Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Awake
Awake — L'Arc~en~Ciel qrupunun albomudur.
"Awaken, My Love!"
"Awaken, My Love!" — ABŞ müğənnisi Childish Gambino-nun üçüncü studiya albomu. 2 dekabr 2016-cı ildə Glassnote Records tərəfindən buraxılıb.
Awaken, My Love!
"Awaken, My Love!" — ABŞ müğənnisi Childish Gambino-nun üçüncü studiya albomu. 2 dekabr 2016-cı ildə Glassnote Records tərəfindən buraxılıb.
Wake türbülansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Wake Up (Eliot mahnısı)
Wake Up (azərb. Oyan‎) — Belçikanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eliot Vassamillet "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanın "City Lights" mahnısını bəstələyən Pyer Dumulinə aiddir.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Adware
Adware (ing. ad, advertisement — "reklam" и software — "proqram təminatı") — istifadəçinin kompüterində reklam göstərilməsi üçün proqram təminatlarıdır. Çox vaxt belə proqramlar rəsmi satılan məhsulların tərkibinə daxil olurlar, onların istehsalçıları öz proqram təminatlarının şərti pulsuz versiyalarını təklif edirlər. == Müdafiə üsulları == Adware proqramından effektli müdafiə üçün veb-saytlarda xüsusi filtrlərdən - Adblock Plus istifadə edirlər.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Akaku
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır. Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı. Digər Arakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Araks
Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; 25 dekabr 1903, Böyük Qarakilsə, Aleksandropol qəzası – 15 iyun 1978, İrəvan) — erməni sovet yazıçısı, jurnalist. Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur. 1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir. 1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir. 1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Asako
Asako (kanci: 麻子, 朝子, 浅子, 亜少子; hiraqana: あさこ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Məsələn, "朝子" formasında yazıldıqda "səhər uşağı" mənasını verir. Asako İdeue — Yaponiya qadın futbolçusu. Asako Takakura — keçmiş Yaponiya qadın futbolçusu.
Ayako
Ayako (kanci: 文子, 綾子, 絢子, 彩子, 順子, 礼子; hiraqana: あやこ; katakana: アヤコ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Ayaka Yamaşita — Yaponiya qadın futbolçusu. Ayako Kitamoto — keçmiş Yaponiya qadın futbolçusu. Ayako İnada — Yaponiyanı təmsil edən bədii gimnast.
Buake
Buake Bvake (Bouaké, Bwake) — Kot-d’İvuar Respublikasının mərkəzi hissəsində şəhər, Valedü Bandama vilayətinin inzibati mərkəzi. == Əhalisi == Əh. 659,2 min (2010); əhalisinin sayına görə ölkənin ikinci şəhəri. Avtomobil yolları qovşağı. Dəmiryol stansiyası. Beynəlxalq aeroport. == Tarixi == 1899-cu ildə fransız fortu kimi salınmışdır. == Memarlığı == Pambıqçılıq ETİ Universiteti, Pyer Rişe institutu (1973; tropik təbabət sahəsində tədqiqatlar), Meşəçilik məktəbi var. == Sənayesi == Buake kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (qəhvə, kakao, pambıq, çəltik, yams, sizal, tütün və s.). Yeyinti, toxuculuq, dəri-ayaqqabı, tütün sənayesi; pambıqtəmizləmə və çəltiktəmizləmə müəssisələri; İES var.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Afak
Afak (ərəb. عفك‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər. Əhalisi 75,000-dir. Qədim şəhər olan Afak'ın təməli 1715-ci ildə qoyulub. İtirilmiş İrisariq şəhərinin Afak yaxınlığında yerləşdiyi ehtimal edilir.
Adak
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Аfаk