Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Çeslav Miloş
Çeslav Miloş (pol. Czesław Miłosz; 30 iyun 1911[…], Şyaulyay, Kovno quberniyası[d] – 14 avqust 2004[…], Krakov) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980). Polyak-amerikan şairi və esselər müəllifi Çeslav Aleksandr Miloş keçmiş çar Rusiyası ərazisində — Litvanın Şeteyniay şəhərində polyak ailəsində doğulmuşdu. Kiçik yaşlarından polyak dili ilə yanaşı rus, litva və yəhudi dillərini də öyrənmişdi. Sonralar bildiyi dillərə ingiliscə və fransızca da əlavə olunmuşdu. Miloş tam polyak, yaxud litvalı adlandırılmağının əleyhinə idi. Özünü etnik-vətəndaşlıq baxımından daha çox XVIII əsrə qədər mövcud olan Polşa-Litva uniyası ilə əlaqələndirirdi. Şair müsahibələrinin birində "Mən litvalı olmalarına imkan verilməyənlər üçün litvalıyam" — deyə bu qonşu xalqa tarixi bağlılığını vurğulamışdı, lakin etnik polyak ailəsində doğulması, ən başlıcası isə əsərlərini polyak dilində qələmə alması onu Polşa mədəniyyətinin təmsilçisi saymağa tam əsas verir. Miloş ailəsi 1921-ci ildə Polşa tərkibindəki Vilno (Vilnüs) şəhərində məskunlaşmışdı. Gələcək şair burada katolik gimnaziyasını bitirmiş və yerli Stefan Batori universitetində ali təhsil almışdı.
Silav (Salmas)
Silab (fars. سيلاب‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,652 nəfər yaşayır (794 ailə).
Çilan (Marağa)
Yuxarı Çilan (Marağa)
Çilov (ada)
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov adası
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov mayakı
Çilov mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur.
Aşağı Çilan (Marağa)
Aşağı Çilan (fars. چلان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 697 nəfər yaşayır (136 ailə).
Lobya-çilov plov
Yuxarı Çilan (Marağa)
Yuxarı Çilan (fars. ‎‎‎چلان ‌علیا‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 28 km şərqdədir. 2006-cı il məlumatına görə kənddə 619 nəfər yaşayır (121 ailə).
Patris Çila
Patris Çila (27 noyabr 1969) — Fransanı təmsil edən stolüstü tennisçi. Patris Çila Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Patris Çila Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Patris Çila Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Patris Çila Fransanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Patris Çila Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Çilov-Neft Daşları bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.