Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).
Bəlukan (Miyanə)
Bəlukan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Türkman qəsəbəsindən 21 km. şimal-şərqdədir.
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.
Kiçik Ulukul
Kiçik Ulukul — Ufa şəhərinə daxil olan Kirov rayonu Ataevka kəndi, Ataevskaya küçəsinin şimalında yerləşir. == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство «Башкортостан», 2007. — 272 с. — 3000 экз.
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
İlokun mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.
Əlikan (Urmiya)
Əlikan (fars. ‎علي كان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 596 nəfər yaşayır (132 ailə).
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgün Abdullayev
Elgün Bəyişli
Elgün Camal
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elgün Həsənov
Elgün Kərimov
Elgün Mikayıllı
Elgün Muradov
Elgün Mövlanov
Elgün Paşayev
Elgün Quliyev
Elgün Sadıqov
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov