Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halk
Civanildo Viera de Souza ləqəbli Halk (25 iyul 1986[…], Kampina-Qrandi[d], Paraiba[…]) — Braziliyalı futbolçu.2012–2013 sezonundan etibarən 50 milyon € qarşılığında Zenit Sankt-Peterburqda oynayır. Givanildo Vieira de Souza, həmçinin Hulk (d. 25 iyul 1986, Campina Grande) — braziliyalı futbolçu, mərkəz hücumçusu. O, A Seriyasının "Atletico Mineiro" komandasında oynayır. O, 2009–2016-cı illər arasında Braziliya milli futbol komandasında çıxış edib; O, 48 oyun keçirib və 11 qol vurub. Adını komik personaj Hulkdan alan futbolçu sürəti və güclü kadrları, cizgi filmi personajının gücünə və televiziyada obrazı canlandıran aktyor Lou Ferriqnoya bənzədiyi üçün Hulk adını alıb. == Klub Karyerası == === İlk illəri === O, futbola Vilanovense komandasının infrastrukturunda başlayıb. 2001–2003-cü illər arasında bu komandada çıxış edən Hulk 2003-cü il mövsümündə San Paulo infrastrukturuna transfer oldu. 2004-cü ildə EC Vitória komandasının infrastrukturunda oynamağa başladı. 19 sentyabr 2003-cü ildə karyerasında ilk və sonuncu dəfə Braziliya Liqasında çıxış etdi.
Halo
Halo (mahnı)
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Növləri == === Taxıldan halvalar === Mannı taxılından hazırlanan halvalara Hindistanda suci ka halva (hind. सूजी का हलवा, marathi रव्याचा शिरा, urdu سوجی کا حلوہ), Türkiyədə isə irmik helvası deyilir. ==== Səməni halvası ==== Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Hyla
Ağacqurbağası (lat. Hyla) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kala
Kala (gül) — gül növlərindən biri
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Hala Al Turk
Hala Al Turk (ərəb. حلا الترك‎; 15 may 2002, Manama) — Bəhreynli müğənni. O 2011-ci ildə keçirilən Arabs Got Talent televiziya şousundakı çıxışından sonra məşhurlaşıb. Onun "Live in the moment" mahnısı 2015-ci ildə 3 ay ərzində 15 milyon dəfə izlənmişdir.
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
Hvala, ne!
Hvala, ne! (azərb. Təşəkkür edirəm, yox!‎) — Sloveniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lea Sirk "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Sloven dilində səslənən mahnı Lea Sirk və Tomi DeKlerk tərəfindən bəstələnmişdir.
Hyla arborea
Adi ağacqurbağası (lat. Hyla arborea) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinin ağacqurbağası cinsinə aid heyvan növü. == Yayılma erealı == Adi ağac qurbağasına Mərkəzi və Qərbi Avropanın böyük hissəsində (İspaniyanın cənubu və Fransanın cənub hissələri istisna olmaqla) rast gəlinir.
«Кара-коюнлу» (ковёр)