Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ul (İzer)
Ul (fr. Oulles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38286. Kommunanın 1999-cu il üçün əhalisi 16 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 728 ilə 2559 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 24 km şimal-qərbdə yerləşir.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmi

Həbl-ül-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır.Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Reis ül-Küttab
Reis ül-Küttab (osm. رئيس الكتاب), və ya Rəis Əfəndi ( رئیس آفندی) — Osmanlı imperiyası bürokratiyasında böyük bir vəzifə daşıyırdı. "Katiblərin rəisi" və ya "baş katib" kimi tərcümə olunan bu postun sahibi əvvəlcə Xarici İşlər Nazirinin analoquna çevrilərək Sultan divanında xarici əlaqələrdən məsul olub. 1836-cı ildə Tənzimat islahatları dövründə Osmanlı Xariciyyə Nazirliyinin qurulması ilə reis ül-küttab adı rəsmi olaraq Xarici İşlər Naziri olaraq dəyişdirildi. == Tarixi == Reis ül-Küttab vəzifəsi İstanbulun fəthindən həmən sonra təssis edildi. Lakin katiblik ilk dəfə 1520-ci illərin əvvəllərində təsdiqlənmişdir və böyük ehtimalla Sultan Süleyman Qanuni tərəfindən(1520-66) yaradılmışdır. Baxmayaraq ki, onun yanında hökümətdə kiçik bir vəzifə kimi də mövcud ola bilərdi. Adından da göründüyü kimi - reis ül-küttab "baş katib" və ya "baş köməkçi" mənasını daşıyır. Vəzifə Osmanlı imperiyasında hökumətini quran sultan divanı (divan-ı hümayun) katiblərindən məsul idi.I Süleymanın hökmranlığından əvvəl katiblik funksiyaları "emin-i axham" ("qərarların qoruyucusu") və nişançı tərəfindən paylaşılırdı. Digər şərq İslam dövlətlərində olduğu kimi, divan əfəndinin yerli valilər (valilər) məclisinə rəhbərlik etdiyi Osmanlı vilayətlərində də mövcud idi.
Ziya Ül Həqq
Məhəmməd Ziyaülhaqq (12 avqust 1924[…], Calandhar[d], Britaniya Hindistanı – 17 avqust 1988[…], Bahavalpur, Pəncab) — Pakistanın altıncı prezidenti. Pakistanda, seçki ilə hakimiyyətə gələn Zülfiqar Əli Bhuttonu 1977-ci ildə hərbi çevrilişlə devirən generaldır. 1979-cu ildə Bhutto edam edilmişdir. Şəriət nizamını elan edən Ziyaülhaqq 1988-ci ildə ABŞ səfirinin və qərargahlarınında olduğu təyyarənin salınması nəticəsində həyatını itirənə qədər rəhbərlikdə qalmışdır. Ölümündən sonra seçkiləri açıq fərqlə qazanan Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhutto baş nazir olmuşdur.
Kitab-ül Bəhriyyə
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osm. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir. Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir.Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir. == Tarixi == Böyük kartoqraf olmaqla yanaşı, böyük dənizçi olan Piri Rəis getdiyi yerlər haqqında məlumatları qeydə alır, xəritələrini çəkirdi. 1511-1513-cü illər arasında ilk dünya xəritəsini çəkərkən (Piri Rəis xəritəsi) naviqasiya qeydlərini kitab şəklində tərtib etməyə başladı. Nəhayət, xarici mənbələrdən istifadə edərək 1521-ci ildə tamamladığı Kitab-ül Bəhriyyə də bu yerlərin tarixi və coğrafi xüsusiyyətlərini topladı. Sultan Süleyman Qanuninin kürəkəni və sədrəzəmi Parqalı İbrahim Paşa 1524-cü ildə Misirə səfəri zamanı Piri Rəisi də özü ilə dənizçi kimi aparmışdı.
Eyn-ül Rum (Üşnəviyyə)
Eyn-ül Rum (fars. عين الروم‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (25 ailə).
Kafi-ül Mülk (Şəbüstər)
Kafi-ül Mülk (fars. کافی‌الملک‎, Kâfi ol Molk) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (415 ailə).
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Mehmetçik: Qut-ül Amarə
Mehmetçik Qut-ül Amarə (türk. Mehmetçik Kut'ül Amare; Mehmetçik Kutulamare) və ya 2. mövsümdəki adı kimi Mehmetçik: Böyük zəfər (türk. Mehmetçik Kutlu Zafer) - 18 yanvar 2018-ci ildə başlayan və 31 yanvar 2019-cu ildə bitən, TRT1-də yayımlanan tarixi türk serialı. Sseranisti Mehmet Bozdağ, rejissoru isə Kamil Aydın idi. == Ssenari == Serial Qut-ül Amarə mühasirəsini və ondan sonrakı hadisələri anladır. == Ad dəyişdirməsi == Serialın 1-ci mövsümü "Mehmetçik: Qutulamarə" (türk. Mehmetçik: Kut'ül-Amare) adlandırıldı. Bu mövsümdə Qut-ül Amarə mühasirəsindən bəhs edilirdi. 2-ci mövsümdə isə Mühasirədən sonrakı hadisələr əks etdirilidiyi üçün serial "Mehmetçik: Böyük zəfər" (türk.
On üç il müharibəsi
On üç il müharibəsi 1722-1735-illərdə Səfəvilər ilə Hotaki, Rusiya, Osmanlı arasında baş verən müharibədir. Səfəvilər ilə Hotakilər arasındakı müharibə nəticəsində Səfəvilər Qəndəhar, Xorasan əyalətləri itirdi. 1722-ci ildə Hotakilər Gülnabad döyüşündə Səfəviləri məğlub etdikdən sonra paytaxt İsfahanı da ələ keçirdi. Bu vaxt Rusiya və Osmanlı Səfəvilərin kifayət qədər zəiflədiyini görürdü. Nəhayət 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununla da yüz minlələ insanın ölümünə səbəb olan On üç il müharibəsi başladı. Rusiya 1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşt əsasən Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillər ələ keçirildi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Səfəvilərin nəzarətində yalnız Mazandaranın bir qismi qalmışdı. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər.
Qut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Zeyn-ül Hacılı (Üskü)
Zeyn-ül Hacılı (fars. زين الحاجيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,443 nəfər yaşayır (357 ailə).
Ziya-ül Mülk körpüsü
Ziya-ül Mülk körpüsü — Naxçıvan Muxtar Respublikasının Araz çayı üzərində tarixi-memarlıq abidəsi. Culfa yaxınlığında, Araz çayının dağın ətəyinə toxunaraq, burulğan halda döndüyü yerdə yonulmuş daşdan inşa olunmuşdur. Körpünün salınması ilə hazırda xarabaları qalmış qədim şəhərin böyük İpək yolu üzərində mühüm mərkəz kimi əhəmiyyəti artmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur. Onlardan birinin eni 60 arşın (gəz), digərinin eni isə 55 arşın idi. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var idi. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirdi. Körpünün salınma texnikası mahir mühəndisləri də heyran qoyurdu. Hazırda Ziya-ül Mülk körpüsünün yalnız 5 dayağı qalmışdır. Birinci istisna olmaqla, bütün dayaqlar pis vəziyyətdədir.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Şeyx-ül İslam (Həştrud)
Şeyx-ül İslam (fars. شيخ الاسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 143 nəfər yaşayır (23 ailə).
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Gül-gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül

Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)

Məhəbbət üç il yaşayır (roman)
Məhəbbət üç il yaşayır (fr. L'amour dure trois ans) Frederik Beqbeder aşiq olmaq hissinin müəyyən hormonlarla əlaqəli olduğu haqqında məşhur nəzəriyyəyə həsr olunmuş romanıdır (roman dopamin haqqındadır). Beyin funksiyası normallaşdıqda və adi ritminə qayıtdıqda, hormonlar hər iki tərəfdaşın bir-birindən emosional asılılığını stimullaşdırmağı dayandırır. Beləliklə, bir-birindən həyəcan və güclü emosional asılılıq üç ildən sonra aradan qalxır, bununla əlaqədar romanın qəhrəmanı əziyyət çəkir. == Məzmun == Romanın baş qəhrəmanı dedi- qodu sütunları yazan jurnalist Mark Marronnierdir (fr. Marc Marronnier) . O, əmindir ki, sevgi üç il yaşayır: əvvəlcə insanlar bir-birini ehtirasla, sonra mehribanlıqla və dostcasına sevirlər, sonra isə darıxırlar. Bu cür fikirlərin səbəbləri, Markın özünün heç vaxt üç ildən çox sevməməsidir. O, çox gözəl bir qız Anna ilə evləndi, lakin evliliyin üçüncü ilində Anna demək olar ki, nifrət etməyə başladı və o, başqa bir qadına, Alisa dəlicəsinə aşiq oldu. Romanın sonunda baş qəhrəman yazır ki, o, Alisa ilə üç ildir ki, birlikdədirlər və birgə həyatlarının üç illiyini qorxu ilə gözləsə də, sevgi hələ də yaşayır.
.al
.al — Albaniyanın internet kodu.