni Fransa intendantı Jan Talon, kralın ən az 500 qadının gətirilməsini dəstəkləməsini təklif etdi.
Krasin adası
Krasin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının mərkəzi hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şərq qutaracağını təşkil edir. Şimaldan, qərbdən və cənub-qərbdən qrupun digər adaları ilə əgatələnmişdir: Ukromnıy adası, Vitte adası, Kovalevski adası, Brandvaxta adası, Savvı Loşkin adası (Melkiy boğazı ilə), Ledokol adası və Oktyabr adası. Şərqində Paxtusov adaları: Dobrınya Nikitin adası, Truvor adası və Silaç adası, cənub-şərqində Vilkis adaları: Novıy adası və Çabak adası (Radzeevski boğazı ilə ayrılır). == Ümumi məlumat == Qərbdən şərqə uzadılmış formaya malikdir. Mərkəzi və şərq hissələrində şimala uzanan iki yarımadası vardır.
Kurani (Urmiya)
Kurani (fars. كوراني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (34 ailə).
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. == Həyatı == Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Lesya Ukrainka
Lesya Ukrainka (13 (25) fevral 1871, Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası) — ukraynalı şairə. == Həyatı == Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur. "Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Neda Ukraden
Neda Ukraden (serb. Неда Украден 16 avqust 1950, İmotski[d], Xorvatiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Xorvatiyada anadan olan və Bosniyada böyüyən serbiyalı müğənni. Neda Ukraden 16 avqust 1950-ci ildə Xorvatiyanın İmotski şəhəri yaxınlığındakı Qlavina kəndində anadan olmuşdur. O, serb əsili Duşa (1997-ci ildə vəfat etmişdir) və Angelianın ailəsində anadan olmuşdur. İki ilə qədər Viseqrad şəhərinə (Bosniya və Herseqovina) köçənə qədər, babası və nənəsi ilə birlikdə İmotski şəhərində yaşayırdı. İbtidai məktəbə burada gedir, sonra ailəsi ilə birlikdə 1992-ci ildə Bosniya müharibəsi başlayana qədər yaşadığı Sarayevoya köçür. Müharibənin başlaması ilə Neda Belqrada köçmək məcbuiriyyətində qalır. 1992-1996 illəri arasında Vyanada (Avstriya) bir mənzil kirayələyir. Müharibə zamanı ailəsinin İmotski qəsəbəsindəki evi dağıdılır. Sarayevo Universitetini bitirib.
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Viktor Çukarin
Viktor İvanoviç Çukarin (9 noyabr 1921, Krasnoarmeysk, Donetsk quberniyası — 25 avqust 1984, Lvov) — Sovet gimnastı, SSRİ-nin əməkdar idman ustası (1951), USSR-nin əməkdar məşqiçisi (1972), dosent (1963), Lvov idman institunun kafedra rəhbəri (1971), Lenin ordeni kavaleri (1957). Olimpiya Oyunlarının mütləq çempionu (1952, 1956), dünya çempionu (1954), SSRİ çempionu (1949—1951, 1953, 1955); Olimpiya Oyunlarının çempionu 1952-ci ildə 6 mükafat, 1956-ci ildə 5 mükafat, toplam 11 olimpiya mükafatı). Böyük Vətən müharibəsi iştirakçısı. Viktor Çukarin 9 noyabr 1921-ci ildə Novoazovsk rayonunun Krasnoarmeyskoye kəndində anadan olmuşdur. Atası don kazakı, anası isə yunan idi. 1924-cü ildə ailəsi Mariupola köçdü. Uşaqlıqdan idmana - futbola, üzgüçülüyə, avarçəkməyə həvəs göstərirdi. Atası 1937-ci ildə repressiya edildi. Çukarin məktəbi bitirdikdən sonra əvvəlcə Mariupol Metallurgiya Kollecinə daxil oldu. Sonra Kiyev Bədən Tərbiyəsi Kollecinə qəbul olundu.
Gábor Bukrán
Vladimir (Ukrayna)
Volodımır (ukr. Володимир) — Ukraynanın Volın vilayətində şəhər, Volodımır vilayətinin inzibati mərkəzi. Volodımır şəhəri X əsrdən bəri mənbələrdə qeyd edilir. Ticarət yollarının kəsişməsində yerləşən əlverişli mövqeyi onu zəngin tacir və sənətkarlıq mərkəzinə çevirmişdir. Feodal parçalanma dövründə o, Volın knyazlığının, sonra isə Qaliç-Volın knyazlığının tərkibində idi. Xmelnitski üsyanından və XII əsrdə Rusiya-Polşa müharibəsindən sonra şəhər tədricən öz əhəmiyyətini itirərək kiçik əyalət qəsəbəsinə çevrilmişdir. 1795-ci ildə Polşanın parçalanması nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş və Volodımır-Volınski adlandırılmışdır. Şəhər Birinci Dünya müharibəsinin əsas döyüş yerlərindən biri olmuşdur. 1915-ci ildə Avstriya-Macarıstan qoşunları tərəfindən işğal olunmuşdur. 1921-ci il Riqa müqaviləsinə əsasən Polşaya birləşdirilmiş, Molotov-Ribbentrop paktı ilə SSRİ-yə verilmişdir.
Kralın nitqi
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Ukraincə Vikipediya
Ukraincə Vikipediya — Vikipediyanın ukrain dilində olan bölməsidir. Bu günə gədər 1.333.490 məqalə yaradılıb.
Ukrayna (toponim)
Ukrayna — bir sıra ərazilərin tarixi adı, eləcə də müasir Ukrayna dövlətinin adı. Ukrayna sözü Kiyev Rusunun dövründən — ən azı XII əsrdən bəri mövcuddur. İlk dəfə 1187-ci ildə Pereyaslavl knyazı Vladimir Qleboviçin ölümü ilə əlaqədar XV–XVI əsrlərin siyahılarından məlum olan İpatiev Məcəlləsinin Kiyev xronikasında xatırlandı, daha sonra eyni salnamədə Ukraynanın adı çəkildi. 1189-cu ilə qədər və Qalisiya-Volın xronikasında ("и приѣхавшю же емѹ ко Ѹкраинѣ Галичькои") 1213-cü ilə qədər ("və Berestiya, Ouqrovesk, Vereşçin və Stqolp və Komov və bütün Ukraynada"). 1268-ci ilə qədər Qalisiya-Volın xronikasında da müvafiq demonim mövcuddur ("и зане вѣсть бѧхѹть подали имъ Лѧхове Ѹкраинѧнѣ"). Alimlərin əksəriyyətinin dəstəklədiyi versiyaya görə, "Ukrayna" adı sərhədyanı ərazi ilə əlaqələndirilir. Andrey Zaliznyakın yazdığı kimi, bu, qədim rusca "ukraina" sözünə gedib çıxır — sərhəd bölgəsi, knyazlığın kənarındakı torpaq. Başlanğıcda bu sözün mənası knyazlığın bütün periferiyası ətrafında, kənarları boyunca xarici ərazini ifadə edən "kənar" sözünün mənasından bir qədər fərqli idi. "Ukrayna" sözü əvvəlcə Kiyev Rusunun müxtəlif sərhədyanı ərazilərinə və ayrı-ayrı rus knyazlıqlarına şamil edilmişdir. Bu mənada Ukrayna sözünün etimologiyasını rus, eləcə də Orest Subtelnı, Pol Maqoçi, Omelyan Pritsak, Mixail Qruşevski, İvan Oqienko, Pyotr Toloçko və s.
Ukrayna teatrı
Ukraynada teatr sənəti (ukr. Театральне мистецтво України), Teatralne mystetsvo Ukrayiny – tamaşaçılar qarşısında aktyorun canlı çıxışını təqdim etdiyi təsviri incəsənət və mədəni ifadə forması. Ukrayna teatrı, Ukraynanın doğma adət-ənənələri, dili və mədəniyyətini təbliğ edən mədəniyyət ocağıdır. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Klassik Ukrayna dramaturgiyasının formalaşması İvan Kotlyarevski və Qriqori Kvitka-Osnovyanenkonun adları ilə bağlıdır. XIX əsrin II yarısında Ukraynada həvəskar teatr hərəkatı genişləndi və teatr səhnəsinə istedadlı aktyorlar dəstəsi çıxdı. Müstəqillik illərində Ukraynada çoxlu yeni teatrlar yarandı. Hazırda Ukraynada hər il bir sıra beynəlxalq teatr festivalları keçirilir. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Onlar Qərbdən Yezuitlər tərəfindən gətirilsə də, tez bir zamanda qardaş və digər Ukrayna məktəbləri tərəfindən qəbul edilib.
Ukrayna ədəbiyyatı
Ukrayna ədəbiyyatı — ukrayn dilində yazılmış ədəbiyyat. Bəzi hallarda Ukrayna ədəbiyyatına ukraynalı müəlliflərin başqa dillərdə yazdığı əsərlər də daxildir. Ukrayna ədəbiyyatı tarixinin başlanğıcı Kiyev Rusu dövrünə təsadüf edir. Rus ədəbi ənənəsi Bizans və Bolqar ədəbi ənənələri ilə sıx bağlı idi. IX əsrdən müasir dövrün əvvəllərinə qədər vahid dil mühitində (kilsə slavyan dili, onun tərcümələri, habelə onlara yaxın milli ədəbi dillər) mövcud olan pravoslav slavyanların ədəbi icması olan Slavia Orthodoxa-nın bir hissəsi və vahid ədəbi fonda malik idi.
Kralın qayıdışı
Kralın qayıdışı — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən sonuncusu. Bu, "Üzük qardaşlığı" və "İki qüllə"dən sonra sonra gəlir. 1955-ci ildə nəşr edilmişdir. Əsərin məzmunu Qaranlıq hökmdar Sauronun hücumuna məruz qalacaq Qondor krallığında başlayır.