HARMONİYA
HASARLAMAQ
OBASTAN VİKİ
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Hasar (Xoy)
Hasar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (64 ailə).
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Yaxşı hasar
Yaxşı hasar (ivr. ‏הגדר הטובה‏‎, Ha-Qader Ha-Tova, ərəb. السياج الجيد‎, əs-Siyəc əl-Cəyid) — 1978-ci ildə Cənubi Livan münaqişəsindən sonrakı dövrdə (Livanda vətəndaş müharibəsi zamanı) İsrailin Livan ilə 80 mil (130 km) uzunluğunda olan şimal sərhədinə aid edilən termin. O zaman Livanın cənubuna Azad Livan Dövləti (1978–1984) və daha sonra Cənubi Livan təhlükəsizlik kəməri administrasiyası formasında maruni xristian milisləri və Cənubi Livan Ordusu nəzarət edirdi. == Zəmin == 1948-ci ildə İsrail Dövlətinin qurulmasından 1970-ci ilə qədər İsrailin Livanla sərhədi sakit formada qalmışdı.Odur ki, hətta İsrailin Metula şəhərindən olan fermerlər Livanın daxilindəki Əyun vadisində torpaqlarını əkinçiliklə məşğul olurdular. 1970-ci ildə baş tutan Qara sentyabrda İordaniyadan qovulduqdan sonra FAT Livanın cənubuna nəzarəti ələ keçirməyə və regionda hökm sürən əmin-amanlığı pozmağa başlamışdı. == Tarixi == "Yaxşı hasar"ın başlanğıcı 1976-cı ildə Livanda vətəndaş müharibəsinin başlaması və İsrailin Livanın cənubunda üstünlük təşkil edən maruni milislərinə Fələstin Azadlıq Təşkilatı ilə döyüşdə dəstəyi ilə üst-üstə düşür. 1977-ci ildən İsrail marunilərə və onların müttəfiqlərinə İsraildə iş tapmağa icazə vermiş, məhsullarının İsrailin liman şəhəri Hayfa vasitəsilə ixracına kömək etmişdir. Məhsulların və işçilərin keçdiyi əsas sərhəd keçidi Metula yaxınlığındakı Fatimə darvazası idi. Bu, Azad Livan Dövlətinin və sonrakı Cənubi Livan təhlükəsizlik kəməri administrasiyasına əsas iqtisadi sabitliyi təmin etmişdir.
Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir. Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir. Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.
Cavad Hasarı (Qoşaçay)
Cavad Hasarı (fars. جوادحصاري‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 18 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,407 nəfər yaşayır (283 ailə).
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Hasarlı (Qoşaçay)
Hasarlı (fars. حصارلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Rumeli Hasarı
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir. Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir. Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir. == Tikintisi == Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür.
Çıraq Hasarı (Zəncan)
Xəzər dənizinin hasarlanması
Xəzərin hasarlanması
Çıraq Hasarı (Xudabəndə)
Çıraq Hasarı — İranın Zəncan ostanında kənd.. Əhalisi 142 nəfərdir (2009). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 17 km şimal-qərbdədir.
Hasarlar (film)
Hasarlar (ing. Fences) — 2016-cı ildə Avqust Uilsonun Pulitser mükafatı qazanmış eyniadlı pyesi əsasında Denzel Vaşinqtonun rejissorluğu ilə çəkilmiş ABŞ dövrü dram filmidir. Denzel Vaşinqtondan başqa filmdə Viola Devis, Stiven MakKinli Henderson, Covan Adepo, Rassell Hornsbi, Maykelti Uilyamson və Saniyya Sidney də iştirak etmişdir. Filmin əsas çəkilişləri 25 aprel 2016-cı ildə Pensilvaniya ştatının Pittsburq şəhərinin Hill dairəsində başlamış və 2016-cı ilin iyun ayının ortalarına qədər davam etmişdir. Hasarlar ABŞ-də Paramount Pictures tərəfindən 16 dekabr 2016-cı ildə nümayiş etdirilmiş və çox müsbət rəylər alaraq 64 milyon dollar gəlir qazanmışdır. Film Amerika Film İnstitutu tərəfindən 2016-cı ilin ən yaxşı on filmindən biri seçilmişdir. Film 89-cu Akademiya Mükafatlarında çoxsaylı mükafatlara, o cümlədən dörd Oskar nominasiyasına namizəd olmuşdur: Ən Yaxşı Film, Ən Yaxşı Aktyor (Vaşinqton), Ən Yaxşı Köməkçi Aktrisa (Devis) və Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari. Film, həmçinin Vaşinqton üçün Ən Yaxşı Aktyor nominasiyasında Qızıl Qlobus mükafatına namizəd olmuş və Devis üçün Ən Yaxşı İkinci Plan Aktrisası mükafatını qazanmışdır. == Süjet xətti == Troy Meksson 1950-ci illərdə Pitsburqda zibil yığan işləyir. Gəncliyində yaxşı beysbolçu olan Mekssonun yeganə arzusu peşəkar beysbolçu olmaq idi.
Hasarlar (film, 2016)

Digər lüğətlərdə