Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını və Naxçıvanı əhatə edir.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. == Tarixi == Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. == Əhalisi == Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Asar
Asar(lar) - German-skandinav mifologiyasında Asqardda yaşayan ali tanrılara deyilir. Asarların başçı Odin sayır. Digər mədəniyyətlərdə: türk, altay, monqol və tibet mifologiyalarında tanrılar yurdu. Azar olaraq da deyilər. Tanrıların yaşadığı səma deməkdir. Eyni söz tanrı mənasına da gəlir. Azəri millət adının buradan törədiyini irəli sürən bəzi görüşlərdə mövcuddur. Tibet və monqol mətnlərində də iştirak edən, hətta Skandinaviya mifologiyalarında belə bənzər bir sözlə "Aesir" şəklində Tanrılar birliyini ifadə edən ortaq bir ünsürdür. Asarı sözcüyü də Tibetcədə Göy Tanrılarını təyin etməkdə istifadə edilər. Monqolcada asar çadır deməkdir.
Saar
Saarland (alm. Saarland‎) — Almaniyanın bir əyalətidir. Paytaxtı Saarbrükken şəhəridir. Əyalət Almaniyanın cənub-qərbində yerləşir. Qərbdə və cənubda Fransa ilə, qərbdə Luksemburq ilə, şimalda və şərqdə isə Reynland-Pfalts əyaləti ilə həmsərhəddir. Əyalət öz adını Reyn çayının bir qolu olan Saar çayından götürmüşdür. Ərazisi 2,568.65 km², əhalisi isə təxminən 1 milyon nəfərdir. Saar Almaniyada ən kiçik əyalətlərdən biridir, ərazisinə görə 4-cü, əhalisinə görə isə 2-ci ən kiçik əyalətdir. 20-ci əsrdə müxtəlif illərdə Fransanın tərkibində olsa da, yenidən Almaniyaya birləşdirilmişdir.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Aşağı Daşar
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.
Başar Kömür
Başar Kömür — Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Tədqiqatları jurnalının sponsuru. == Həyatı == Başar Kömur 1952-ci il yanvarın 1-də Türkiyənin Hatay ilinin Ərzin şəhərində anadan olub. 1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir. 2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olub. 2004-cü ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib. 2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür. 2005-ci ildə Türkiyənin Xattay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olub və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil edib. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüblər. 2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olub. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1977)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Erken-Şaxar
Erken-Şaxar (abq. Эркин-ШахӀар, kab.-çərk. Эркен-Шахер, Эркен-Щыхьэр, Эркен-Щэхьэр, qaraç.-balk. Эркин-Шахар, noq. Эркин-Шахар ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Noqay rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Qəsəbə Noqay rayonunun şərq hissəsində, Kuban çayının sol sahilində, Kiçik Zelençuk çayının ona töküldüyü yerdən bir qədər yuxarıda yerləışir. Çerkesskdən 18–20 km şimal-qərbdə və Nevinnomıssk şəhərindən 31 km cənubda yerləşir. Qəsəbədə Nevinnomısskaya stansiyası vardır. Bu stansiya Nevinnomıssk-Cequta yolu üzərində yerləşir.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Hasar (Xoy)
Hasar (fars. حصار‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Sahar TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. == Haqqında == İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərdə vaxt ardıcıllığı ilə yayımlanır. == Azərbaycan dilində == Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Sakar etrapı
Sakar etrapı (türkm. Sakar etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Sakar qəsəbəsidir.
Salar Aslanov
Telejurnalist. == Həyatı == Telejurnalist 1972-ci ildən Azərbaycan televiziyasında çalışır. Sonralar bir müddət müxtəlif mətbu orqanlarda çalışdıqdan sonra 1995-ci ilin sonunda yenidən Azərbaycan televiziyasına qayıtmış və burada "Səhər" redaksiyasında işləməyə davam etmişdir. O, hazırda "Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin baş redaktor müavinidir.Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən 2016-cı ildə Salar Aslanova "Əməkdar jurnalist" fəxri adı verilmişdir. == Filmoqrafiya == Xilaskar.
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Samar (Əbyəlil)
Samar kəndi (başq. Һамар) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Samar kəndinin milli tərkibi: başqırdlar 93 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 29 km., kənd sovetliyindən (Mixaylovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 27 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Samar dənizi
Samar dənizi (ing. Samar Sea) — Sakit okeanında Filippin arxipelaqına daxil olan Şərqi Visayan və Luzan adaları arasında yerləşir. Həcminə görə kiçik dənizdir. Dəniz şərqində Samar, qərbində Masbat, şimalında Luzan, cənubunda Leyta adaları yerləşir. Şimalda Vernardino boğazı ilə Filippin dənizi, cənub-şərqdə San-Juaniko boğazı ilə Leyta körfəzinə, cənub-qərbdə Visayan dənizi, şimal-qərbdə Masbat və Tikao boğazları ilə Sibuyan dənizi ilə birləşir. Dəniz balıqçılığı inkişaf etmişdir.
Sesar (departament)
Sesar (isp. Departamento del Cesar) — Kolumbiyanın departamentlərindən biri, Karib bölgəsinin şimal hissəsində yerləşir. Sesar departamenti şimalda Quaxira, qərbdə Maqdalena və Bolivar, cənubda Santander, cənubi-şərqdə Şimali Santander və şərqdə Venesuela ilə sərhəddə yerləşir.