Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sagid Murtazaliev
Sagid Murtazaliev( ing. Sagid Murtazaliev;11 mart 1974, Mahaçqala)—Sagid Maqomedoviç Murtazaliev (rus. Sagid Magomedovich Murtazaliev; Avar: SagIid MagIamedovich MurtazgIaliev; 11 mart 1974 -cü il təvəllüdlü) - rus sərbəst güləşçisidir. Murtazaliev Avarın Dağıstanın Mahaçqala şəhərində anadan olub. 1999-cu il FILA Dünya Çempionatında və 2000-ci il Yay Olimpiya Oyunlarında ağır çəkidə qızıl medal qazandı. Murtazaliev 1996 -cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Ukraynanı, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etdi və burada kişilər arasında 97 kq sərbəst yarışlarda qızıl qazandı. 2013-cü ildə güləşi Yay Olimpiya proqramından qısaca çıxarmaq üçün verdiyi səsə etiraz olaraq IOC medalını qaytardı 2001 -ci ildə Murtazalievin Kızlyardakı evinin yaxınlığında bir bomba aşkar edildi.. Xeyriyyə fondu Saqid Murtazəliyevin adını daşıyır. 12 aprel 2010 -cu ildə əvvəllər Kızlyar rayonuna rəhbərlik edən Murtazaliev Rusiya Pensiya Fondunun Dağıstan şöbəsinin müdiri oldu. Murtazaliev Vahid Rusiya partiyasından Dağıstan Respublikası Qanunverici Məclisinin üzvü idi.
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Anton Şaqin
Anton Aleksandroviç Şaqin — Rusiya teatr və kino aktyoru, Prezident seçkiləri mükafatı laureatı (2016), Rusiya Federasiyasının hökuməti (2011). == Həyatı == Anton Şaqin 1984-cü il aprelin 2-də Kalininqrad rayonunun Kimrı şəhərində anadan olmuşdur. Uşaqlığını Karaçev şəhərində (Bryansk vilayəti) keçirilib, burada babası Yuri Konstantinoviç Gorşkov ilə qalıb. O, SM Kirov məktəbində oxudu. Məktəbdən əvvəl Anton soyadını Gorşkov adlandırdı. Ancaq sonradan Şaqin olaraq dəyişdi. Şaqin onun ögey atasının soyadı idi. Anton 14 yaşında ikən anası öldü. 9-cu sinifdən sonra peşə məktəbində çilingər kimi təhsil almağa getdi. Zəif çıxışlarda iştirak etmişdir.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Simgə Sağın
Simgə Sağın (8 avqust 1981, İstanbul, Türkiyə) — alban əsilli türkiyəli müğənni, bəstəkar və aktrisadır. İstanbul Texniki Universiteti və Türkiyə Dövlət Konservatoriyasını bitirmişdir.
Usta-şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Usta şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Şahid Kapur
Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur. Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
Şahid dağ
Bir zamanlar yüksək olan ölkənin dağılmayıb təcrid olunmuş stolvari şəkildə qalan hissəsidir.Onlar zaman keçdikcə dağılır və düzənliklər əmələ gəlir.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov (1938, Nuxa – 17 iyun 2003, Şəki) – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959–1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961–1966-cı illərdə M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
Şahid Əhmədli
Şahid Hüseynov
Baba Samid
Baba Samit orta əsrlərdə Azərbaycanda və Türkiyədə geniş rəğbət qazanmış şiə sufi təriqəti idi. Bəktaşi (Bektaşiyye) təriqətinin bir qolu olduğu güman edilir. Baba Samit, rəvayətə görə, hərəkatın banisi Hacı Bektaş Vəlinin oğludur. Həmçinin türbə kitabələrinə görə İmam Əli Rzanın nəslindəndir. Azərbaycanda Baba Samit hərəkatının tarixi kifayət qədər zəif araşdırılıb. Bəktaşi hərəkatının Azərbaycanda XVI əsrə qədər geniş yayıldığı məlumdur. Səfəvi dövləti qurulduqdan sonra bu şiə ordeni hakimiyyət tərəfindən təbliğ edildi. 16-cı və 19-cu əsrlər aralığında xeyli sayda sufi təkkələri fəaliyyət göstərmişdir. Azərbaycanda, Sabirabad yaxınlığındakı Baba Samid məqbərəsi hələ də əhali tərəfindən ehtiramla yad edilir, lakin sovet dövründən qalma diqqətsizlik nəticəsində həm təsəvvüf təriqətlərinin tədqiqi, həm də onların adət-ənənələri ilə bağlı biliklər zəifdir. Baba Samid məqbərəsi Sabirabad rayonunun Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşən ibadətgahdır.
Saqit Ramiyev
Saqit Lütfəli oğlu Ramiyev (tatar. Сәгыйть Рәмиев; 12 fevral 1880, Orenburq qəzası[d], Orenburq general-qubernatorluğu[d] – 16 mart 1926, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar şairi. == Həyatı == 1880-ci il fevralın 12-də Akman kəndində (indiki İbraevo kəndi, Kuqərsen rayonu, Başqırdıstan) çardaq ustası ailəsində anadan olub. Təhsilini "Hüseyniyyə" tatar mədrəsəsində və Orenburqdakı rus məktəbində alıb. 1902-1906-cı illərdə müəllim işləmiş, sonra Kazana köçmüş və orada “Tan yoludızı” qəzetində işləməyə başlamışdır. 1912-1813-cü illərdə Həştərxanda işləyib. 1922-ci ildən Ufada yaşayıb. “Tan vakıtı” (Sübh çağı; tatar xalqının taleyi haqqında) nəsr poemasını yazmışdır. Onun “Sən”, “O”, “Bər koşe” lirik şeirləri, “Nizamlı mədrəsəsi” (Nümunəvi mədrəsə), “Yaşə, Zөbəaidə, yaşim min” (Canlı, Zübeydə, mən də yaşayıram) pyesləri vardır. Ramiyev tərcümələrlə də məşğul olub - Lev Tolstoyun, Nikolay Nekrasovun, Demyan Bednının, Raffaello Covanyolinin bir sıra əsərlərini, həmçinin “Marselyeza” əsərini tatar dilinə tərcümə edib.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Samquk saqi
Samquk saqi — Koreya Ədəbiyyatında əhəmiyyətli yerə sahib olan iki kitabdan biri məhs Samquk saqidir. Hər iki kitabda Üç Koreya krallığı olan Bekçe, Silla və Qoquryeo haqqında tarixi məlumatların topladığı kitablardır. Digər kitab isə Samquqyusadır. Kitablar arasında bir sıra fərqlər, fikr ayrılıqları vardır. 삼국사기 Samquk saqi: Samquk saqi Koreyanın ən qədim tarixi kitabı olaraq bilinməkdədir. Yazıçısı Kim Bu Şik olmuşdur. Kim Bu Şik Samquk saqi-ni Koryo kralı Injong (1122–1146)-un əmri ilə yazmışdır. Həmin vaxta qədər yazılan tarix materiallar tam əhatələnmədiyinə görə onları oxuyan təbəqələrin tarix biliyi kifayət qədər yaxşı deyildi. Çin tarixi kitablarında Koreya millətinin tarixi ilə bağlı məlumatlar verilsədə bunlar qısa olduğu üçün yetəri bilikləri əldə etməkdə çətinlik çəkilirdi. Bu səbəbdəndə tarixin daha ətraflı yazıldığı kitaba ehtiyac var idi.
Şağı Gizla
Şağı Gizla və yaYuxarı Şağı (az-əbcəd. شاغێ گیزلا، یوخارێ شاغێ‎, fars. شقاقی جزلا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 536 nəfər yaşayır (150 ailə).
Şağı Çəvərzəq
Şağı Çəvərzəq və ya Şağı Çəvərzə (az-əbcəd. شاغێ چورزه‎, fars. شقاقی چورزق‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (27 ailə).
Şağı Ənzər
Şağı Ənzər (az-əbcəd. شاغێ انذر‎, fars. شقاقی انذر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 337 nəfər yaşayır (102 ailə).
HESA Şahid-136
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. == Həyatı == XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.