Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Qalat
Qalat (Qəzvin)
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Xalat
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Adam Halas
Ağ xalat
Ağ xalat — tibb sahəsində həkimlər tərəfindən istifadə olunan geyim növü. == Tarixi == Ağ xalatın demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür. Ağ xalatların yaranması ilə bağlı iki əsas versiya mövcuddur. Bir versiyaya görə, ağ xalatın ilk yaradıcısı ingilis həkimi Cozef Lister (1827–1912) olmuşdur. Digər bir versiyaya görə isə, ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810–1881) təklif etmişdir. Həmkarları öz xatirələrində Piroqov haqqında yazırdılar ki, -"o, o qədər təmizkar və təmizliyi sevən bir həkim idi ki, əməliyyatlardan əvvəl hətta sarğı materiallarını da mikroskopla yoxlayarmış". == Tənqidlər və qadağalar == === Tənqidlər === 20 il bundan öncə onlar müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində "qızılı stafilokok" (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra məhz elə ağ xalatlar vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az-əbcəd. قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Talat Tunçalp
Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur. O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Laslo Halas
Laslo Halas (mac. Laszlo Halasz; 6 iyun 1905, Debretsen – 26 oktyabr 2001) — macarəsilli ABŞ opera rejissoru, dirijoru və pianoçusu. 1943-cü ildə Nyu-York Şəhər Operasının ilk direktoru təyin edilmiş, 1951-ci ilə qədər bu vəzifəni tutmuşdur. Daha sonra Pibodi Musiqi Konservatoriyasının və İstmen Musiqi Məktəbinin musiqi fakültələrində dirijorluq və opera şöbələrinin bir hissəsi olaraq xidmət etmişdir. O, violonçel ifaçısı Süzett Forq Halas ilə 50 ildən çox evli olmuşdur.
Alat (Özbəkistan)
Alat (özb. Olot) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Alatda 12.924 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Alatda Özbəklər üstünlük təşkil etməklə, Türkmənlər, Ruslar, Almanlar, Qazaxlar və Tatarlarda yaşayır.
El Hayat TV
"El Hayat TV" (ərəb. «قناة الحياة»‎) — Ərəb dilində yayımlanan Əlcəzair özəl telekanalı. Telekanal Şimali Afrikada, Qərbi Asiyada, Avropada və Mərkəzi Asiyada yayımlanır. == Tarixi == Telekanal Epcom PLUS nəşriyyat şirkətinin prezidenti Hannaşi Habet tərəfindən 16 May 2018-ci ildə Ramazan ayında Əlcəzair şəhərində təsis edilmişdir.
Hayat bayram olsa
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.