Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Atar
Atar (ərəb. أطار‎) — Mərakeşdə şəhər, Adrar yaylasında ən böyük yaşayış məntəqəsi. == Məlumat == Dəniz səviyyəsindən 270 metr yüksəklikdə, Şum şəhərindən cənubda yerləşir. Adrar vilayətinin və Atar departamentinin mərkəzidir. Şəəhərdən Dakar rallisinin marşrutu keçir. Atarda aeroport, muzey və 1674-cü ildə tikilmiş məscid vardır. Şəhərin iqlimi səhra istisidir. Atarda Mavritaniya hərbi hava qüvvələrinin yay məktəbi yerləşir. == Əhalisi == 2013-cü il məlumatına görə əhalisi 33 008 nəfərdir.
Atay
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Ataa Caber
Ataa Caber (3 oktyabr 1994) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Makkabi Hayfa === Makkabi Hayfada ilk matçına 2 aprel 2012-ci ildə keçirilən Makkabi Hayfa-Aşdod matçında çıxıb. Matça start heyətdə başlayan Ataa Caber 46-cı dəqiqədə əvəzlənib. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.Makkabi Hayfada ilk qolunu 11 avqust 2015-ci ildə keçirilən Makkabi Hayfa-Hapoel Akko matçında vurub. Matça 53-cü dəqiqədə daxil olan Ataa Caber 90+3-cü dəqiqədə fərqlənməyi bacarıb. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.2 fevral 2017-ci ildə Makkabi Hayfadan ayrıldı. === Bney Saxnin === 2 fevral 2017-ci ildə Bney Saxnin klubuna transfer olundu. 31 avqust 2021-ci ildə Bney Saxnin klubundan ayrıldı. === Aşdod === 31 avqust 2021-ci ildə Aşdod klubuna transfer olundu. Aşdodda ilk matçına 12 sentyabr 2021-ci ildə keçirilən Aşdod-Hapoel Hayfa matçının 59-cu dəqiqəsində çıxıb.Həmçinin o matçın 88-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Azab (Xoy)
Azab (fars. عذاب‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.237 nəfər yaşayır (252 ailə).
Aşab (Soyuqbulaq)
Aşab (fars. Aşab‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (21 ailə).
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Əli Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Çağdaş Atan
Çağdaş Atan (29 fevral 1980, İzmir) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çempion olub. Daha sonra köhnə komandası "Altay"a qayıdıb, 2-ci Liqada çempion olub. Daha sonra iki mövsüm Super Liqada çıxış etdi. O, Altayda oynayan zaman top oğlana şillə vurduğu üçün idman ictimaiyyəti tərəfindən tez-tez tənqid olunurdu. 2003-04 mövsümündə "Dənizlispor" da oynayan Çağdaş buradakı çıxışına görə Türkiyə milli futbol komandasına çağırılıb. 2004-05 mövsümündən əvvəl 1 milyon dollara "Beşiktaş" a transfer olunub. Beşiktaş üçün ilk liqa oyununu 12 sentyabr 2004-cü ildə Sakaryaspor ilə matçda etdi , 15 may 2005-ci ildə İstanbulspor qarşısında ilk liqa qolunu vurdu. 8 aprel 2006-cı ildə " Malatyaspor" matçında azarkeşlərlə yaşadığı hadisələrə və oyundan sonra verdiyi açıqlamalara görə "Beşiktaş" rəhbərliyi tərəfindən 100 min TL cərimə edilmiş və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılmışdır.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
Qəhrəman atam
Qəhrəman atam (köhnə adı ilə Qırmızı kamaz) — döyüş filmi və faciəvi komediya janrındakı, Türkiyə istehsalı teleserial.
Sermet Atay
Sermet Atay (29 iyun 1964, Qaziantep ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub. 90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub.
Cucumis melo var. atab
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Geyik Ata
May Ata
May Ata — türk mifologiyasında varlıq tanrısıdır. Digər adı Pay (Bay) Atadır. İnsanların qoruyucusudur. Göyün üçüncü qatında oturar. Buddizmin təsiriylə Maitreya adlı tanrı ilə eyniləşdirilmişdir. Tunquslarda Mayın adı verilən bir ruhlar tanrısı vardır və kainatı yaratdığına inanılar. Bu tunqus tanrısı yeni doğulan körpələrə ruh verir. Tunguslar Mayın adlı lütfkar və yaradıcı tanrılarını da ağla gətirir. Altay mifologiyasında, Ülgənin göyün üçüncü qatında olduğuna inanılan iki oğlundan biridir. Ülgənin, insanların hamisi və piri sayılan oğludur.
Od Ata
Qorqud Ata
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Su Ata
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
ATA İttifaqı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Ata pulu
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
Ağac Ata