FANTASTİKLİK
FANUS
OBASTAN VİKİ
Fantaziya
Fantaziya (musiqi) — formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziya hamamı — Bakıda yerləşən 1896-cı ildə tikilən məşhur hamam. Fentezi — Ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Seksual fantaziya
Seksual fantaziya və ya erotik fantaziya, həmçinin cinsi fantaziya — zehni görüntü və ya düşüncə formasıdır. O, hər hansısa bir insanın seksuallığını aktivləşdirir, cinsi oyanma yarada və ya gücləndirə bilər. Erotik fantaziya insanın təxəyyülü və ya yaddaşı ilə yaradıla bilər və o, avtonom şəkildə də işə salına bilər. Seksual fantaziyalar, həmçinin erotik ədəbiyyatlar oxumaqla və ya pornoqrafiyaya baxmaqla, fiziki bir obyektə təmas etməklə və yaxud da, başqa bir insanla olan cinsi cazibə kimi xarici təsirlərdən də yarana bilər.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdış Əsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
Fantaziya ədəbiyyatı
Fantaziya ədəbiyyatı və ya fantastik ədəbiyyat real hadisələrə əsaslanmayan yazılı ifadə tərzidir. Buraya əsasən müxtəlif mövzulu hekayələr, romanlar, pyeslər və dram kimi yazı üslubları daxildir. Klassik fantaziya ədəbiyyatının ən məşhur nümunələri sırasında bəzi nağıllarla bərabər "Alisa möcüzələr ölkəsində" əsəri də yer alır. Müasir fantaziya ədəbiyyatının tanınmış nümunələri arasında J. R. R. Tolkienin yazdığı "Hobbit ", "Üzüklərin hökmdarı", Ursula K. Leqinin yazdığı "Yer dənizinin sehrbazı" və C. S. Lyuisin yazdığı "Narniya salnamələri" kimi əsərlər yer alır. Elmi fantastika janrı ilə fantaziya janrını qarışdırmaq olmaz. Onlar hər nə qədər də bir-birlərinə oxşar olan növlər olsalar da, kainat yaratma üsulları çox fərqlidir. Elmi fantastika əsərlərində içində yaşadığımız dünya da daxil olmaqla kainat, fərqli bir zaman dilimində təsvir olunursa, fantastik əsərlərin özlərinə məxsus olan kainatları mövcud olur. Bu ənənə Tolkien tərəfindən yaradılmış olan Orta Dünya ilə məşhurluq qazanmış və o vaxtdan bəri orijinal fantaziya yazıçıları özlərindən əvvəlkilərdən ilhamlanaraq özlərinin kainatlarını yaradırlar. Daha gənc, yaxud da kiçik yaş qrupları üçün yazılmış bəzi fantaziya mövzulu əsərlərdəki hadisələr (məsələn: JK Rowling — Harry Potter və Rick Riordan — Persi Cekson və Olimplər) alternativ tarix yazılarından da istifadə edilərək yaşadığımız dünyada baş verir. Bu əsərlərdə bizim bu dünyanın bizim əslində bilmədiyimiz gizli bir hissəsində gizli həyat sürən qəhrəmanların hekayələrindən bəhs edilir.
Foto "Fantaziya" (film, 1970)
== Məzmun == Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur. == Film haqqında == Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.

Digər lüğətlərdə