Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ata Atacanov
Ata Atacanov (1922-1989) — Türkmənistan yazıçısı. == Həyatı == Yazıçı, şair, dramaturq Ata Atacanov 1922-ci ilin dekabırın 15-də Türkmənistanın Marı vilayətinin ikinci Gökcə obasında qulluqçu ailəsində dünyaya gəlmişdi. Yeddi yaşından başlayaraq ana-atasının təhti-tərbiyəsində təlim-tərbiyələnib, sonra obalarındakı məktəbdə oxumuşdu. 1934-1938-ci illər Daşkənddəki pedaqoji texnikumda, 1938-1939-cu illər Aşqabaddakı pedaqoji institutda, 1949-1952-ci Ali partiya məktəbində, 1959-1960-cı illər Ali ədəbiyyat kursunda oxuyub, yazıçılığının inçə sirlərini əxz etmişdi. Şair əvvəlcə müəllımliklə, sonra jurnalistika ilə məşğul olmuşdu. Marı vilayətinin “Lenin bayrağı” qəzətində, radio müxbiri, “Yaş kommunist” qəzətinin redaktorının sahə redaktorı, sonra Krasnovodsk vilayət qəzətində, daha sonra “Sovet Türkmənistanı” qəzətinin redaktorı vəzifələrində, “Sovet ədəbiyyatı” jurnalının şöbə müdiri, redaktorının ədəbi işçisi vəzifələrində çalışmışdı. Yazıçı dörədicilik işinə 1941-ci ildə başlamışdı. İlkinci qoşqusı “Təzə il gəldi” adı ilə Taqtabazarın rayon qəzətində çap edilmişdi. Onun “Xoş qal əziz obam”, “Ölməcək coya”, “Yeniş”, “Yar sarı uç guşum”, “Çıkda sərət yollara”, “Nəbəlli qəhrəman” adlı bir neçə qoşquları Böyük vətənpərvərlik barədədir. A.Atacanovın “Alma yenə gülləyər”, “Türkmənistan baharı”,“Arzılı mehman”, “Ədimmə edim”, “Sallançagım səhra mənim”, “Aylı ağşam” adlı kitablarının müəllifidir.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Aracan (Vərziqan)
Aracan (fars. اره جان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (84 ailə).
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Atakan Karazor
Atakan Karazor (13 oktyabr 1996, Essen, Şimali Reyn-Vestfaliya) — 2. Bundesliqa təmsilçilərindən olan "Holştayn Kiel" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Dortmund === Karazor "Boxum" akademiyası vasitəsilə inkişaf etmişdir. 5 may 2015-ci ildə o, "Borussiya Dortmund" klubuna transfer olmuşdur. Karazor "Borussiya Dortmund II" komandası ilə 59 oyuna çıxmış və bir qolla yadda qalmışdır. === Holştayn Kiel === 14 iyun 2017-ci ildə Karazor "Holştayn Kielv" klubu ilə müqavilə imzalamışdır. Karazor klub ilə debütünü 23 yanvar 2018-ci ildə "Yunion Berlin" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2. Bundesliqa görüşündə "Holştayn" rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Ağacan (Bostanabad)
Ağacan (fars. اقاجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 165 nəfər yaşayır (38 ailə).
Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağacan Abıyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağacan Cəbrayılov
Ağacan Zakir oğlu Cəbrayılov (20 may 2002, Şamaxı – 10 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağacan Rəsulov
Ağacan Əfsər oğlu Rəsulov (10 sentyabr 1997, Xəlfəli, Sabirabad rayonu – 8 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.2004-2015-ci illərdə Xəlfəli kənd tam orta məktəbində təhsil alıb və bitirdiyi 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Rəsulov noyabrın 8-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağacan Əbiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Həmid Ataman
Həmid Xəlil Ataman və ya Həmid Məmməd oğlu Məmmədov (Məmmədxəlil) (20 yanvar 1900, Qars, Qafqaz diyarı – 1979, Ankara) — azərbaycanlı mühacir, cümhuriyyət tələbəsi. == Haqqında == Həmid Ataman 1-ci Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Ştutqart İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin xüsusi qərarına əsasən təhsilini almaq üçün Ştutqarda (Almaniya) göndərilmiş. Təhsilini bitirdikdən sonra Türkiyədə məskunlaşmış və Ataman soyadını qəbul etmişdi. Gələcəkdə Həmid Xəlil Ataman Azərbaycan Kültür Dərnəyinin ilk sədri olur.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindənndan sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. == Həyatı == Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Rafael Atayan
Rafael Arşaki Atayan (erm. Ռաֆայել Արշակի Աթայան; 30 oktyabr 1907, Yeni Culfa – 4 dekabr 1990, İrəvan) — Ermənistan-sovet nasiri, ədəbiyyatşünası, müəllimi, tərcüməçisi. O, filologiya elmləri namizədi, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Şair, nasir və tərcüməçi Arşak Atayanın oğludur. == Həyatı == Rafael Arşaki Atayan 20 iyul 1877-ci ildə Qacar dövlətinin bir hissəsi olan İsfahan şəhərində. Yeni Culfa məhəlləsində anadan olmuşdur. O, orta təhsilini Yeni Culfadakı erməni məktəbində və ingilis kollecində almışdır. Atayan 1923-cü ildə ailəsi ilə birlikdə Ermənistana köçmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetini bitirmişdir. Atayan 1923–1925-ci illərdə "Armenpress"də ingiliscə tərcüməçi, 1925–1928-ci illərdə "Avanqard" qəzetinin məsul katibi, 1928–1934-cü illərdə "Sovet Ermənistanı" qəzetində şöbə müdiri, sonra 1934–1935-ci illərdə oranın məsul katibi kimi çalışmışdır.
Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. == Həyatı == Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Elçin Afacan
Elçin Afacan (25 yanvar 1991, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında təhsilini başa vurduqdan sonra 2016-cı ildə FOX-da yayımlanan "Görevimiz Komedi" yarışmasında nümayiş etdirdiyi performansla ilk dəfə kamera həyəcanını yaşadı. Müsabiqədən sonra elə həmin il Show TV-də yayımlanan "İçerde" serialında "Gülçin" adlı obrazı canlandıraraq ilk dəfə serialda rol alıb. Daha sonra 2017-ci ildə FOX-da yayımlanan "Deli Gönül" serialında tələbə qız obrazını canlandırıb. Afacan əsas debütünü 2019-cu ildə FOX-da da yayımlanan "Bir Aile Hikayesi" serialında canlandırdığı "Beste Güneş" obrazı ilə edib və böyük izləyici kütləsinə sahib olmağa başlayıb. 2020-2021-ci illər arasında FOX-da yayımlanan "Sən çal qapımı" serialında "Melek Yücel (Melo)" obrazını canlandırıb. 2021-ci ildə ilk kino təcrübəsi olan "Benden Ne Olur" bədii filmində rol aldı. Afacan aktyorluqla yanaşı, teatr səhnələrində də iştirak etməyə davam edir.
Nəcati Tacan
İbrahim Nəcati Tacan (1895, İstanbul - 28 iyul 1958), Türk əsgər. == Həyatı və hərbi xidməti == General İbrahim Necati Tacan 1895-ci ildə İstanbulda anadan olub. 21 iyul 1914-cü ildə tələbə olarkən orduya qatıldı. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə taqım komandiri, tabur köməkçisi və müəllim kimi xidmət etdikdən sonra 7 Noyabr 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif bölmələrdə xidmət etmişdir. Kapitan rütbəsi ilə 28 Oktyabr 1923 - 6 Noyabr 1924 arasında Hərbi Akademiyada təhsilini tamamladı. 1925-ci ildə Hərbi Akademiyanı bitirmiş və 1928-ci ildə heyət üzvü olmuşdur. 1945-cü ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 1945-ci ildə Tuğgeneral, 1947-ci ildə general-mayor, 1951-ci ildə general-leytenant, 1956-cı ildə isə tam general rütbəsinə yüksəldi.
Anacan (xalq mahnısı)
Anacan - Bir çox Azərbaycan ifaçıları tərəfindən oxunmuş Azərbaycan Xalq mahnısı. Azərbaycan xalq mahnısı kimi tanınan bu əsərin, sözləri Aydın Cəfərova, musiqisi isə Rizvan Əzimova aiddir. Hər iki müəllif həvəskar şair və bəstəkar olduqları üçün tanınmamışlar və əsərləri də xalq mahnısı kimi məşhurlaşmışdır. Aydın Cəfərov və Rizvan Əzimov Masallı rayonu, Şərəfə kəndində yaşamış və vəfat etmişlər. Aydın Cəfərovun bir çox şeirləri əlyazma şəklində ailəsi tərəfindən hələ də saxlanılır. === Mahnının sözləri === "Anacan" Anacan, bağrımı qan eyləmişəm mən, Gözlərimi giryan eyləmişəm mən. Bir ala gözlü yarın eşqi yolunda, Öz canımı qurban eyləmişəm mən.Nəqərat: Anacan, ağrın alım. Anacan, başına dönüm Qoy dolanım mən, mən, mən, mən. Mənim öz sevgilimə Heyran olum mən. mən, mən, mən.Gülü xəndan kimidir yarın ləbləri, Ceyrana bənzər onun ala gözləri.
Ağacan bulağı (Əsədabad)
Ağacan bulağı (fars. آقاجان بلاغی‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Mədəniyyət == Ağacan bulağı yaxınlığında səfəvilər dönəminə aid eyni adlı bir daş kitabə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 208 nəfər yaşayır (62 ailə).
Çağan Atakan Arslan
Çağan Atakan Arslan (27 avqust 1989, Sivas) — Türkiyə TV serial aktyoru və kikboksinq. == Həyatı == 27 avqust 1989-cu ildə Sivasda anadan olan Avatar ləqəbli Çağan Atakan Arslan idman həyatına basketbolla başlayıb. 16 yaşında bodibildinqə başlayan Atakan Arslan 17 yaşında döyüş sənəti ilə tanış olub və o vaxtdan bəri bir çox uğurlara imza atıb. O, idman rekordunu qıraraq və məktəb birincisi olmaqla Bədən Tərbiyəsi və İdman Məktəbinə daxil olub.[Sitat lazımdı] Hələ də təhsilini davam etdirir. Atakan Arslan 2008-ci ildən kikboksinq və Muay Tay Milli Komandalarında ölkəsini beynəlxalq arenada təmsil edir, həmçinin peşəkar yarışlarda çıxış edir. O, 2011-ci ildə Özbəkistanda 5000 rəqib azarkeşin önündə finalda özbək rəqibini nokaut edərək IFMA Muay Thai üzrə Dünya Çempionu titulunu qazandı və ölkəsinə bu sahədə böyük kişilər arasında ilk qızıl medalı qazandırdı.[sitat gətirdi] Atakan Arslan, TPW adı ilə peşəkar güləşdə də çıxış edən Əsgər adını çəkdi Onun kikboksinq karyerasının mühüm hadisələrindən biri də dünyanın kikboksinq təşkilatlarından biri olan Glory World Series ilə bağladığı müqavilədir. 2014-cü ildə debüt edən Atakan Arslan Glory 15 İstanbulda braziliyalı rəqibi Jonatan Olveyra ilə ilk matçına çıxıb. 2015-ci ildə Glory 20 Dubai-də Çad Sudgenlə qarşılaşıb. == Survivor Türkiyə == 2016-cı ildə Survivor Ünlülər Könüllüləri proqramında Ünlülər komandasına daxil olan Avatar Atakan 5 aylıq gərgin mübarizədən sonra Survivor çempionu olub. Survivor-dan sonra rinqə qayıdan Mix Fight Gala təşkilatında 81 kilo çəkidə dünya çempionatı matçını keçirdi və ikinci raundda Kevin Brendanı nokaut etdi.
Əli Rza Ataman
Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri. == Həyatı == Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur. 1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır.25 iyun 1955-ci ildə vəfat etmişdir. == Siyasi fəaliyyəti == Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur.5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancak şöbəsini yaratmışdır.7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad,Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Atadan oğula (film, 2017)
Atadan oğula qısametrajlı sənədli televiziya filmi rejissor Bəylər Bəylərov tərəfindən 2017-ci ildə çəkilmişdir. ARB-də istehsal edilmişdir. Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub. == Məzmun == Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub.
Ataçay nekropolu
Ataçay nekropolu — Xızı rayonu Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol. Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır. 2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur. == Coğrafiyası == İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir.
Abaxan
Adagan
Adaqan
Alıcan
Alıcan — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Laçın r-nunun Köhnəkənd inzibati ərazi vahidində olan ənd dağlıq ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmiş Alıcan adlı şəxs salmışdır. Kənddə onun nəsli indi də alıcanlılar adlanır. Oykonim alıc (ucqar) və -an (yer, məkan anlayışı ifadə edən şəkilçi) komponentlərindən düzəlib, "ucqar yer" deməkdir. Etnotoponim olması da mümkündür. Rayon mərkəzindən 36 km. şərqdə yerləşir.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.