Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
Uvey
Uvey Şanyü (e. ə. II əsr – e.ə. 104) — eramızdan əvvəl 114-105-ci illər arası hökmdarlıq etmişdir. İçizin böyük oğlu olan Uvey Şanyünün hakimiyyət dövrü Hun imperiyasının durğunluq dövrü sayılır. Hakimiyyətinin 4-cü ilində Çin elçisi ona imperatorun onu müharibəyə çağırdığını, müharibə etməzlərsə vassallığını qəbul etməsini dediyini bildirdi. Uvey buna əsəbləşərək elçini Baykal gölü ətrafına sürgünə göndərdi. Müharibəyə isə girişməyərək ordusuna dinclik verdi. Yan-sin adlı Çin elçisi həmin il gələrək sülh təklif etdiyini, şanyünün vəliəhdi imperatorun yanına göndərməsini istədi. Şanyü isə buna etiraz edərək bir Çin şahzadəsi tələb etdi.
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Aley çayı
Aley (rus. Але́й) — Rusiyanın Altay diyarında çay. Ob çayının sol qoludur. Uzunluğu 858 km, hövzəsinin sahəsi 21,100 km2-dir. Kulunda çölündən axır. Əsasən, qar və yağıntı suları ilə qidalanır. Yuxarı axını Altay diyarındadır. Rubtsovsk və Aleysk şəhərləri Aley çayı sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Алей // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Kley Tompson
Kley Aleksandr Tompson - Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Varrios komandasında oynayan Amerikalı oyunçudur. O, 1990-cu ilin fevral ayının 8-də anadan olub. O NBA oyunçusu Maykl Tompson oğludur. O, Vaşinqton Steyt Universitetində 3 mövsümü oyunda oynayıb. 2011-ci ildə o Qolden Steyt komandasına üzv seçilir. 2014-cü ildə komanda yoldaşı Stefen Karri ilə birlikdə NBA oynayıb. Onun ləqəbi "Splaş qardaşlar"dı. Tompson 3 dəfə NBA All Star və 2 dəfə ALL NBA üçüncü komandasında oynayıb. 2015-ci ildə Varrious komandasını NBA Çempionu oldu. Bu komanda 1975-ci ildən çempiona olmamışdır.2017-ci ilə kimi Tompson çempion olur.
Mikania ulei
Mikania ulei (lat. Mikania ulei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Trichilia ulei
Trichilia ulei (lat. Trichilia ulei) — meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.
Udey Hüseyn
Uday Hüseyn Al-Tikrit (18 iyun 1964, Bağdad — 22 iyul 2003, Mosul), keçmiş İraq lideri Səddam Hüseyn'in böyük oğludur. Səddam Fədailəri ilə bir çox media quruluşunun başında olmuşdur. Gənclik Televiziyası və Babil qəzetinin sahibi olan Udey ayrıca həftəlik 7 qəzet, televiziya kanalları, bir gecə klubu və aralarında İngilis musiqi parçaları da çalan bir kanalın da olduğu çoxlu sayda radionun sahibi olmuşdur. Udeyin də qardaşı Qusey kimi ən böyük qazancının neft qaçaqçılığı olduğu deyilirdi. 1998-ci ildə Babil Universitesində "soyuq müharibənin ardından dünya" adlı 400 səhifəlik tezis ilə doktorluq ali dərəcəsi alan Udey 2000-ci ildə də İraq Milli Məclisinin üzvü idi. Olimpiya Komitəsi və Jurnalistlər Birliyinin rəhbərliklərini də məhz Udey etmişdir. 22 İyul 2003-cü il tarixində ABŞ əsgərlərinin keçirdiyi basqınında, qardaşı Qusey ilə birlikdə Mosulda öldürülmüşdür. İblisin əkizi filmində Udey Hüseynin həyatı əsas mövzu obyektidir.
Ulex europaeus
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Ulex hispanicus
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman, Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır. O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
Ülə (Salmas)
Ülə (fars. اولق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 654 nəfər yaşayır (189 ailə).
Abdullah ibn Üvey
Abdullah ibn Üvey (9/630-cu ildə vəfat etmişdir) — Mədinədə Xəzrəc qəbiləsinin hörmətli insanlarından biri, sonralar isə münafiqlər qruplaşmasının başçısı olmuşdur. Abdullah ibn Übey Mədinənin başçısı olmaq istəmiş, ancaq şəhərdə İslamın yayılması, eləcə də Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsi, onun istəklərinin reallaşmasının qarşısını almışdır. Mədinə İslamın dayağına çevrildikdən sonra, Abdullah ibn Übey müsəlman kimi görünsə də gizli İslam düşməni olmuşdur. Onun törətdikləri əməllər Məhəmməd peyğəmbərə və müsəlmanlara qarşı yönəlmişdir. Abdullah ibn Übey Uhud döyüşündə sayı 300-ə yaxın dəstəsini geriyə çəkməklə, müsəlman qoşununu gücdən salmışdır. Bundan sonra o, zaman-zaman müsəlmanların düşmənləri ilə gizli danışıqlar aparmışdır. Onun məqsədi Mədinədə gücünü artırmaq və Məhəmməd peyğəmbəri şəhərdən qovmaq idi . Abdullah ibn Übey peyğəmbər və müsəlmanlar haqqında yalanlar danışaraq, onları pisləmişdir. Ancaq, etdikləri bu pis əməllərə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Çünki, onun və dəstəsinin müsəlmanlarla mübarizə aparmaq gücləri olmamışdır.
Kasius Marselius Kley
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır: "Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Aley (Afidantın oğlu)
Aley (q.yun. Ἀλεός) — qədim yunan mifologiyasında personaj, Tegeya padşahı, Afidantın oğlu. Həyat yoldaşı Neera və ya Kleobula olmuşdur. Epitin ölümündən sonra o, kral hakimiyyətini öz üzərinə götürdü. O, Tegeyada Afina Aley məbədini tikdirmiş və özünə saray ucaltmış, Tegea və Aleya şəhərlərinin əsasını qoymuşdur.
Ule Qunnar Sulşer
Ule Qunnar Sulşer (26 fevral 1973[…], Kristiansunn[d]) — Norveçli keçmiş peşəkar futbolçu. Hal hazırda futbol məşqçisi. Karyerası ərzində hücumçu kimi çıxış edib. İngiltərəyə gəlməzdən əvvəl Norveçin "Klausenengen" və "Molde" klublarında oynamışdır. 1996-cı ildə 1.5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdur. "Körpə üzlü qatil" ləqəbi ilə tanınan futbolçu bu klubun heyətində 366 oyuna çıxmış və 126 qolla yadda qalmışdır. Sonradan oyuna daxil olaraq vurduğu qollara görə "super ehtiyat" ləqəbi ilə də tanınır. UEFA Çempionlar Liqasının 1998/99 mövsümünün finalında Almaniya təmsilçisi "Bayern Münhen"ə qarşı oyunda görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qol Sulşerin ən məşhur qolu olaraq yaddaşlarda qalmışdır. Məhz həmin qol sayəsində "Mançester Yunayted" tarixində ikinci dəfə bu turnirin qalibi olmuşdu. Sulşer 2007-ci ildə dizindən aldığı zədə nəticəsində peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdır.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
2022/2023 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Alye
Alye (fr. Allier, oks. Alèir) — Fransanın mərkəzi cənubunda yerləşən, Over-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 3. İnzibati mərkəzi — Mulen. Əhalisi — 353.124 nəfərdir (departamentlər arasında 69-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Alye departamenti Overn bölgəsinin bir hissəsidir Şer, Nyevr, Sona və Luara, Luara, Püi-de-Dom və Kröz departamentləri ilə sərhəddir. Sahəsi — 7340 km². == Tarixi == Departament tarixinin çox hissəsi Burbon dövrünün tarixinə aiddir, çünki departament ərazisi keçmiş Burbon hersoqluğunun ərazisinə bərabərdir. Departament, 1790-cı il 22 dekabr 1789-cu il tarixli qanununa əsasən, 1790-cı il martın 4-də, 1790-cı ildə Fransa inqilab dövründə, 83-cü bölmədə köhnə Burbonlar əyalətinin ərazisində yaradılmış 83 departamentdən biridir.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Aurey
Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir. Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır == İstinadlar == == Əlavə ədəbiyyat == Cohen. Description historique des monnaies frappé essous l’Empire Romain. Paris-London, 1859—1868 Cohen. Description générale des monnaies de la République Romaine Paris-London, 1857 Lenormant.