Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SPA
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Sya
Hsia imperiyası, Sya (407-431) — öz adını əfsanəvi Hsiadan alan hun dövləti.
Derek Sua
Derek Sua (29 dekabr 1987) — Samoalı cüdoçu. Derek Sua Samoanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Derek Sua birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Özbəkistanın nümayəndəsi Abdullo Tanqriyev ilə üz-üzə gəldi. Həmin görüşdə Derek Sua rəqibinə 0:100 hesabı ilə uduzdu.
Murad Sta
Murad Sta (9 aprel 1967) — Tunisi təmsil edən stolüstü tennisçi. Murad Sta Tunisi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Murad Sta Tunisi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Si Sya
Qərbi Hsia Sülaləsi, Qərbi Xia sülaləsi (Çincə: 西夏; pinyin: Xī Xià) və ya Tanqut İmperiyası — 1032–1227-ci illər arasında indiki şimal-qərb Çinin Qansu, Şanşi və Ninqşa bölgərinin olduğu yerlərdə mövcud olmuş dövlət və eyniadlı sülalə. Əslən Şahzadə Toba Çiçinin nəslindən gəlirdi. Sonq ordusunda general olduqdan sonra o 1038-ci ildə 500.000 nəfərlik özünə sadiq ordusu ilə dövlətə üsyan edərək öz dövlətini qurdu. 1044-cü ildə Sonq imperatoru ilə sülh bağladı. 10 il sonra oğlu tərəfindən öldürüldü. Bir yaşında taxta çıxsa da əsl hakimiyyəti 1061-ci ildə əlinə aldı. 6 il sonra qəflətən öldü. Altı yaşında taxta çıxsa da heç vaxt anasının qəyyumluğundan qurtula bilmədi və 26 yaşında öldü. Üç yaşında taxta çıxdı. O babalarının siyasətinə əks çıxaraq çinliləşməyin tərəfini tuturdu.
Spa (şəhər)
Spa (fr. Spa, Vallon dilində-Spå) — Belçikanın Lej əyalətində şəhər. Bələdiyyə Arden dağlarında yerləşir və məşhur bir kurort kimi tanınır. Şəhərin yaxınlığında Formula-1 yarışlarının keçirildiyi məşhur Spa-Frankorşam avtodromu yerləşir. Bələdiyyənin sahəsi 39,85 km²-dir. Əhalisi 10 543 nəfərdir. Bəlkə də bu gün Spa daha yaxşı yarış avtodromu ilə tanınır. Ancaq orta əsrlərdə kiçik Spa şəhəri Rusiya imperatoru I Pyotrun və fransız şahzadəsi Lui-Jozef Konde tərəfindən ziyarət edilən müalicəvi suları ilə məşhur idi. İngilis "spa" sözünün mənşəyi Spa şəhəri ilə əlaqələndirilir. Spanın müalicəvi suları qədim Romalılara bəlli idi, ehtimal ki, onlar yerin altından çıxan və hələ də kurort bölgəsini bəzəyən məşhur fontanı - "Spa" adlandırırmışdılar (vallon dilində esra - fontan).
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
Sya sülaləsi
Sya sülaləsi (çin. 夏朝, пиньинь xià cháo) — Çində (E.ə. 2205 — E.ə. 1766)-cı illərdə iqtidarda olan əfsanəvi xanədan. Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 — E.ə. 1766-cı illər). Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə imkan vermir. Sıma Tzyan. Исторические записки.
Şua Bolnisi
İncəoğlu - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. İncəoğlu kəndinin təxminən 250-300 illik bir tarixi var. Kəndin yaranma tarixi dəqiq məlum deyil. Deyilənlərə görə, kəndin əsasını qoyan, bu yerlərdə ilk dəfə məskən salan vaxtilə Qazax rayonunun İncə dərəsinin Aslanbəyli kəndindən gəlmiş İncə kişi olub. Məhz elə ona görə kəndin adı İncəoğlu olub (İncə kişinin törəmələri: Nəbi – Daşdəmir – Emin – Mənsur). İncə kişidən sonra kəndin ilk sakinləri olan törəmələr İncə kişinin şərəfinə kəndin adını “İncəoğlu” qoyublar. Deyilənlərə görə, İncə kişi təxminən XVІІ əsrin sonunda, XVІІІ əsrin əvvəllərində yaşamışdır.İncə kişi kəndə gələndə burada gürcülər yaşayırmışlar. Sonralar gürcülər buradan köçüb getmişlər və yavaş-yavaş buralarda biz, yəni türklər məskunlaşmağa başlamışıq.
Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943). Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb. Rejissor 1970-ci ildə Bakıda vəfat edib.
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir. Şüanın mərkəzi simmetriyası yoxdur.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Şüa Hüseynov
Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad) — 1967-1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim. Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur. O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. 1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-ci ildə, elmlər namizdə 1974-ci ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978-2015-ci illərə kimi “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər. İdman sahəsində bir mütəxəssis kimi 1955ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-ci ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sea Breeze
Sea Breeze 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dan çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort lahiyədir. Sea Breeze 2006-ci ildə Emin Ağalarov tərəfindən təsis edilib.
Dəmir şüa
Dəmir şüa (ivr. ‏קֶרֶן בַּרְזֶל‏‎, keren barzel, ing. Iron beam) — İsrailin müdafiə podratçısı olan Rafael inkişaf etmiş müdafiə sistemləri tərəfindən 17 avqust 2020-ci ildə dünyaya nümayiş etdirilmiş hava hücumundan müdafiə sistemidir. Sistem ilk dəfə 11 fevral 2014-cü ildə Singapur Air Show sərgisində nümayiş etdirilmişdir. Dəmir şüa Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin effektiv bir formada qarşısını almaqda çətinlik çəkdiyi mənzili çox kiçik olan, yəni 7 kilometrə qədər olan qısa mənzilli raketləri, artilleriya mərmilərini və Hava toplarını məhv etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, sistem pilotsuz uçuş aparatlarını da məhv edə bilir. Sistem mənzili 7 kilometrə qədər olan düşmən hədəflərini məhv etmək üçün “yönləndirilmiş yüksək enerjili lazer şüasından” istifadə edəcəkdir. Dəmir şüa Arrow 2, Arrow 3, Davud sapandı və Dəmir Qübbə ilə yanaşı, İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin beşinci elementini təşkil edəcəkdir. Bununla belə, Dəmir şüa həm də müstəqil bir hava hücumundan müdafiə sistemidir. Dəmir şüa, atışdan sonrakı 4-5 saniyə ərzində havadakı hədəfi məhv etmək üçün fiber lazerdən istifadə edir.
.sa
.sa — Səudiyyə Ərəbistanının internet kodu.
SA
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
Alive (Sia mahnısı)
Alive (azərb. Canlı‎) — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır. == Fon == 2015-ci ilin sentyabrında Sia "This Is Acting‍‍" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır" və "Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir. Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir. == Çıxarılması == 21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsiylə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsiylə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi.
Basqal Resort & Spa
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaaltı Hotel & SPA
"Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub. Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır. Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub.
SKA SKVO (stadion)
«SKA SKVO» stadionu — Rostov-na-Donu şəhərində yerləşən stadion. Stadion 1971-ci ildə inşa edilmişdir. Bu zaman onun oturacaq sayı 27300 nəfər üçün planlaşdırılmışdır. Stadionda SKVO FK öz ev oyunlarını keçirir. Stadionun tikintisinə 1960-cı illərdə general-polkovnik Altuninin rəhbərliyi altında başlanılmışdır. Bu kompleksə ümumi oturacaq sayı 33 min olan stadion, yüngül atletika qurğuları olan ərazi, su-idman kompleksi və idman meydançaları. Əsas arena və ümumilikdə kompleks 1971-ci ildə tsn istismara verilir. Kompleksin tam layihələnməsini «Voenproekt» gerçəklənmişdir. 2007-ci ilin fevralında stadion yenidən bərpa edilir. Şərq və qərb tribunaları yenidən təmir olunmuşdur (aşağı oturacaqlar, VIP-loja).
Atari, SA
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti. == Tarixi == Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir. "Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır. Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır. "Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.