Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yulius Evola
Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, it. Giulio Cesare Andrea Evola; 19 may 1898[…], Roma, İtaliya krallığı – 11 iyun 1974[…], Roma) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir. Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm". Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.
Vela Blaqoyeva
Viktoriya Atanasova Jivkova və yaxud Vela Blaqoyeva (bolq. Вела Благоева; 29 sentyabr 1859 və ya 29 sentyabr 1858, Veliko Tırnovo – 21 iyul 1921, Sofiya) — Bolqar yazıçısı, jurnalisti, müəllimi. Bolqarıstanda qadın hüquqları hərəkatının qurucularından biri hesab olunur. Dimitar Blaqoyevin həyat yoldaşı. Viktoriya Atanasova Jivkova 29 sentyabr 1859-cu ildə Veliko Tırnovoda anadan olub. Neda Spiridonova və Atanas Jivkovun beş uşağının ən kiçiyidir. Bacıları Mariola və Roza, qardaşları - üç dəfə Bolqarıstan Milli Assambleyasının sədri seçilmiş siyasətçi Georgi Jivkov və Bolqarıstanda ilk uşaq bağçasının yaradıcısı və Bolqarıstanın ilk dövlət himni Şumi Maritsanın (bolq. Шуми Марица) müəllifi Nikola Jivkovdur. Ailə tez-tez yaşayış yerini dəyişdiyindən Viktoriya Oryaxov, Veliki Tırnovo, Ruse, Qabrovo, Staraya Zaqorada təhsil alıb. O, müəllim peşəsinə yiyələndi və Berkovitsa, İstanbul, Tırnovo və Varnada dərs dedi.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Ebola
Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virus. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir . Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. == Tarixi == Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Evbeya
Evbeya (yun. Εύβοια) — Yunanıstanın Egey dənizində adası. Kritdən sonra ən böyük adası. Sahəsi 3,657 km², əhalisi 218,302 nəfərdir. (2005) == Coğrafiyası == Egey dənizində yerləşir. Şimal-şərqdəki Skiros adası ilə birlikdə mərkəz Halkis olan Evvoia əyalətini meydana gətirir. Yunanıstanın coğrafi bir hissəsi olaraq materikdən, Egriboz boğazı (Euripus) ilə ayrılmışdır. Bu boğaz, antik yunan dövründən bəri elm adamlarını özünə cəlb edən xüsusiyyətlərə malikdir. Aralıq dənizi və Egeydə gündə yeddi dəfə dəyişən qeyri-adi yüksəkliklər və sürətli cərəyanları ilə tanınır. Böyük İsgəndərin ölümündən sonra Eğriboz adasında məskunlaşan qədim yunan filosofu Aristotelin bu çətin başa düşülən təbii hadisələri başa düşmək üçün özünü cərəyanlara atdığı deyilir.
Evklaz
Evklaz — mineral, Al[6]Be[4][OHïSiO4] == Haqqında == Evklaz monoklinik mineraldır. Kristalları prizmatik, üzləri çoxsaylıdır. Ayrılması {010} üzrə mükəmməl və {110}, {001} üzrə qeyri-mükəm­məl. Rəngsiz, yaşıl, göy. Sərtliyi 7,5. Xüsusi çəkisi 3,1. Alp tipli damarlarda; qranit və peqmatit boşluq­larında, metasomatitlərdə. Bəzən berillin dəyişilmə məhsulu. Çox az tapılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Betela
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Elena
Elena — ad. Elena George — rumın müğənni.
Egena
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Eleya
Eleya (q.yun. Έλέα) və ya Veliya (lat. Velia) — Lukaniyada, Tirren dənizinin sahilində, Pestumdan 25 km cənub-şərqdə qədim şəhər, yunan koloniyası. Eleya xarabalıqları indi Aşeya şəhərinin hüdudlarında (Neapoldan 90 km cənubda) yerləşir. Onlar yaxşı qorunub saxlanılır və Ümumdünya İrs Obyektini təşkil edirlər. Sistern qalıqları var.
Euphorbia esula subsp. esula
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Dəvəli (Kayseri)
Dəvəli (türk. Develi) — Kayseri ilinin ilçəsi.
Dəvəli (Vedibasar)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Gheorghe
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Kountoura
Elena Kountoura (yun. Έλενα Κουντουρά; 2 noyabr 1962, Afina) — yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir. Keçmişdə, 2015–2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016–2019-cu illərdə Turizm naziri olmuşdur. 2004–2007 və 2011–2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur. == Bioqrafiyası == 2 noyabr 1962-ci ildə Afinada anadan olmuşdur. Atası Alexandros Kunduras yunan ordusunda zabit olmuşdur. "Qara polkovniklər" iqtidara gəldikdən sonra, 13 dekabr 1967-ci ildə Kral II Konstantinin uğursuz əks çevrilişinə qatılır və bundan sonra ordudan kənarlaşdırıldı. Kral tərəfdarı olan siyasi təşkilatın təşkilatçılarından və liderlərindən biri olmuşdur.