Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alimə Abdenanova
Alimə Seitosmanovna Abdenanova (krımtat. Alime Seitosman qızı Abdenanova; 4 January 1924 — 5 April 1944) İkinci Dünya müharibəsi zamanı Qızıl Ordunun Krım tatar əsilli kəşfiyyatçısı olub. 1943-cü ildə Krımın Almaniya tərəfindən işğalı başlayandan sonra başçılıq etdiyi kəşfiyyat qrupu ilə Kerç yarımadasının inzibati ərazisi boyunca alman və rumın qoşunlarının mövqeləri haqqında kəşfiyyat məlumatlarının toplanmasını istiqamətində fəaliyyət göstərib və buna görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. Qrup fevral ayında almanlar tərəfindən həbs edildikdən sonra Abdenanova bir aydan çox işgəncələrə məruz qalsa da, qarşı tərəfə hər hansısa məlumat verməkdən imtina edib. 5 aprel 1944-cü ildə, iyirmi yaşında Simferopol şəhəri yaxınlığında edam edilib. 1 sentyabr 2014-cü ildə Vladimir Putinin fərmanı ilə ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı elan edilib. Alimə Abdenanova bu mükafata layiq görülən sayca 16-cı qadın, eləcə də ilk Krım tatarı hesab edilir. == Həyatı == Alimə Abdenanova 4 yanvar 1924-cü ildə Kerçdə Krım tatar türkü olan kəndli ailəsində anadan olub. Anası Meselme qonşu Mayak-Salyn şəhərində çoxuşaqlı ailədə doğulmuş və on yeddi yaşında ailə qurana qədər yoxsulluq və məhrumiyyət içində böyümüşdü. Atası Seit Osman Kerçdə fəaliyyət göstərən metallurgiya zavodunda işləyirdi.
Teymur Aliməmmədov
Teymur Aliməmmədov (tam adı: Teymur Yəhya oğlu Aliməmmədov; 20 oktyabr 1972, Keçili, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 31 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1972-ci il oktyabrın 20-si Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur.1989-cu ildə orta məktəbi bitirən Teymur elə həmin il N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olmuşdur. Şəhid olduğu ərəfədə 1-ci kursda oxuyurdu.Subay idi. == Qanlı Yanvar faciəsi == Teymur birinci imtahan sessiyasını uğurla başa vurduğundan doğma kəndlərinə getmək üçün yanvarın 23-ü Aerokassadan bilet almış, yolda iki dostu və yerlisi ilə söhbət edə-edə qayıdarkən başından güllə yarası almışdır. Güllə Teymurun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalmışdır. 4 nömrəli klinik xəstəxanasına gətirmişdir. Həkim Nizami Məmmədov yeddi gün yaralını həyata qaytarmaq üçün çalışmış, lakin Teymur özünə gəlmədən yanvarın 31-i saat 03.45-dəqiqədə vəfat etmişdir. Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunmuşdur.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Alidə Mustafayeva
Alidə Fərhad qızı Mustafayeva və ya Alidə Fərhadqızı (30 avqust 1987, Bakı) — azərbaycanlı aparıcı. == Həyatı == Mustafayeva Alidə Fərhad qızı 30 avqust 1987-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası elmlər namizədi, dosent Mustafayev Fərhad Məhəmməd oğlu Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası Kəsəmənli İradə Baba qızı Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir. 2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci il sentyabr ayının 27-dən oktyabr ayının 27-dək Azərbaycan Respublikası Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsində istehsalat təcrübəsi keçib. 7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. İlk olaraq Səhər Proqramı çərçivəsində "Binaların tarixi" və "Yazarlar" rubrikalarını hazırlayıb və aparıb. 2010-cu ilin sentyabr ayının 17-də "106 FM|106" və "106.3 FM" dalğalarında "Son xəbər"i təqdim edib.
Aliyə (serial)
Aliyə (türk. Aliye) — Türkiyə serialı. == Baş rollar == Sənəm Çəlik (Aliyə)‚ Nejat İşlər (Dəniz)‚ və Xalid Ərgənc (Sinan). Canlandırır. İki uşağı arasında qalan gənc gözəl bir qadının dramını və həyatla mübarizəsindən bəhs edən televiziya serialıdır. == Məzmun == Aliyə evli və iki uşaqlı varlı bir ailənin qızıdır. Böyük bir evdə qaynanası və baldızı ilə birlikdə yaşayır. Ailədə axtardığı xoşbəxtliyi tapa bilməyən Aliyə, əri Sinanın gənc bir qızla onu aldatdığını təsadüfən öyrənir. İki uşağını da götürərək evdən ayrılan Aliyə İstanbulda yaşayan, diş həkimliyi edən dayısı Fəyyazın yanına qaçmağa çalışır. Qatar vağzalında Sinan Aliyəni tapır.
Aliyə Moldaqulova
Aliyə Nurmuhambetovna Moldaqulova (qaz. Әлия Нұрмухамбетқызы Молдағұлова, 25 oktyabr 1925–4 yanvar 1944) — Sovet İttifaqı qəhrəmanı, snayper. == Həyatı == Aliyə Moldaqulova 1925-ci ilin oktyabrın 25-də Qazaxıstanın Xodbinsk rayonunun Bulak aulunda anadan olub. Hələ uşaq ikən valideynlərini itirən qızcığaz 8 yaşından əmisi Əbubəkrin ailəsində yaşayıb. Anası aclıq illərində kolxoz tarlasında qeyri qanuni buğda yığımı zamanı güllələnib, atası isə bəy nəslindən olub. 1935-ci ildə qızın əmisi Əbubəkr Hərbi Nəqliyyat Akademiyasına qəbul oldu. Bu səbəbdən ailənin bütün üzvləri Aliyə da başda olmaqla, Moskvaya köçdülər. Bir neçə ildən sonra isə Akademiya Leninqrada köçürüldü, buna görə də ailə bu şəhərə gəlmək məcburiyyətində qaldı. Aliyənin Leninqrad həyatı başlayır… Az keçmir ki, qızcığazın əmi sarıdan da bəxti gətirmir, doğma ocaqdan uzaqlaşmalı olur. Belə ki, 1939-cu ilin payızında əmisi ailə vəziyyətinə görə 14 yaşlı Aliyəni 46 №-li uşaq evinə qoyur.
Aliyə Qarayeva
Aliyə Nurqayan qızı Qarayeva (tatar. Aliä Nurgayan qızı Gäräyeva)— 1 yanvar 1988-ci ildə Rusiya SFSR-nın Yekaterinburq şəhərində anadan olmuşdur. Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya Çempionatının 1 qat gümüş və 7 qat bürünc medalçısıdır. 2007-ci ilin Avropa Çempionudur. Azərbaycanı 2008 və 2012-ci ildə Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində Tatar ailəsində anadan olmuşdur. == Karyerası == Aliyə Qarayeva ilk uğurunu 2007-ci ildə qazandı. Aliyə xanım Qran-Pri yarışında 2 bürünc medal qazandı. Həmin il həmçinin Bakıda Avropa Çempionatında iştirak etdi.
Aliyə Ramazanova
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Qusar və ya Piral, Qusar rayonu – 1 sentyabr 2023) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyat və yaradıcılığı == Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. 1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir. O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi. Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Həyatının erkən dövrü == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. Atası === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığının görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir. == Fəaliyyəti == 3 il Özbəkistanda çalışdıqdan sonra 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır. === Müharibədəki fəaliyyəti === ==== Qış müharibəsində ==== 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir.Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir.1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Aliyə Terequlova
Aliyə Ramazan qızı Terequlova (13 may 1913, Tiflis – 13 mart 1968, Moskva) — azərbaycanlı aktrisa. Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Aliyə Ramazan qızı Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub.Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır. Aliyə Ramazan qızı Terequlova 1913-cü ildə Bakıda doğulub. On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb. Burada Nərgiz və Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub.
Aliyə Təhmasib
Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi. == Həyatı == Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib. 1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib. 1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Quş alimi
İsnik Alimi
İsnik Alimi (mak. Исник Алими; 2 fevral 1994) — Albaniya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın mərkəz yarımmüdafiəçisi. == Klub karyerası == === Ohrid FK === Deloqozdi kəndində anadan olmuş Alimi gənclik karyerasına 7 yaşında Makedoniyanın "Vlaznimi Struqa" komandasında başlamışdır. O, 2010-cu ildə "Ohrid"ə keçmiş və 2011-ci ildə əsas komandaya yüksəlmişdir. Alimi 30 iyul 2011-ci ildə Makedoniya Birinci Liqası çempionluğu uğrunda "Renova" ilə səfərdə 2:0 hesablı məğlubiyyətlə başa çatan matçda debüt etmişdir. === Atalanta === "Lumessane"yə 1 illik icarəyə verildikdən sonra Alimi "Kyevo"ya qayıtmış, lakin 26 iyun 2015-ci ildə "Atalanta" ilə 4 illik müqavilə imzalamışdır. === Qəbələ === 30 iyul 2021-ci ildə Alimi "Qəbələ" ilə bir illik müqavilə imzalamışdır. 22 may 2022-ci ildə “Qəbələ” Aliminin klubla yeni bir illik müqavilə imzaladığını açıqlamışdır.
Aliyə Paşayeva
Aliyə Paşayeva (1995) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Aliyə Paşayeva 1995-ci ildə anadan olub. == Karyerası == Aliyə Paşayeva 2013-cü ilin avqustunda Kiyev şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aliyə Paşayeva, İradə Ağazadə, Mansurə Bağıyeva, Səbinə Abbasova, Səbinə Qaratova, Siyana Vasileva ibarət qrup ümumi turniri 32.832 balla, 3 top+2 lent turnirini isə 15.300 balla yeddinci pillələrdə başa vurdu. 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Aliyə Paşayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. 2018-ci ilin iyununda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana Vasileva və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Ümumi turniri 35.700 balla yeddinci pillədə başa vuran Paşayeva, Bayramova, Doman, Vasileva və Hümmətovadan ibarət qrup 3 top+2 lent turnirində 22.550 ballıq nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Alim Dərələyəzli
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Gülmalıyev
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiya == 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub.2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alim Məmmədov
Alim Məmmədov (tam adı: Alim Tahir oğlu Məmmədov; 25 sentyabr 1950, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyat və yaradıcılığı == Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).
Alim Qasımov
Alim Həmzə oğlu Qasımov (14 avqust 1957, Nabur, Mərəzə rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). == Həyatı == === Erkən illəri === Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub. === Yaradıcılığı === ==== 1970-ci illər ==== 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub. ==== 1980-ci illər ==== 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. ==== 1990-cı illər ==== ==== 2000-ci illər ==== 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. == İkinci Qarabağ müharibəsində iştirakı == Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. == Ümumi məlumat == Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Adilə Məmmədova (alim)
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Aline Reiç
Aline Reiç (6 sentyabr 1974) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Aline Reiç Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Aline Reiç 8-ci pillənin sahibi olub.
Aliye Fatma
Aliye Fatma (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, Konstantinopol – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Alize Jakote
Alize Jakote([aliˈze], tam adı — Alize Jakote (fr. Alizée Jacotey); 21 avqust 1984) — Fransa müğənnisi, rəqqasəsi. == Həyatı == === Studiya albomları === 2000 — Gourmandises — birinci albomu 2003 — Mes Courants Électriques — ikinci albomu 2004 — Alizée En Concert — konsert albomu 2007 — Psychédélices — üçüncü albomu 2007 — Tout Alizée — yığmalar 2008 — Psychédélices (World Tour Edition) — albomu 2010 — Une enfant du siècle — dördüncü albomu 2013 — 5 — beşinci albomu 2014 — Blonde — altıncı albomu === Sinqlları === 2000 Moi… Lolita L’alize 2001 Parler Tout Bas Gourmandises 2003 J’en ai marre! I’m fed up! 07. J’ai pas vingt ans! 08. I’m not twenty! 09.
Anime musiqisi
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Charlotte (anime)
Charlotte (シャーロット, Shārotto, azərb. Şarlotta‎) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir. Anime serialının fikir müəllifi Cun Maedadır.
K (anime)
K (ケイ, Key, həmçinin K Project adı ilə tanınır) — 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır. Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur. Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır.
Ponyo (anime)
«Sıldırım qaya üzərindəki Ponyo» (崖の上のポニョ, Gake no Ue no Ponyo, ing. Ponyo on the Cliff by the Sea) — Studio Ghibli-də Hayao Miyazakinin ssenarisi və rejissorluğu ilə 2008-ci ildə çəkilmiş tammetrajlı anime-film. Bu, onun Ghibli-də səkkizinci, ümumilikdə isə onuncu filmidir. == Məzmun == Hekayə iki beşyaşlı uşaq, Soske adında oğlan və Ponyo balığı haqdadır. Soske və anası sıldırım qayanın üstəndə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Ponyo çoxsaylı bacıları ilə okeanın dibində dəniz cadugarının evində yaşayır. Bir gün Ponyo insanlara baxmaq üçün evdən gedir və şüşə bankaya düşür. Bu halda onu sahildə Soske tapır. Ponyo Soskeya vurulur və insan olmaq arzusuna gəlir.
Paprika (anime)
Paprika (パプリカ, Papurika) — 1993-cü ildə Yasutaka Tsutsui tərəfindən yazılmış eyniadlı kitabın əsasında çəkilmiş 2006-cı il istehsalı tammetrajlı animesi. == Məzmun == Yaxın gələcəkdə ixtira edilmiş yuxu maşını insanlara bir birinin yuxularına girmək imkan verir. Bu maşın oğurlanır və onu qaytarmaq lazım. == Qəbulu == === Mükafatları və nəmizədləri === Paprika aşağıdaki mükafatları və nəmizədləri almış: == Film adaptasiyası == 2010-cu ildə Volfqan Petersen rejessorluğu ilə animenin film adaptasiyası hazırlanırdı. Fəqət, həmin il oxşar məzmunlu Başlanğıc filmi üzə çıxandan sonra filmin hazırlanması haqqında hər hansı sa yeni məlumat olmayıb.