Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xammal
Xammal — ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıb. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir. Сырьевые резервы землян. Имеется ли возможность покинуть Солнечную систему в настоящее время?
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. == Tarix == Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Hammam (Çaroymaq)
Hammam (fars. حمام‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Şamxal hamamı
Şamxal hamamı — Maştağa kəndinin tarixi hissəsində Xunxar məhəlləsində yerləşən 1883-cü ildə inşa edilmiş aid hamam. Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün belə adlandırılıb. Sovet işğalından sonra hamamın daxili interyeri dəyişdirilib və əvvəlki tarixi görünüşü məhv edilib. Müstəqillikdən sonra hamam istifadəsiz qalıb. Maştağa kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşən Şamxal hamamı Şamxal bəy adlı biri tərəfindən sifariş edilib. Hamam 1883-cü ildə usta Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən üzü meydana tərəf tikilib. Onun arxitetktur-planlaşma strukturu interyerdə əks olunmuş üfüqi və şaquli bölmələr, konstruktiv formalar sayəsində bu növ mülki tikililərin inkişafının klassik üsullarını qoruyub saxlayır. Ziyarətçinin vestibüldən xəznəyə doğru hərəkəti qrafiki binanın uzununa istiqamətində, vahid ox üzrə həyata keçirilir və yolunda çətin keçidlərlə üzləşmir. Vestibül bir qayda olaraq korpusun bütün eni boyu dar məkan təşkil edir. Bu hətta texnoloji dövrə üzrə hamamın inkişafının dinamik başlanğıcına özünəməxsus keçid rolunu oynayır.
Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965)
Kinolentdə pambıq yetişdirilməsi texnologiyasından danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: A.K.Orucov, X.O.Güləhmədov, V.S.Zaytsev Operator: Mirzə Mustafayev Cizgi rəssamı: Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (Azərbaycan)
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi — yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. == Haqqında == Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.
Hamad Əl-Hammadi
Hamad Əl-Hammadi (26 noyabr 1975) — Qətəri təmsil edən stolüstü tennisçi. == Karyerası == Hamad Əl-Hammadi Qətəri 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Hamad Əl-Hammadi Qətəri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Dammam
Dammam (ərəb. الدمام‎‎) — Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 2,5 milyon nəfər (2009).Səudiyyə Ərəbistanın Şərqi Vilayətinin paytaxtı.
Hacman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d], Brüssel paytaxt vilayəti[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hampa
Hampa (Tikantəpə)
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Düylün hamamı
Düylün hamamı — Ordubad rayonunun Düylün kəndində memarlıq abidəsi. Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Gənzə hamamı
Azərbaycan memarlığının Naxçıvan məktəbinə məxsus memarların yaratdığı möhtəşəm hamam nümunələrindən biri də Ordubad rayonunun Gənzə kəndindəki hamam tipli memarlıq abidəsidir. Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa olunmuşdur . Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. == Memarlıq quruluşu == Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq tərəfdən olan hamam planda düzbucaqlı formada inşa olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə gətirilirmiş.