Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Steriani Pantazi
Steriani Pantazi (d. 27 oktyabr 1989; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Steriani Pantazi 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Steriani Pantazi 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Varvara Maqnisali ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Çarikleya Pantazi
Çarikleya Pantazi (18 mart 1985) — Yunanıstanı təmsil edən bədii gimnast. Çarikleya Pantazi Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Fantaziya
Fantaziya (musiqi) — formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziya hamamı — Bakıda yerləşən 1896-cı ildə tikilən məşhur hamam. Fentezi — Ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.
Fentezi
Fantezi — ədəbiyyatdan götürülmüş və ədəbiyyat, kino və cizgi filmləri, kompüter oyunları və teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır. == Janrın qısa xülasəsi == Bu janrın ən əhəmiyyətli xüsusiyyəti, real dünyaya fantastik elementlər qatılması yerinə, tamamilə yazıçı təxəyyülünə söykən bir dünyada keçən əhvalatlar anlatmağıdır. Mifologiyası, coğrafiyası, tarixi, irqləri ilə, "yəni hər detalıyla" yazıçıya aid bir dünyadır bu. Əlbəttə yazıçı bu dünyanı hazırlayarkən gerçək dünyanın sözlərindən və bəzi qanunlarından faydalanır. Amma növün ciddiyə alına biləcək yazıçıları, bu sözləri aid olduqları mədəniyyətlərdən qoparmağa, onlara tam fərqli mənalar yükləməyə daim diqqət göstəriblər. == Janrın üstünlükləri == Fentezi janrının ən böyük üstünlüyü, hər millətdən oxucuya eyni məsafədə dayanmasıdır. Azərbaycanlı, İngilis ya da bir Yapon oxucu, fərqi yoxdu hər kəs fentezinin xarakterlərinə eyni dərəcədə yaxın ola bilər. Çünki digər janrların əksinə fentezi müəyyən bir cəmiyyətin və ya ölkənin mentalitetinə uyğun yazılmır. Bu janrda qurulan dünyanın öz adətləri və qanunları, cəmiyyətin isə xüsusi düşüncə tərzi olur. Məsələn: J. K. Rowling’in "Harry Potter" əsərində hərəkət edən şəkillər və uçan süpürgələr nə qədər təbii görünsə də "maqıl"ların gözündə (kitabda insanlara maqıl deyilir) bunlar o qədər mümkünsüzdü.
Mandazi
Mandazi həmçinin "Şahili Kokos Doghut" (Şahili: Mandazi, Maandazi) — bu yemək Şahili sahillərində kərf edilib. Afrika böyük gölü ətrafında Şahili xalqının mətbəxinin əsas yeməyidir. == Xarakteri == Mandazi dougnats ilə bir-birinə çox oxşayır. Yeməyin hazırlanmasında müxtəlif inqredentlərdən istifadə edilir. Ancaq əsasən az şirin olur. Serviz edilən zaman soyuq həmçinin buz şəkildə verilməlidir. Adətən oval və yumru şəkildə olur. == Hazırlanması == Mandazi xəmir yeməyidir. Onu yağda bişirillər. Mandazinin tərkibinə su, şəkər, düyü, maya və süd əlavə edilir.
Yantszı
Yantszı (çin. 長江 — Uzun çay; çin dilində |揚子江|扬子江|Yángzǐ Jiāng|Yantsızyan) ) — Avrasiyanın ən sulu və uzun çayıdır. Dünya üzrə uzunluğuna görə Nil və Amazon çaylarından sonra 3-cü yeri tutur. Çin ərazisi ilə ilə axır, uzunluğu 5800 km, hövzəsinin sahəsi — 1 808 500 km². Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. Çin Xalq Respublikasının ərazisində Sakit okeana (Şərqi Çin dənizi) tökülən çaylarından biri. Avrasiyada ən uzun çay. Tibet yaylasının mərkəzi hissəsindən, 5500 metr hündürlüyündən başlanır.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Amyntor Fanfani
Amyntor Fanfani (it. Amintore Fanfani; d. 6 fevral 1908, Pieve Santo Stefano, İtaliya – ö. 20 noyabr 1999, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri və beş dəfə İtaliyanın baş naziri seçilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə də Fanfani sədrlik edib. Siyasi mandatı başa çatdıqdan sonra rəssam kimi fəaliiyyət göstərib.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Baxçasaray fontanı
"Baxçasaray fontanı" (rus. Бахчисарайский фонтан) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ikinci poeması. "Qafqaz əsiri"ndən sonra Puşkin "Baxçasaray fontanı" poemasını yazıb. Bu poema istər məzmun, istərsə də ifadə gözəlliyi ilə Puşkin sənətində daha yeni bir ədəbi hadisə idi. "Baxçasaray fontanı" tarixi bir rəvayət üzərində qurulsa da, ideyaca müasirləşdirilmişdir. Şair eşitdiyi tarixi rəvayəti də məqsədyönlü şəkildə dəyişdirmiş, polyak qızı Mariya surətini rəvayətə əlavə etmişdi. Bir sıra başqa cənub poemalarında olduğu kimi burda da həyat eşqilə ölüm hissinin və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaratmışdır. Zülmkar Gəray, azad ruhlu, ipək qəlbli Polşa gözəli Mariya, eşq nə olduğunu anlamayan, bir daş heykəli andıran xacə və qəlbi daima yaşamaq eşqilə çırpınan çoşqun, ehtiraslı əsir qadın Zarema poemanın əsas surətlətidir. Biri digərinə tamamilə zidd olan bu cəmiyyətlərin qarşılaşdırılmasından bir-birinə zidd olan zehniyyətlər, surətlər, fikirlər, zövqlər və anlayışlar doğmuşdur. Lakin nə bu zidd səciyyələrin, nə də bu zidd zehniyyətlərin, görüşlərin heç biri uydurma deyil.
Entoni Fantano
Entoni Fantano (ing. Anthony Fantano, 28 oktyabr 1985) — amerikalı musiqi şərhçisi, Yutuber. Yaratdığı The Needle Drop kanalında müxtəlif janrlardakı musiqiləri müzakirə edir. == Həyatı == Fantano yeniyetməlik illərini Konnektikut ştatının Volkott şəhərində keçirdi. O Yeniyetmə ikən Dead Kennedys pank qrupunun keçmiş solisti, musiqiçi Cello Biafranın işi sayəsində siyasətlə maraqlanmağa başladı və onu "demək olar ki, mənim siyasi kumirim" adlandırdı. == Şəxsi həyatı == Fantano Konnektikutda yaşayır. O, vegeteriandır, yeniyetməlik illərində ilk dəfə vegetarian olandan sonra pəhrizə keçmişdir. 2018-ci ilin mart ayında Fantano Polygon-a "azad söz tərəfdarı" olduğunu dedi. Fantano 2020-ci ildə ABŞ prezident seçkilərində Berni Sandersi dəstəklədi.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Luan Santani
Luan Santani (Luan Santana, 13 mart 1991, Campo Grande) — Braziliya müğənnisi.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Seksual fantaziya
Seksual fantaziya və ya erotik fantaziya, həmçinin cinsi fantaziya — zehni görüntü və ya düşüncə formasıdır. O, hər hansısa bir insanın seksuallığını aktivləşdirir, cinsi oyanma yarada və ya gücləndirə bilər. Erotik fantaziya insanın təxəyyülü və ya yaddaşı ilə yaradıla bilər və o, avtonom şəkildə də işə salına bilər. Seksual fantaziyalar, həmçinin erotik ədəbiyyatlar oxumaqla və ya pornoqrafiyaya baxmaqla, fiziki bir obyektə təmas etməklə və yaxud da, başqa bir insanla olan cinsi cazibə kimi xarici təsirlərdən də yarana bilər.
Studio Fantasia
Studio Fantasia (スタジオ・ファンタジア, Sutajio Fantajia) — Yaponiya animasiya studiyası. 12 oktyabr 1983-cü ildə Tomohisa İyzuka tərəfindən qurulmuşdur. Baş qərargahı Tokionun Nerima xüsusi rayonunda yerləşir.
Yanqazi (Baymak)
Yanqazi (başq. Яңғаҙы, rus. Янгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşməhəmməd kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 35 km, kənd sovetliyindən (İşməhəmməd): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 57 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdış Əsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
Epik fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. == Mövzular == Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Qaranlıq fentezi
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Santali dili
Santalice, Santalca və ya Santali dili əsasən Assam, Bihar, Carkhand, Mizoram, Orissa, Tripura və Qərbi Benqalda danışılan Ho və Mundari dilləri ilə qohum bir Avstriya-Asiya dili . Bu dil ailəsinin Munda qrupuna aid olan və qrupun ən çox danışılan üzvü olan Santali dili Hindistan Konstitusiyasına uyğun olaraq Hindistanın rəsmi tanınmış regional dillərindən biridir. Təxminən 7,6 milyon danışan sayı ilə dil Hindistan, Banqladeş, Butan və Nepalada geniş yayılmışdır. Bu dil həm də Vyetnam dili və Kxmer dillərindən sonra sayca üçüncü ən böyük Avstroasiya dilidir. Santali dili Avstroasiya kökənli etnik Santalların ana dilidir. Ol Chiki yazı sistemi 1925-ci ildə Pandit Raghunath Murmu tərəfindən işlənib hazırlanana qədər Santalice yazısı mövcud deyildi, və bu dil sadecə danışıq dili idi. Tək səsli hərf əlifbası ilə yazılan Ol Çiki sistemi digər heca əsaslı hind yazı sistemlərindən fərqlənir və müasir Hindistanda Santali dilində yazmaq üçün geniş istifadə olunur.
Yüksək fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Double Fantasy
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub. Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
Fantaziya ədəbiyyatı
Fantaziya ədəbiyyatı və ya fantastik ədəbiyyat real hadisələrə əsaslanmayan yazılı ifadə tərzidir. Buraya əsasən müxtəlif mövzulu hekayələr, romanlar, pyeslər və dram kimi yazı üslubları daxildir. Klassik fantaziya ədəbiyyatının ən məşhur nümunələri sırasında bəzi nağıllarla bərabər "Alisa möcüzələr ölkəsində" əsəri də yer alır. Müasir fantaziya ədəbiyyatının tanınmış nümunələri arasında J. R. R. Tolkienin yazdığı "Hobbit ", "Üzüklərin hökmdarı", Ursula K. Leqinin yazdığı "Yer dənizinin sehrbazı" və C. S. Lyuisin yazdığı "Narniya salnamələri" kimi əsərlər yer alır. Elmi fantastika janrı ilə fantaziya janrını qarışdırmaq olmaz. Onlar hər nə qədər də bir-birlərinə oxşar olan növlər olsalar da, kainat yaratma üsulları çox fərqlidir. Elmi fantastika əsərlərində içində yaşadığımız dünya da daxil olmaqla kainat, fərqli bir zaman dilimində təsvir olunursa, fantastik əsərlərin özlərinə məxsus olan kainatları mövcud olur. Bu ənənə Tolkien tərəfindən yaradılmış olan Orta Dünya ilə məşhurluq qazanmış və o vaxtdan bəri orijinal fantaziya yazıçıları özlərindən əvvəlkilərdən ilhamlanaraq özlərinin kainatlarını yaradırlar. Daha gənc, yaxud da kiçik yaş qrupları üçün yazılmış bəzi fantaziya mövzulu əsərlərdəki hadisələr (məsələn: JK Rowling — Harry Potter və Rick Riordan — Persi Cekson və Olimplər) alternativ tarix yazılarından da istifadə edilərək yaşadığımız dünyada baş verir. Bu əsərlərdə bizim bu dünyanın bizim əslində bilmədiyimiz gizli bir hissəsində gizli həyat sürən qəhrəmanların hekayələrindən bəhs edilir.